Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-193/2022 14.07.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia qaldıraraq,Cavabdeh İddiaçı MMC-nin xeyrinə avtomobilə dəymiş zərərə görə 13910 (bir on üç min doqquz yüz on) manat, gecikdirilmiş günlərə görə 10080 (bir on min səksən) manat və mənəvi ziyana görə 10000 (bir on min) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışında tərəflər mübahisəni könüllü qaydada həll etdiklərini bildirərək, barışıq sazişi bağladıqlarını bildirdilər və təsdiq edilməsi üçün məhkəməyə təqdim etdilər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki,Şuşa Rayon Məhkəməsinin icraatında olan 2(077)-193/2022 nömrəli mülki iş üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə aşağıdakı şərtlərlə barışıq sazişi imzalamışlar: Cavabdeh hər ay 150 manat olmaqla,cəmi 5000 manat məbləğində pulu İddiaçı MMCyə ödəməyi öhdəsinə götürür. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməli olan 100 manat ekspertiza xərcini Cavabdeh ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə işin icraatına xitam verilir. Məhkəmə tərəflərin barışıq sazişini işin materialları ilə birgə tədqiq edib hesab edir ki,barışıq sazişi qanunun tələblərinə uyğundur, tərəflərin və digər şəxslərin mənafelərinə zidd deyildir.Ona görədə,məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərin barışıq sazişi bu məzmunda – “Cavabdeh hər ay 150 manat olmaqla,cəmi 5000 manat məbləğində pulu İddiaçı MMC-yə,məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməli olan 100 manat ekspertiza xərcini ödəməyi öhdəsinə götürür” – təsdiq edilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-193/2022
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-193/2022
14.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver