Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-83/2024 07.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 12630 manat məbləğində vəsaitin, 127.89 manat dövlət rüsumunun, 0.40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən ünvan 1ində yerləşən fərdi yaşayış evinin yandırılması nəticəsində X1 fərdi yaşayış evinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə bağlı xx.xx.2021-ci il tarixində Tovuz Rayon Məhkəməsi tərəfindən hökm çıxarılmışdır. Hökmə əsasən Cavabdeh təqsirli olduğu öz əksini tapmışdır. Zərərçəkən, sığortalı mənzilə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "PAŞA Sığorta” ASC-yə müraciət etmişdir. Sığortalı mənzilə dəymiş zərər qiymətləndirilmiş, “Əmlakın qiymətləndirilməsinə dair rəy”ə əsasən zərər 12780,00 manat (on iki min yeddi yüz səksən manat, 00 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktrna əsasən mənzilin azadolma 150,00 manat çıxılmaqla 12630,00 manat (on iki min altı yüz otuz manat, 00 qəpik) məbləğində sığorta ödənişi sığortalının təqdim etdiyi hesaba köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərkən 127.89 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmış ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixində yanğın olmuş və dəymiş zərər 12780 manat, azadolma məbləği 150 manat, sığorta ödənişi isə 12630 manat təşkil etmişdir. İş materiallarında olan 1(062)118/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün surətindən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 21/311BU nömrəli əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, baxış zamanı yanğın səbəbindən sığortalı mənzilin tamamilə yanaraq sıradan çıxmış, daşınmaz əmlakın bərpası üçün 12780 manat xərc tələb edilir. İş materiallarında olan daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, sığortalı X4 olmuş, ünvan 1ində yerləşən ev 15 000 manat məbləğində sığortalanmış, sığorta müqaviləsinin qüvvəsi isə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə kimi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2948 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, X1 məxsus ünvan 1ində yerləşən bir mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 110.0 kv.m olduğu və yanğın zamanı dəymiş ziyanın aradan qaldırılması üçün aparılan təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 15 000 manat məbləğində olduğu müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göstərilən Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 35.1.-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 35.4-cü maddəsinə əsasən yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırımdüşməsi (36.1.1); Həmin Qanunun 39.3-cü maddəsinə əsasən yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir: 39.3.1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250manat; 39.3.2. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrəsığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat; 39.3.3. digər yaşayışməntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat. Məhkəmənin mövqeyi: Məhkəmə tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci ildə alkoqollu içkinin qəbulu nəticəsində sərxoş vəziyyətdə X1 məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinə gəlib, otaqdakı qaz sobasının işindəki qaz borusunu otaqdan kənara çıxardıb üzərinə, masa örtüyü, yataq örtüyü və masanı odun üzərində toplayib qəsdən od vurmaqla evi yandırmışdır. Qeyd edilən hallar Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündə, öz təsdiqini tapmış və Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Sığortalı X3 bilavasitə Cavabdeh tərəfindən zərər vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən vurulmuş ziyan da ondan alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin müəyyən edilmişdir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi (yanğın) baş vermiş və sığortalıya azad olunma məbləği tətbiq olunmaqla, 12630 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 127.89 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 12630(on iki min altı yüz otuz) manat pul vəsaiti və 127.89 (yüz iyirmi yeddi manat səksən doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-83/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-83/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver