Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1090/2020 28.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Ərizəçi doğum akt qeydinə düzəlişin edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Naxçıvan şəhər Qeydiyyat şöbəsində Naxçıvan rayon Qaraçuq kəndində xx xxxxx 1946-cı il tarixdə anadan olmuş, bu barədə doğum akt qeydləri kitabında aprel 1946-cı il tarixdə səhifə 16-da aparılmış qeydiyyatın anası qarfasında Quliyeva Elli M.Baba qızı qeydinə düzəliş edilərək X1 göstərilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə əməl olunmadan verilmişdir. Belə ki, Ərizəçi tərəfindən məhkəməyə ünvanlanmış ərizənin forma və məzmununa düzgün riayət olunmayaraq ərizədə Quliyeva Elli M.Baba qızı qeydinə düzəliş edilərək X1 göstərilməsini xahiş etsə də, Quliyeva Elli M.Baba qızına məxsus hüquqmüəyyənedici sənədləri-doğum haqqında şəhadətnamənin, pasportun, şəxsiyyət vəsiqəsinin surəti ərizəyə əlavə edilməmişdir. Hazırki tələb üzrə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilməsi zəruridir. Belə ki, hüquqmüəyyənedici sənədlərə uyğun olaraq tələbin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsi müzakirə edilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-899/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə eyni tələb qanunvericiliyin eyni maddəsi ilə geri qaytarılmış, lakin ərizəçi sənədlərdə olan çatışmazlıqları aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmişdir. Eyni zamanda ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Maddənin də məzmunundan göründüyü kimi qanunvericiliyin tələbinə görə məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödənilməli və onun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır. Ərizəçi ərizəyə əlavə etdiyi xx.xx.2020-ci il tarixdə, K0500001 terminal (686139459 qəbz nömrəli) nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi doğum akt qeydinə düzəlişin edilməsi tələbinə dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-899/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qərardadında qeyd olunmuş və dövlət rüsumunun qaytarılması barədə xx xxxxxxx 2020-ci il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Buna görə də ərizəyə əlavə olunmuş hazırki dövlət rüsumunun heç bir hüquqi qüvvəsi yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi doğum akt qeydinə düzəlişin edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçi ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1090/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1090/2020
28.12.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver