Məhkəmə qərarları › İş №2(077)-282/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-282/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-282/2021 15.10.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3,Cavabdeh4 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbi»nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC «kredit müqaviləsi üzrə borc tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1, Cavabdeh3,Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşması üzrə 1100,93 (bir min yüz manat doxsan üç qəpik) manat məbləğində əsas borc,652,37 (altı yüz əlli iki manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu,1796,53 (bir min yeddi yüz doxsan altı manat əlli üç qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 3549,83 (üç min beş yüz qırx doqquz manat səksən üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesi zamanı İddiaçı QSC-nin nümayəndəsi 13.10.2021-ci il tarixli maliyyə arayışı təqdim edərək cavabdehin 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşması üzrə 1100,93 manat əsas borcu,362,95 manat faiz borcu və 942,91 manat cərimə borcu olmaqla,ümumilikdə 2406,76 manat məbləğində borc hesablandığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 16 oktyabr 2014-cü il tarixli 038L**********15 saylı uzunmüddətli kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank cavabdehə 120 ay müddətinə bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana 120000 ABŞ dolları məbləğində kredit xəttini açır və kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üzrə razılaşma” formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcəkdir.Uzunmüddətli kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh3 arasında 16 oktyabr 2014-cü il tarixli 038S**********04 saylı,Cavabdeh4 arasında 16 oktyabr 2014cü il tarixli 038S**********05 saylı və Cavabdeh2 arasında 16 oktyabr 2014-cü il tarixli 038S**********03 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Uzunmüddətli kredit müqaviləsi əsasında bankla Cavabdeh1 arasında 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşması imzalanmış və bank cavabdehə 24 ay müddətinə, aylıq 2,3333% müəyyən edilməklə 7500 manat məbləğində kredit vermişdir.Kredit razılaşmasının 1.2-ci bəndinə görə cavabdeh Kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini,ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür.Lakin cavabdeh dəfələrlə kredit razılaşmasının müvafiq bəndinin şərtlərini pozmuş və kredit borcunu ödəməyi yubatmışdır.Onunla bank arasında bağlanmış 18.08.2015-ci il tarixli 038R**********S saylı,25.11.2015-ci il tarixli 038R**********SA saylı,29.07.2016-cı il tarixli 038R**********SB saylı və 12.06.2018-ci il tarixli 038R**********SD saylı sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə baxmayaraq cavabdeh qalan borcunu ödəməli olduğu halda banka ödəməkdən yayınır.Hazırkı vaxtadək cavabdeh borcundan cəmi 6399,07 manat məbləğində ödəniş etmişdir.Cavabdehin 02.06.2020-ci il tarixinə banka 1100,93 manat məbləğində əsas borcu,362,95 manat məbləğində faiz borcu və 942,91 manat məbləğində cərimə borcu yaranmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdehlər Cavabdeh1,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə gedişatı zamanı məlum olmuşdur ki, Cavabdeh3 17.08.2019-cu il tarixdə ölmüşdür.Digər cavabdehlər gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq,işə cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri tam,hərtərəfli araşdırıb belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh3 münasibətdə isə baxılmamış saxlanılmışdır. Belə ki,iş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli 038L**********15 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, cavabdehə 120 ay müddətinə bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli 038S**********05 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh4 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli 038S**********03 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşmasından görünür ki, cavabdehə 24 ay müddətinə aylıq 2,3333% hesablanmaqla 7500 manat məbləğində kredit verilmişdir. - kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 7500 manat məbləğində almış olduğu krediti 18.11.2014-cü ildən başlayaraq hər ay 413 ABŞ dolları,sonuncu ay 425,89 ABŞ dolları ödəməklə 18.10.2016-cı il tarixədək ödəməli idi. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 18.08.2015-ci il tarixli 038R**********S saylı sazişdən görünür ki,16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşmasının müddəti 25.10.2016-cı il tarixədək uzadılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 25.11.2015-ci il tarixli 038R**********SA saylı sazişdən görünür ki, 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşmasının müddəti 27.10.2016-cı il tarixədək uzadılmış və kreditin aylıq ödəniş məbləğləri dəyişdirilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 29.07.2016-cı il tarixli 038R**********SB saylı sazişdən görünür ki, 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşmasının müddəti 27.07.2017-ci il tarixədək uzadılmış və kreditin aylıq ödəniş məbləğləri dəyişdirilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 12.06.2018-ci il tarixli 038R**********SD saylı sazişdən görünür ki, 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşmasının müddəti 02.06.2020-ci il tarixədək uzadılmış və kreditin aylıq ödəniş məbləğləri dəyişdirilmişdir. - İddiaçı QSC-nin 13.10.2021-ci il tarixli 23848 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşması üzrə 02.06.2020-ci il tarixinə İddiaçı QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 1100,93 manat əsas borc,362,95 manat faiz borcu və 942,91 manat cərimə borcu olmaqla,cəmi 2406,79 manat təşkil edir. - İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş 09.04.2021-ci il tarixli 0247,0248 və 0249 saylı xəbərdarlıqlardan görünür ki, cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - X3 ödənilmiş 22.06.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 16 oktyabr 2014-cü il tarixli 038L**********15 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşması imzalanmış və razılaşmaya əsasən Cavabdeh1 24 ay müddətinə aylıq 2,3333% hesablanmaqla 7500 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə bağlanmış 16 oktyabr 2014-cü il tarixli 038S**********03 və 038S**********05 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh4 və Cavabdeh2 borclu Cavabdeh1 16 oktyabr 2014-cü il tarixli 038L**********15 saylı uzunmüddətli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin vaxtında və lazımınca icrası üçün bank qarşısında zamin durmuş, borc alanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşlər. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinə və kredit razılaşmasına,Cavabdeh4 və Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdehlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,Cavabdeh1,Cavabdeh4 və Cavabdeh2 16 oktyabr 2014-cü il tarixli 038L**********15 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşmasına əsasən 1100,93 manat əsas borc və 362,95 manat faiz borcu kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə kredit razılaşması üzrə ödənilməsi tələb edilən 942,91 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq və tənasübsüz surətdə azaldaraq 94 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin ediməli,cavabdehlər Cavabdeh1,Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşması üzrə 1100,93 manat əsas borc,362,95 manat faiz borcu,94 manat cərimə borcu olmaqla,cəmi 1557,88 manat borc və 20 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 16 oktyabr 2014-cü il tarixli 038R********** saylı kredit razılaşması üzrə 1100,93 (bir min yüz manat doxsan üç qəpik) manat əsas borc,362,95 (üç yüz altmış iki manat doxsan beş qəpik) manat faiz borcu,94 (doxsan dörd) manat cərimə borcu olmaqla,cəmi 1557,88 (bir min beş yüz əlli yeddi manat səksən səkkiz) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar