Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1083/2020 16.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Ərizəçi doğum akt qeydinə düzəlişin edilməsi tələbinə dair ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Culfa rayon Qeydiyyat şöbəsində Culfa rayonu, Başkənd kəndində xx xxxxxxx 1937-ci ildə doğulmuş Ərizəçi doğum akt qeydləri kitabında həmin tarixdə 08 nömrə ilə aparılmış qeydiyyatın atası qrafasında X3 və anası qrafasında X6 qeydinə düzəliş edilərək X7 və anası qrafasında X2 göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Ərizəçi tərəfindən məhkəməyə ünvanlanmış ərizənin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən olundu ki, Ərizəçi ərizədə Culfa rayon Qeydiyyat şöbəsində Culfa rayonu, Başkənd kəndində xx xxxxxxx 1937-ci ildə doğulmuş Ərizəçi doğum akt qeydləri kitabında həmin tarixdə 08 nömrə ilə aparılmış qeydiyyatın atası qrafasında X3 və anası qrafasında X6 qeydinə düzəliş edilərək X7 və anası qrafasında X2 göstərilməsinin ona nə məqsəd üçün lazım olduğunu göstərməmişdir. Həmçinin Ərizəçi ərizəyə əlavə etdiyi xx xxxxxx 2015-ci il tarixli çıxarışa əsasən X1 Nubar Hüseyn qızı ilə xx xxxx 1976-cı il tarixdə evlənmişdir. Lakin ərizəyə əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli çıxarışa əsasən isə X7 xx xxxx 1975-ci il tarixdə vəfat etmişdir. Bundan başqa xx xxxx 2020-ci il tarixli cıxarışdan görünür ki, Ərizəçi xx xxxxxxx 1937-ci il tarixdə doğulmuş, atası X3, anası isə X4r. Həmçinin ərizəyə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, Məmmədova (Namazova) Nubar Hüseyn qızı xx xxxxxx 1990-cı ildə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi öz tələbini əsaslandırdığı hallara dair sənədləri təqdim etməmişdir. Ona görə də, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməlidir. 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinin tələbinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi tərəfindən "xxxx"ASC-nin Naxçıvan filialı vasitəsilə xx xxxxxx 2020-ci il tarixli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi doğum akt qeydinə düzəlişin edilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx"ASC-nin Naxçıvan filialı vasitəsilə xx xxxxxx 2020-ci il tarixli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılsın. Ərizəçi və vəkili Vəkil izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1083/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1083/2020
16.12.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver