Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-9/2022 10.03.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X4 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: LPO ASC "xxxx" Sığorta Şirkəti Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair məhkəmədə iddia qaldıraraq,Cavabdeh 1130 (bir min yüz otuz) manat vurulmuş ziyanın əvəzi və işə baxılması ilə əlaqədar ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumunun,ümumilikdə 1160 (bir min yüz altmış) manat pulun LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,17.12.2019-cu il tarixdə saat 09:00 radələrində Bakı şəhəri,Ramana qəsəbəsi ərazisində Cavabdeh hazırda ləğvetmə prosesində olan "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış “VAZ 21074” markalı ** BU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili hüququ olmadan idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X3 məxsus olan, “Mercedes BENZ 250” minik markalı,** TC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuşdur.Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmiş və onun barəsində 18.12.2019-cu il tarixli TP3411735 saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur.Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X3 məxsus olan “Mercedes BENZ 250” minik markalı,** TC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1130 manat məbləğində maddi zərər vurulmuşdur.Bununla əlaqədar,19.01.2020-ci il tarixli İC AA 6858/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsinə və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X3 məxsus olan “Mercedes BENZ 250” minik markalı,** TC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 04.02.2020-ci ildə 1130 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 1130 manat məbləğində sığorta ödənişi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən,hazırda LPO ASC "xxxx" Sığorta Şirkətinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən Cavabdeh həmin məbləğdə pulu geri tələb etmək (subroqasiya) hüququ vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki,yolnəqliyyat hadisəsi baş verən zaman avtomobilə dair olan etibarnamənin müddətinin bitdiyindən məlumatlı olmamışdır.Hazırda dəyən maddi ziyanı ödəməyə etiraz etmir,lakin maddi vəziyyəti qeyd edilən pul məbləğini birdəfəlik ödəməyə imkan vermir. İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş,iş materiallarına əlavə edilmiş ərizə ilə məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən və cavabdehin rəyini nəzərə alaraq işə iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri tam,hərtərəfli araşdırıb belə qərara gəlir ki,iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: - 20.08.2019-cu il tarixli PST********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki,ASC "xxxx" Sığorta Şirkəti ilə Cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən «VAZ21074» minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil 20.08.2019-cu il tarixdən 20.08.2020-ci il tarixədək 5000 manata qədər sığortalanmışdır. - Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş 18.12.2019-cu il tarixli TP3411735 saylı inzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh 17.12.2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrinin tələbini pozmaqda təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. - AC № 710748 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki,“VAZ21074 minik” markalı,** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. - ƏN-İV № 704696 nömrəli etibarnamənin surətindən görünür ki,X5 “VAZ21074 minik” markalı,** BU *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh sürücülük hüququ olduqda idarə etməyi 26.11.2019-cu il tarixədək etibar etmişdir. - LPO ASC "xxxx" Sığorta Şirkətinin 08.06.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, «Toyota RAV4» markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəyişilməli hissələr 3210 manat və xidmət haqqı 790 manat olmaqla,cəmi 4000 manat məbləğində zərər dəymişdir. - ASC "xxxx" Sığorta Şirkətinin 26.12.2019-cu il tarixli əmlaka dair qiymətləndirmə aktından görünür ki,«Mercedes BENZ 250» markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1130 manat məbləğində maddi ziyan dəymişdir. - ASC "xxxx" Sığorta Şirkətinin 21.01.2020-ci il tarixli İC AA 6858/19 nömrəli sığorta aktından görünür ki,«VAZ21074» markalı ** BU *** dövlət nömrə nişanlı avtomobil 20.08.2019-cu il tarixdən - 20.08.2020-ci il tarixinə kimi PST********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığortalanmış,17.12.2019-cu il tarixdə Cavabdeh idarəetmə hüququ olmadan Bakı şəhəri,Ramana qəsəbəsində ehtiyatsızlıqdan «Mercedes BENZ 250» markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə 1130 manat məbləğində zərər dəymiş,sığorta ödənişi alan şəxs X6 müəyyən edilmişdir. - 04.02.2020-ci il tarixli 3 nömrəli ödəniş tapşırığından görünür ki, ASC "xxxx" Sığorta Şirkəti 04.02.2020-ci il tarixdə X3 1130 manat məbləğində sığorta ödənişi ödəmişdir. - ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh ünvanlandığı 26.02.2020-ci il tarixli 260 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdeh 1130 manat məbləğində dəymiş ziyanın ödənilməsi tələb edilmiş və əks halda vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. - X9 ödənilmiş 16.06.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14.02.2022-ci il tarixli 9/9198 saylı ekspert rəyindən görünür ki,ASC "xxxx" Sığorta Şirkətinin 26.12.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «Mercedes BENZ 250» markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1130 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsində əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki,X5 mülkiyyətində olan «VAZ21074» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 26.11.2019cu il tarixədək sürücülük hüququ olduqda idarə etməyi etibar etmişdir.Cavabdeh 20.08.2019-cu il tarixli PST********** saylı icbari sığorta müqaviləsinə əsasən istifadəsində olan «VAZ21074» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili 1 il müddətinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalamışdır.17.12.2019-cu il tarixdə etibarnaməsinin müddəti bitdikdən sonra Cavabdeh Bakı şəhəri,Ramana qəsəbəsi ərazisində hərəkətdə olarkən manevretmə qaydalarını pozmuş və nəticədə X7 mülkiyyətində olan etibarnamə əsasında X6 tərəfindən idarə olunan «Mercedes BENZ 250» markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş 18.12.2019-cu il tarixli TP3411735 saylı inzibati tənbeh vermə haqqında Qərara əsasən təqsirli bilinmişdir.ASC "xxxx" Sığorta Şirkəti tərəfindən tərtib edilmiş 26.12.2019-cu il tarixli əmlaka dair qiymətləndirmə aktına əsasən «Mercedes BENZ 250» markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1130 manat müəyyən edilmiş və 04.02.2020-ci il tarixli 3 nömrəli ödəniş tapşırığına əsasən X2 ödənilmişdir.Hazırda iddiaçı həmin məbləğin tutulmasını cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 14 fevral 2022-ci il tarixli, 9/9198 №-li ekspert rəyindən müəyyən edilir ki,nəzəri hesablama yolu ilə,ASC "xxxx" Sığorta Şirkətinin 26.12.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «Mercedes BENZ 250» markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1130 manat müəyyən edilir.Həmin rəyi təkzib edən hər hansı sübut işdə olmadığından məhkəmə ziyan məbləğinin müəyyən edilməsində həmin rəylə razılaşır.Beləliklə,yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,Cavabdeh 1130 manat məbləğində sığorta ödənişinin əvəzi tutularaq LPO ASC "xxxx" Sığorta Şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu üçün 30 manat və ekspertiza xərci üçün 100 manatdan ibarətdir. İddia təmin edildiyindən,ödənilmiş dövlət rüsumu olan 30 manat və ekspertiza xərci 100 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1130 (bir min yüz otuz) manat məbləğində sığorta ödənişinin əvəzi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumuna görə pul tutularaq LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə ödənilsin. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-9/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-9/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver