Məhkəmə qərarları › İş №2(076)-756/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-756/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-756/2023 25.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4560 (dörd min beş yüz altmış) manat məbləğində sığorta ödənişinin və ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddianı onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 07 avqust 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "VAZ-2101" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2021-ci il tarixdə Tovuz rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X9 tərəfindən idarə olunan “VAZ-21099” markalı **-CF-*** markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bundan başqa hadisə nəticəsində X3 az ağır xəsarət, X15 və X10 yüngül xəsarət almışlar. Tovuz Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh2 qeyd olunan yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi və xəsarətlərlə bağlı cəmi 5400 manat məbləğində sığorta ödənişi verilmişdir. Həmin məbləğdən 840 manat Cavabdeh2 tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Aşağıdakılara əsasən hesab edirik ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi və xəsarət aldıqları üçün üçüncü şəxslərə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ, zərərvuranın isə başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödəmək öhdəliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə müəyyən olunmuşdur. Bu normaların mənasına görə hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar ücün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i. a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya diqər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Cavabdeh2 barəsində olan cinayət işi zamanı zərərçəkənlər onlara dəymiş ziyanın tam ödənildiyini qeyd etsələr də faktiki olaraq onlara dəymiş ziyan ödənilməmişdir. Belə ki, Cavabdeh2 hissə-hissə dəymiş ziyandan yalnız 840 manat ödəniş etmiş, qalan məbləği isə zərərçəkənlərə hökm çıxdıqdan sonra, yəni xx.xx.2022-ci il tarixdə sığorta şirkəti ödəmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh1 məxsus avtomobili xx.xx.2021-ci il tarixdə sürücülük hüququ olmadan idarə edən zaman Tovuz rayonunda yol nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı X3 az ağır, X15 və X10 yüngül xəsarət almış, X8 məxsus avtomobilə isə ziyan dəymişdir. Aralarındakı şifahi razılığa əsasən avtomobilə dəymiş ziyanı az az ödəməyi öhdəsinə götürmüş, zərərçəkən də bununla razılaşmışdır. X2, X14 və X6 xəsarətləri ilə bağlı heç bir ödəniş etməmiş, onlar özləri də ondan tələb etməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sığorta müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus "VAZ-2101" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat "xxxx" ASC tərəfindən 07 avqust 2021-ci ildən xx.xx.2022-ci ilə qədər sığortalanmışdır. İşdə olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüuququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “VAZ-21099” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2400 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X20 tərəfindən verilmiş ekspertiza rəylərindən müəyyən olunur ki, X1 aldığı xəsarətlər az ağır, X14 və X4 aldığı xəsarətlər isə yüngül zərər vrumaya aiddir və xəsarətlər xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli X1, X13 və X4 "xxxx" ASC-yə ünvanladıqları ərizələrdən müəyyən olunur ki, xəsarətlə bağlı onlara Cavabdeh2 tərəfindən heç bir məbləğ ödənilməmiş, bu səbəbdən də sığorta ödənişinin verilməsi üçün "xxxx" ASC-yə müraciət etmişlər. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışından görünür ki, Cavabdeh2 xx.xx.1990-ci il tarixdə Şəmkir rayonu Düyərli kəndində doğulmuş, Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində yaşayır. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışından görünür ki, Cavabdeh1 xx.xx.1989-cu il tarixdə Şəmkir rayonu Düyərli kəndində doğulmuş, Şəmkir rayonu, Düyərli kəndində qəsəbəsində yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-də 06 avqust 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "VAZ-2101" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2021-ci il tarixdə X9 tərəfindən idarə olunan “VAZ-21099” markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmiş, avtomobildə olan X3 az ağır, X14 və X10 yüngül xəsarət almışdır. Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Zərərçəkən avtomobilin zədələnməsi ilə bağlı 2400 manat, X2 aldığı az ağır xəsarətə görə 1500 manat, X14 və X6 aldıqları yüngül xəsarətlərə görə hər birinə 750 manat olmaqla, cəmi 5400 manat sığorta ödənişi verilmişdir. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı onun tərəfindən avtomobilə dəymiş ziyandan 940 manat məbləğinin ödənilməsi halıdır ki, bununla bağlı cavabdeh məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Bundan başqa zərərçəkənlərin ondan heç bir şikayət və tələbinin olmadığından sığorta şirkəti tərəfindən onlara heç bir məbləğ ödənilməli olmamasını əsas gətirərək həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə onunla bağlı qeyd edir ki, işə əlavə edilmiş ərizələrlə müəyyən olunur ki, zərərçəkən X3, X15 və X10 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək xəsarətlə bağlı heç bir ödəniş olunmadığını, bu səbəbdən də sığorta ödənişinin onlara ödənilməsini xahiş etmişlər. Göründüyü kimi zərərçəkən şəxslər Cavabdeh2 barəsində cinayət işinə baxılan zaman şikayət və tələblərinin olmadığını qeyd etsələr də, Cavabdeh2 izahatından və işin faktiki hallarından Cavabdeh2 Allahverın oğlu tərəfindən zərərçəkən şəxslərə heç bir ödəniş olunmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşmadək olan yetkinlik yaşma çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Bundan başqa həmin Məcəllənin 1104.4-cü maddəsinə əsasən valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşmadək olan yetkinlik yaşma çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-i maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması halında – sığorta məbləğinin 30 faiz; yüngül xəsarət alması halında– sığorta məbləğinin 15 faizi nisbətlərində ödənilir. Həmin qanunun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin qanunun 25.1.3-cü maddəsinə əsaəsən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ… icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla xəbəri olmadan istismar edilərsə, həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Belə ki, zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ, zərərvuranın isə başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödəmək öhdəliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə müəyyən olunmuşdur. Bu normaların mənasına görə hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar ücün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i. a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya diqər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Buna müvafiq olaraq, "VAZ-2101" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Cavabdeh1 olduğundan, avtomobili isə sürücülük hüququ olmadan Cavabdeh2 idarə etdiyindən, zərərin əvəzi onlardan tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4560 (dörd min beş yüz altmış) manat məbləğində sığorta ödənişi və 66 (altmış altı) manat dövlət rüsumu iddiaçı «"xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4560 (dörd min beş yüz altmış) manat məbləğində sığorta ödənişi və 66 (altmış altı) manat dövlət rüsumu iddiaçı «"xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar