Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-746/2023 08.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Ərizəçi: Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Şəmkir rayonu, Qədimqala Bələdiyyəsi (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun İşsizlikdən sığorta fonduna 124,11 manat, İcbari Tibbi Sığorta Fonduna 287,68 manat, Dövlət Sosial Müdafiə Fonduna 1.693,71 manat, dövlət büdcəsinə 158,82 manat (o cümlədən maliyyə sanksiyası üzrə 158,82 mana) olmaqla, cəmi 2.264,32 manat vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Bu səbəbdən də, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə Şəmkir rayonu, Qədimqala Bələdiyyəsinin sədri Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Odur ki, Şəmkir rayonu, Qədimqala Bələdiyyəsinin sədri, xx.xx.1962–ci il təvəllüdlü Cavabdeh İşsizlikdən sığorta fonduna 124,11 manat, İcbari Tibbi Sığorta Fonduna 287,68 manat, Dövlət Sosial Müdafiə Fonduna 1.693,71 manat, dövlət büdcəsinə 158,82 manat olmaqla, cəmi 2.264,32 manat borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək təmin edilməsini və Şəmkir rayonu, Qədimqala Bələdiyyəsinin sədri, xx.xx.1962–ci il təvəllüdlü Cavabdeh cəmi 2.264,32 manat borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM–in 355–7.2–ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir rayonu, Qədimqala Bələdiyyəsinə aid şəxsi hesab vərəqəsindən görünür ki, Şəmkir rayonu, Qədimqala Bələdiyyəsi yerli özünü idarə etmə orqanı olmaqla, vergi ödəyicisidir. İşdə olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, Şəmkir rayonu, Qədimqala Bələdiyyəsinə xx.xx.2005–ci il tarixdə ********** VÖEN verilmiş, təşkilatı–hüquqi forması yerli özünü idarə etmə orqanıdır. İşdə olan vergi borcunun ödənilməsinə dair bildirişlərdən görünür ki, Şəmkir rayonu, Qədimqala Bələdiyyəsinə vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Şəmkir rayonu, Qədimqala Bələdiyyəsinə xx.xx.2005–ci il tarixdə ********** VÖEN verilmişdir. Vergi ödəyicisi olan həmin hüquqi şəxs vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. Belə ki, Şəmkir rayonu, X1 sığorta fonduna 124,11 manat, İcbari Tibbi Sığorta Fonduna 287,68 manat, Dövlət Sosial Müdafiə Fonduna 1.693,71 manat, dövlət büdcəsinə 158,82 manat (o cümlədən maliyyə sanksiyası üzrə 158,82 mana) olmaqla, cəmi 2.264,32 manat vergi borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1–ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3–cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub– olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15–3–cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası MPM–nin 305.1.12–ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355–5.1–ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355–5.2–ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355–7.4–cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Odur ki, məhkəmə hesab edir ki, vergi ödəyicisi olan Şəmkir rayonu, Qədimqala Bələdiyyəsinin sədri Cavabdeh vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi borcunun ödənilməsini təmin etmək məqsədilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 355–5, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Vergi ödəyicisi olan Şəmkir rayonu, Qədimqala Bələdiyyəsinin sədri, xx.xx.1962–ci il təvəllüdlü Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-746/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-746/2023
08.02.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver