Məhkəmə qərarları › İş №2(078)-1069/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1069/2021

13.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1069/2021 13.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı cavabdeh Naxçıvan "xxxx" ATSC-nə qarşı avtomaşının istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh Naxçıvan "xxxx" ATSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cavabdeh Naxçıvan "xxxx" ATSC-dən Kamaz 55-11 nömrəli avtomaşının sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə əsasən yolverilməzliyə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi ilə əlaqədar məsələ tərəfimdən araşdırılarkən məlum olmuşdur ki, Naxçıvan MR Kommersiya Məhkəməsinin (sədrlik edən hakim E.H.Hüseynov) 09 fevral 2021-ci il tarixli, e-2-2(123)-125/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Naxçıvan "xxxx" ATSC-nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən 15 iyul 2020-ci il tarixdə təsdiq edilmiş Kamaz 5511 markalı **-BE-*** (**-AF-***) dövlət qeydiyyat nişanlı yük avtomobilinin alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması, Kamaz 5511 markalı **-BE-*** (**-AF-***) dövlət qeydiyyat nişanlı yük avtomobilinin Naxçıvan "xxxx" ATSC-nin balansına qaytarılması, İddiaçı tərəfindən “Asan ödəniş” sistemi vasitəsilə 2 noyabr 2020-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan "xxxx" ATSC-dən alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.X.Səfərəliyeva) 07 iyun 2021-ci il tarixli, 2(078)-07/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Naxçıvan "xxxx" ATSC-nə qarşı əmək kitabçasında son hesablaşma aparılaraq ona verilməsi, istifadə edilməmiş məzuniyyət pulunun və boşdayanma halları üzrə əməkhaqqının hesablanıb ona verilməsi və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin mülkiyyətinə verilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh təşkilat Naxçıvan "xxxx" X1 Cəmiyyətindən iddiaçının fakitiki işlədiyi 2004-2015-ci il ərzində istifadə etmədiyi məzuniyyət əvəzi olaraq 1799.49 (bir min yeddi yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, ona münasibətdə qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, İddiaçı sahiblik və istifadəsinə qaytarılmasını tələb etdiyi Kamaz 5511 nömrəli avtomaşınla bağlı artıq qanuni qüvvədə olan qətnamə ilə sözügedən avtomaşının onun mülkiyyətinə verilməsi barədə tələbi rədd edilmişdir. Mülki qanunvericilikdə mülkiyyət dedikdə əmlaka sahiblik, əmlakdan istifadə və əmlak barəsində sərəncam vermək hüququ nəzərdə tutulur. Mülkiyyət anlayışı həm bu üç elementin mövcudluğunu nəzərdə tutur. Ona görə də artıq qanuni qüvvədə olan qətnamələrlə iddia premeti olan avtomaşına hüquqi qiymət verildiyindən yenidən iddiaçı tərəfindən bu tələblə bağlı müraciət etməsi istisna olunur. İddia ərizəsindən və ona əlavə edilən sənədlərdən də aydın olur ki, İddiaçı iddia ərizəsində göstərilən əsas, predmet və tərəflər Naxçıvan Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(078)-07/2021 nömrəli qətnaməsi ilə eynidir, bu halın mövcudluğu isə iddianın yolverilməzliyinə görə qəbul etmək imtina əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul edilməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 26.07.2021-ci il tarixdə, 3023 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.6, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Naxçıvan "xxxx" ATSC-nə qarşı avtomaşının istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər rəsmi qaydada İddiaçı verilsin. Buna görə də İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 26.07.2021-ci il tarixdə, 3023 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar