Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-73/2021 17.06.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X8 iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “əmlak tələbi,maddi və mənəvi zərərin tutulması” tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “əmlak tələbi,maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,mülkiyyətində olan 2007-ci il buraxılışlı ** KK *** nömrəli «BMW X-5» markalı avtomobilin cavabdeh X1 alınaraq ona qaytarılması,qeyd edilən əmlak olmadığı təqdirdə onun dəyəri,mənəvi ziyanın əvəzi olaraq 10000 (bir on min) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsinə dair ərizə verərək,İddiaçı mülkiyyətində olan 2006-ci il buraxılışlı ** KK *** nömrəli «BMW X-5» markalı avtomobilin cavabdeh X1 alınaraq ona qaytarılması,mülki ziyanın əvəzi olaraq 10000 (bir on min) manat və eləcədə 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,təxminən 2017-ci il tarixdən etibarən X4 ilə iş birlikləri olmuşdur.Bu müddət ərzində müxtəlif vaxtlarda onlar arasında pul münasibətləri olmuş və bu münasibətləri rəsmiləşdirmək məqsədilə 08 avqust 2017-ci il tarixdə Sumqayıt şəhərində 50004 manat məbləğində kredit müqaviləsi imzalamışlar.Daha sonra Cavabdeh ona avtomobillərini satdığını və hazırda sürməyə avtomobili olmadığını bildirərək mülkiyyətində olan ** KK *** qeydiyyat nömrə nişanlı «BMW X-5» markalı avtomobili verməsini xahiş etmişdir.Aralarındakı iş birliyi davam etdiyindən ona güvənmiş və avtomobili sürməyi üçün vermişdir.Bundan sonra öyrənmişdir ki, Cavabdeh avtomobili onun icazəsi olmadan əmisi oğluna sürməyə vermiş və əmisi oğlu sərxoş vəziyyətdə avtomobili idarə edərək Novxanı qəsəbəsi ərazisində səkiyə çırpmışdır.Hadisəni öyrəndikdən sonra avtomobilinin geri qaytarılmasını xahiş etmiş,lakin Rafiq avtomobilin əzildiyini və düzəltdirmək üçün vaxt verməsini xahiş etmişdir.Hazırkı vaxtadək müxtəlif bəhanələr gətirərək qeyd olunan avtomobili ona geri qaytarmamışdır.Dəfələrlə avtomobilin qaytarılması ilə bağlı Cavabdeh müraciət etsədə nəticəsi olmamışdır.Avtomobilin qaytarılmamasına görə ona həm maddi,həm də,mənəvi ziyan dəymişdir.Həmçinin bu barədə Sumqayıt şəhər Polis İdarəsinə və Abşeron rayon Polis İdarəsinə müraciət etsə də,cinayət işinin başlanması rədd edilmiş və ümumi qaydada məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X3 iddia ərizəsinin surəti və məhkəmə iclasının vaxtı barədə olan bildiriş məskunlaşdığı ünvana göndərilsə də,məlum olmuşdur ki,hazırda o, 3 saylı İstintaq Təcridxanasında saxlanılır.Cavabdehin izahatının alınması üçün iddia ərizəsinin surəti 3 saylı İstintaq Təcridxanasına göndərilsə də,hazırkı vaxtadək məhkəməyə izahatı daxil olmamışdır. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib,işin materiallarını araşdırıb,işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin ünvan 1 ünvanladığı 23.11.2020-ci il tarixli 107317-1220 saylı məktubundan görünür ki,«BMW X-5» markalı,2006-cı il buraxılışlı,qara metallik rəngli,** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin surətini almağa yalnız təhqiqat,istintaq və məhkəmə orqanlarının hüququ vardır. - Qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından görünür ki, «BMW X-5» markalı,2006-cı il buraxılışlı,qara metallik rəngli,** KK *** dövlət qeydiyyat nişanlı avtomobil 12.09.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. - Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi,polis kapitanı X5 09.08.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki,İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və İddiaçı tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. - X11 ödənilmiş 09.12.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan 2006-ci il buraxılışlı,qara metallik rəngli ** KK *** qeydiyyat nişanlı «BMW X-5» markalı avtomobili X2 istifadəsinə vermişdir.Daha sonra avtomobilini geri tələb etsə də,X4 müxtəlif bəhanələr gətirərək hazırkı vaxtadək avtomobili geri qaytarmamışdır.Cavabdehin qeyd edilən avtomobilin hazırda onda olması və qaytaracağına söz verməsi faktı 09.08.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz təsdiqini tapmışdır.Hazırda qeyd edilən avtomobil İddiaçı mülkiyyətində olduğundan məhkəmə hesab edir ki,həmin avtomobil X1 alınaraq İddiaçı qaytarılmalıdır.Ona görə də,məhkəmə hesab edir ki,iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə iddia tələləbinin mənəvi ziyanın əvəzi olaraq 10000 manat məbləğində pulun tutulması hissəsinə gəldikdə hesab edir ki,İddiaçı mülkiyyət hüququnun pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edən hər hansı bir mötəbər sübutlar təqdim etmədiyindən, 10000 (bir on min) manat mənəvi zərərin ödənilməsi hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi 20 manat cavabdeh X1 alınaraq həmin rüsumu ödəmiş İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,cavabdeh X1 2006-ci il buraxılışlı,qara metallik rəngli ** KK *** qeydiyyat nişanlı «BMW X-5» markalı avtomobil alınaraq İddiaçı verilməli və ödənilmiş 20 manat dövlət rüsumu X1 tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan 2006-ci il buraxılışlı,qara metallik rəngli ** KK *** qeydiyyat nişanlı «BMW X-5» markalı avtomobil X1 alınaraq İddiaçı verilsin. Cavabdeh X1 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-73/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-73/2021
17.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver