Məhkəmə qərarları › İş №2(077)-4/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-4/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-4/2023 12.01.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, X13 iclas katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC «subroqasiya qaydasında pul tələbi»nə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh “VAZ21074” markalı,** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1500 manat, X1 yüngül dərəcəli bədən xəsarətlərinə görə isə 750 manat olmaqla, ümumilikdə 2250 manat pulun və ödənilmiş 42,90 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə “VAZ 2106” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək “VAZ 21074” markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Həmin hadisədə X1 yüngül dərəcəli bədən xəsarətləri və “VAZ 21074” markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dəymiş ziyanı aradan qaldırılaraq “VAZ 21074” markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1500 manat, X1 yüngül dərəcəli bədən xəsarətlərinə görə isə 750 manat olmaqla, ümumilikdə 2250 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı İddiaçı Sığorta Şirkəti ASC-nin subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Həmçinin cavabdehin “iddia müddətinin ötürülməsi” barədə vəsatətini qəbul etməyərək, rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin teleqram göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Eyni zamanda “iddia müddətinin ötürülməsi” barədə vəsatət verərək, yol-nəqliyyat hadisəsinin xx.xx.2014-cü il tarixdə baş verdiyini və iddiaçının hadisədən 8 il keçdikdən sonra məhkəməyə müraciət etdiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq,iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya və ETT Birliyinin 444 nömrəli ekspert rəyindən görünür ki, 1981-ci ildə doğulmuş X2 bazu və sol baldır nahiyyəsində qançır,sol ayağın üst səthində şişkinlik küt əşyanın (əşyaların) təsirindən törənməsi,müddəti qərarda göstərilmiş xx.xx.2014-cü il tarixə uyğun olması,həmin xəsarətlər qərarda göstərilmiş şəraitdə baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gəlməsi müəyyən edilmişdir. - Salyan RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X11 xx.xx.2014cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK- 1/1222 saylı toplanmış materialda cinayət hadisəsi aşkar olmadığından cinayət işinin başlanması rədd edilmiş və “VAZ 2106” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 152.4-cü maddəsinin tələblərinə uyğunsuzluq olduğundan qərarın surəti onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün aidiyyəti üzrə Salyan RPŞ-nin X34 Bölməsinə göndərilməsi qərara alınmışdır. - xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “VAZ 21074” markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəyişilməli hissələr 460 manat və xidmət haqqı 1040 manat olmaqla,cəmi 1500 manat məbləğində zərər dəymişdir. - İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2015-ci il tarixli 015153 nömrəli sığorta aktından görünür ki,ümumi məlumatlara əsasən sığortalı Ağalarov Mais, faydalanan şəxs X8, sığortalanmış avtomobil “VAZ2106” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi,sığortanın müddəti xx.xx.2014-cü il tarixdən-xx.xx.2015-ci il tarixədək,xx.xx.2014-cü il tarixdə baş vermiş hadisə nəticəsində X8 yüngül dərəcəli xəsarət almış və sağlamlığa dəymiş maddi ziyanın məbləği 750 manat müəyyən edilmişdir. - İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2015-ci il tarixli 015551 nömrəli sığorta aktından görünür ki, ümumi məlumatlara əsasən sığortalı Ağalarov Mais, faydalanan şəxs X19, sığortalanmış avtomobil “VAZ2106” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi,sığortanın müddəti xx.xx.2014-cü il tarixdən-xx.xx.2015-ci il tarixədək,xx.xx.2014-cü il tarixdə baş vermiş hadisə nəticəsində “VAZ2106” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği 1500 manat müəyyən edilmiş və X14 bank hesabına köçürülməsi qeyd edilmişdir. - xx.xx.2015-ci il tarixli 1503 nömrəli ödəniş tapşırığından görünür ki,İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2015-ci il tarixdə X6 750 manat məbləğində pul vəsaiti vermişdir. - xx.xx.2015-ci il tarixli 1688 nömrəli ödəniş tapşırığından görünür ki,İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2015-ci il tarixdə X15 1500 manat məbləğində pul vəsaiti vermişdir. - Salyan rayon Polis Şöbəsinin xx.xx.2015-ci il tarixli 1222 nömrəli arayışından görünür ki, 2014-cü ilin noyabr ayının 27-də Salyan şəhəri,T.Xəlilbəyli və N.Nərimanov küçələrinin kəsişməsində Cavabdeh idarə etdiyi “VAZ 2106” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobillə X3 idarə etdiyi “VAZ 21074” markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə Namiq Səmədzadə, Cavabdeh, X16, X20, X25,X21 və X17 müxtəlif bədən xəsarətləri alaraq Salyan MRX-na müraciət etmişlər. - Salyan Rayon Polis Şöbəsinin İddiaçı Sığorta Şirkəti ASC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli 112-33191-1219 nömrəli məktubun surətindən görünür ki,2014-cü ilin noyabr ayının 27-də Salyan rayonunda “VAZ 2106” markalı ** GD *** və “VAZ 21074” markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsində “VAZ 2106” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı X9 məlumat yoxdur. - Salyan Rayon Məhkəməsinin İddiaçı Sığorta Şirkəti ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli 48/2021 nörməli məktubundan görünür ki,2014-2016-cı illər üzrə Cavabdeh barəsində məhkəməyə hər hansı inzibati material daxil olmamışdır. - İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli O-AP-2021-0418 nömrəli pretenziya məktubundan görünür ki,iddiaçı cavabdehdən subroqasiya hüququ üzrə ödənilmiş pul məbləğini 10 gün ərzində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. - X24 ödənilmiş xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 42,90 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7062 saylı ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1991-ci il buraxılışlı “VAZ 21074” markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 1400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki,xx.xx.2014-cü il tarixdə Salyan şəhərində Cavabdeh sürücülük vəsiqəsi olmadan tanışı X12 arvadı X7 mülkiyyətində olan “VAZ 2106” markalı ** GD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir.Qeyd edilən hadisə nəticəsində “VAZ 21074” markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə 1500 manat və həmin avtomobilin sürücüsü X1 750 manat məbləğində ziyan dəymişdir.Dəymiş ziyan 015153 və 015551 nömrəli sığorta aktlarına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki,Cavabdeh xx.xx.2014-cü il tarixində sürücülük vəsiqəsi olmadan idarə etdiyi, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair sığorta müqaviləsinə əsasən icbari sığorta növündə sığortalanmış “VAZ-2106” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq,X1 yüngül dərəcəli bədən xəsarətləri və “VAZ 21074” markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurması, vurulmuş ziyana görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “VAZ 21074” markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1500 manat və X1 yüngül dərəcəli bədən xəsarətlərinə görə isə 750 manat olmaqla, ümumilikdə 2250 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi sübuta yetirilmişdir.Ona görə də, X1 yüngül dərəcəli bədən xəsarətlərinə görə 750 manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Lakin məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7602 saylı ekspert rəyinə əsasən avtomobilə dəymiş ziyan məbləği 1400 manat məbləğində müəyyən edildiyindən hesab edir ki, iddia tələbi qeyd edilən həcmdə təmin edilməli, yəni sığorta ödənişinin əvəzi kimi 1400 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə Cavabdeh iddia tələbinə iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin ərizə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, cavabdeh ərizəsini əsaslandırarkən MM-nin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə üç illik iddia müddəti müəyyən edən 373.3-cü maddəsinə istinad etmişdir. Halbuki, iddiaçının subroqasiya hüququ müqavilədən deyil, qanun əsasında yaranmışdır. Bu səbəbdən də hazırkı tələbə üç illik deyil, 10 illik ümumi iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2022-ci il tarixli, 9/7062 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 95 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 42,90 manat dövlət rüsumunun 41,50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyərinin 95 manat hissəsi cavabdehdən, 5 manat hissəsi iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183, 192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “VAZ21074” markalı,** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1400 (bir min dörd yüz) manat, X1 yüngül dərəcəli bədən xəsarətlərinə görə isə 750 (yeddi yüz əlli) manat olmaqla, ümumilikdə 2150 (iki min bir yüz əlli) manat sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumunun 41,50 (qırx bir manat əlli qəpik) hissəsi tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 95 (doxsan beş) manat hissəsi cavabdehdən, 5 (beş) manat hissəsi iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X4 AZ41NABZ******************** saylı hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar