Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1024/2025 06.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İş üzrə icraata xitam verilməsi haqqında Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 3 ünvanında yerləşən “X2 (Baymak) mağazasında götürdüyü ümumi dəyəri 674 (altı yüz yetmiş dörd) manat olan kombi və radyator dəsti üçün yaranmış qalıq borc olaraq 414 (dörd yüz on dörd) manat pulun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 (otuz ) manat olmaqla 444 (dörd yüz qırx dörd) manat pulun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə tərəflərə xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini, bu səbəbdən işin icraatına xitam verilməsini xahiş etməsi barədə ərizəsini təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Göstərilən qanun normalarına əsasən məhkəmə hesab edir ki, iddiadan imtinanın qəbul edilməməsi üçün əsaslar yoxdur. Ona görə də iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsi baxılmamış saxlandığına görə, İddiaçı tərəfindən 05 iyun 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 29.60 (iyirmi doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərarverdi: İddiaçı cavabdehlər Cavabdeh pul tələbinə dair iddiadan imtina qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən 05 iyun 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 29.60 (iyirmi doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1024/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1024/2025
06.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver