Məhkəmə qərarları › İş №2(077)-112/2022

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-112/2022

25.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-112/2022 25.02.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X2, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki,iddia ərizəsində qeyd edilən maddi zərər dəymiş “Ford Fusion” markalı ** NY *** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” markalı JJ109UU qeydiyyat nişanlı nəqliyyat vasitələrinin mülkiyyətçisi X1r,lakin iddia ərizəsi ilə məhkəməyə İddiaçı müraciət etmişdir. Həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunu Şuşa Rayon Məhkəməsi əvəzinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hesabına ödənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə,qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,iddiaçının bu ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından və dövlət rüsumunu müəyyən olunmuş qaydada ödəmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152 və 268-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar