Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-6/2022 27.01.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC «subroqasiya qaydasında pul tələbi»nə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4000 (dörd min) manat məbləğində sığorta ödənişinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 11 yanvar 2021-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən 27.01.2021-ci il tarixdən – 27.01.2022-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış Cavabdeh1 məxsus “Renault 12” markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 24 may 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan “Toyota RAV4” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir.Bakı şəhər BDYPİ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir.Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir.Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 18.06.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən 4000 manat məbləğində sığorta ödənişi ödənilmişdir.Qeyd edilənlərə əsasən,zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri tam,hərtərəfli araşdırıb belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: - 11.01.2021-ci il tarixli PGU********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki,"xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən «Renault 12» markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil 27.01.2021-ci il tarixdən 27.01.2022-ci il tarixədək 5000 manata qədər sığortalanmışdır. - Bakı şəhəri BDYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş 24.05.2021-ci il tarixli TP4392163 saylı inzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh2 24.05.2021ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327-ci maddələrinin tələbini pozmaqda təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. - "xxxx" ASC-nin 08.06.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, «Toyota RAV4» markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəyişilməli hissələr 3210 manat və xidmət haqqı 790 manat olmaqla,cəmi 4000 manat məbləğində zərər dəymişdir. - "xxxx" ASC-nin 16.06.2021-ci il tarixli PGU-211768 nömrəli sığorta ödənişi ilə bağlı aktından görünür ki, «Renault 12» markalı ** GN *** dövlət nömrə nişanlı avtomobil 27.01.2021-ci il tarixdən - 27.01.2022-ci il tarixinə kimi PGU********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığortalanmış,24.05.2021-ci il tarixdə «Toyota RAV4» markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə 4000 manat məbləğində zərər dəymiş,sığorta ödənişi alan şəxs X5 müəyyən edilmişdir. - 18.06.2021-ci il tarixli 87780 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 18.06.2021-ci il tarixdə X2 4000 manat məbləğində sığorta ödənişi ödəmişdir. - X9 ödənilmiş 17.08.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.12.2021-ci il tarixli 9/7957 saylı ekspert rəyindən görünür ki,"xxxx" ASC-nin 08.06.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı «Toyota RAV4» markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh1 11.01.2021ci il tarixli PGU********** saylı icbari sığorta müqaviləsinə əsasən istifadəsində olan «Renault 12» markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobili 1 il müddətinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalamışdır.24.05.2021-ci il tarixdə etibarnaməsi olmadan Cavabdeh2 Bakı şəhəri,Sabunçu rayonu,Bakıxanov qəsəbəsində hərəkətdə olarkən manevretmə qaydalarını pozmuş və nəticədə X1 mülkiyyətində olan etibarnamə əsasında X3 tərəfindən idarə olunan «Toyota RAV4» markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 Bakı şəhəri BDYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş 24.05.2021-ci il tarixli TP4392163 saylı inzibati tənbeh vermə haqqında Qərara əsasən təqsirli bilinmişdir."xxxx" ASC tərəfindən tərtib edilmiş 08.06.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktına əsasən «Toyota RAV4» markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 4000 manat müəyyən edilmiş və 18.06.2021-ci il tarixli 87780 nömrəli ödəniş tapşırığına əsasən X2 ödənilmişdir. “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək mülki işin məhkəmə tərəfindən mübahisəsiz müəyyən edilmiş hallarından aydın olur ki, Cavabdeh2 24.05.2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan PGU********** saylı sığorta şəhadətnaməsinə əsasən sığortalanmış «Renault 12» markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir.Qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı «Toyota RAV4» markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş və avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC 4000 manat məbləğində zərər ödəmişdir.Tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən hadisənin törədilməsində Cavabdeh2 təqsiri sübuta yetirildiyindən, vurulmuş ziyan sığortalı avtomaşını qanuni əsaslarla idarə edən şəxsə ödənildiyindən Cavabdeh2 və Cavabdeh1 4000 manat məbləğində sığorta ödənişinin əvəzi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu üçün 30 manat və ekspertiza xərci üçün 100 manatdan ibarətdir. İddia təmin edildiyindən,ödənilmiş dövlət rüsumu olan 30 manat və ekspertiza xərci 100 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183, 192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4000 (dörd min) manat məbləğində sığorta ödənişinin əvəzi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-6/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-6/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver