Məhkəmə qərarları › İş №2(078)-1095/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1095/2025

05.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1095/2025 05.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş pul tələbi üzrə QƏTNAMƏ (Açar sözlər: pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 11000 (on bir min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi İddiaçı dediklərinə əsasən 2024-cü il tarixində alqı-satqı müqaviləsi əsasında "Dacia Logan" markalı 2008-ci il buraxılışı ili, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomabili 11 (on bir min) manata almış, sürücülük vəsiqəsi olmadığından qohumu Cavabdeh2 istifadəsi üçün ümumi etibarnamə əsasında vermiş, Cavabdeh2 ona verilmiş etibarnamə əsasında xx.xx.2024-cü il tarixində Cavabdeh1 ümumi etibarnamə vermişdir. Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamə əsasında "Dacia Logan" markalı 2008-ci il buraxılışı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomabili idarə etmişdir.

3. Qeyd etmək istəyir ki, Cavabdeh2 iddiaçının bacısının oğludur. Maşını alanda kredit borcu qalmışdır. Hazırda həmin borcu ödəyir. Cavabdeh1 verilmiş etibarnamə əsasında xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Sədərək rayon Sədərək kənd sakini X1. Cavabdeh2 Türkiyə Respublikasında yaşayır 2025-ci ilin mart ayında gələndə bilmiş həmin zaman İddiaçı məlumat vermişdir. Cavabdeh2, Cavabdeh1 ilə telefon əlaqəsi saxlayaraq maşını kimə deyib satdığını soruşanda borcu olduğunu məcbur qalıb satdığını bildirmişdir.

4. Lakin 11000 manata alınan maşın, Cavabdeh1 dəyərindən iki dəfə aşağı olmaqla 5000 min manata satdığını bildirir və alqı-satq müqaviləsində 5000 min manat olaraq göstərilmişdir. Cavabdeh1 ehtiyac olduğundan maşını məcbur qalıb satdığını pulu verəcəyini bildirsə də, hələ bu günədək bir manat olsun belə ödəməmişdir. Qeyd etdiyi kimi 11 min manata aldığı maşının pulunu ödəmədən, Cavabdeh1 maşını satmışdır. Başqa yolla əldə edə bilməyəcəyini məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir.

5. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 152.6, 152.7, 152.8, 152.9, 152.10, 152.11, 777.1, 777.2, 777.3, 777.4, 778.1, 778.2, 778.3, 779.1, 779.2, 779.2.1, 779.2.2ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh2 məhkəmə icraatına cavabdeh qismində cəlb olunmuşdur.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə vəkili və nümayəndəsi Vəkil izahatında bildirdi ki, cavabdeh qismində əlavə olunan Cavabdeh2 də ifadəsində qeyd etmişdir ki, həmin nəqliyyat vasitəsi ümumi etibarnamə əsasında verilmişdir. Sonra Cavabdeh1 alqı-satqı olmadan sadəcə istifadəsi üçün verilmişdi. Etibarnamə versələr belə maşın satılmış və həmin pulu Cavabdeh1 götürmüşdür. Sonra əlaqə saxlayanda borcu olduğunu və borca münasibətdə satdığını bildirmişdir. 11 min manat dəyəri olan nəqliyyat vasitəsini 7 min manat dəyərində satmışdır. Birbaşa Cavabdeh1dur çünki həmin nəqliyyat vasitəsini Cavabdeh2 verilsə də, həmin nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən satılmışdır. Buna görə də Cavabdeh1 11 min manat pulun və 123 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı qaytarılmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, Cavabdeh1 gedəndən sonra maşın 3 ay onda qalmışdır. Etibarnaməni də Cavabdeh1 o vermişdir. Türkiyəyə keçdiyi zaman sığorta lazım olur. Buna görə də Cavabdeh1 cəza almaması üçün etibarnaməni vermişdir. Maşın satıldıqdan sonra hər hansı ödəniş etməmişdi. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

9. 01.09.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh1 Türkiyədə olmalıdır. Türkiyəyə maşını keçirə bilmək üçün Cavabdeh2 maşını İddiaçı adına keçirmişdir. X8 maşını Türkiyəyə gedib-gəlməsi üçün istəmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdarlıq edilmələrinə baxmayaraq, iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

11. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Sübutların tədqiqi:

11. İş materiallarında olan, 01 yanvar 2025-ci il tarixli X3 Edilməsinə dair Etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “Dacia Logan” markalı, 2008-ci il buraxılış ili, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi hüququ Cavabdeh1 tərəfindən Cavabdeh2 etibar etmişdir.

12. İş materiallarında olan, 07 noyabr 2024-cü il tarixli Etibarnamədən görünür ki, İddiaçı mülkiyyətinə olan “Dacia Logan” markalı, 2008-ci il buraxılış ili, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Cavabdeh2 tərəfindən Cavabdeh1 etibar edilmişdir. Etibarnamə 11 ay 29 gün müddətinə verilmiş yəni xx.xx.2025-ci il tarixədək verilmişdir. Etibarnamə üzrə Cavabdeh1 aşağıdakı səlahiyyətlər verilmişdir: ● Sürücülük hüququ olduqda idarə etmək ● Bağışlamaq ● İpoteka qoymaq ● Sərəncam vermək və digər hərəkətlər ● Qeydiyyata salmaq ● Qeydiyyatdan çıxarmaq ● Ərizə vermək

13. İş materiallarında olan,13 may 2025-ci il tarixli, 3-13-43-14/2-1172/2025 saylı Azərbaycan Respublikasının DİN-in Naxçıvan Muxtar Respublikası DİN-in X9 İdarəsi tərəfindən Naxçıvan MR Vəkillər Kollegiyası Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili, Vəkil ünvanlanmış məktubdan görünür ki, İddiaçı adında olmuş "Dacia Logan" markalı, 2008-ci il buraxılışlı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Sədərək rayon Sədərək kənd sakini X4 adına qeydiyyata alınaraq **-BA-*** dövlət qeydiyyat nişanı verilmişdir. Hal-hazırda "Dacia Logan" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 adında qeydiyyatdadır.

14. İş materiallarında olan, 25 mart 2025-ci il tarixli, Nəqliyyat vasitənin alqı-satqı Müqaviləsi əsasında İddiaçı adından Cavabdeh1 tərəfindən “Dacia Logan” markalı, 2008-ci il buraxılış ili, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil 5000 (beş min) manat məbləğinə X1.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

18. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

19. Maddə 363.3. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.

20. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.

21. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.

22. Maddə 777.1.Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

23. Maddə 777.2.Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

24. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

25. Maddə 778.2.Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

26. Maddə 778.3.Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

27. Maddə 779.1.Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

28. Maddə 779.2.Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər (779.2.1.) vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri (779.2.2.)

29. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

30. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

31. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

41. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

42. Məhkəmə ilk növbədə qeyd edir ki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir.

43. Məhkəmə hesab edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin Tapşırıq müqaviləsini tənzimləyən müddəaları təşkil edir.

44. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı).

45. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

46. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

47. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

48. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinə iki hissəli yanşma aparılmalıdır. İlk növbədə mülkiyyətində olan avtomobilə dair cavabdehlərə müvafiq etibarnamələri verən iddiaçının etibarnamə verərkən mövcud olan iradə ifadəsinin nədən ibarət olmasına qiymət verilməli və ikincisi cavabdehlərin tapşırıq müqaviləsi üzrə üzərinə götürdükləri vəzifələri lazımi qaydada yerinə yetirib-yetirməməsi müəyyən edilməlidir.

49. Məhkəmə mülkiyyətində olan avtomobilə dair cavabdehlərə müvafiq etibarnamələri verən iddiaçının etibarnamə verərkən mövcud olan iradə ifadəsinə münasibətdə qeyd edir ki, nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə verməklə iddiaçı həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsini arzu etmişdir. Həmçinin, hazırki iddia ərizəsində avtomobilin özünün deyil, onun dəyərinin tələb edilməsi iddiaçının məhz iradə ifadəsinin qeyd edilən istiqamətdə olduğunu təsdiq edir.

50. Məhkəmə cavabdehlərdən hansının birbaşa iddiaçı qarşısında məsuliyyət daşımalı olmasına münasibətdə qeyd edir ki, qeyd edilən tapşırıq müqaviləsi üzrə səlahiyyət mülkiyyətçi tərəfindən bilavasitə Cavabdeh2 verilmişdir. Cavabdeh2 mülkiyyətçi qarşısında tapşırıq müqaviləsindən irəli gələn vəzifələrini lazımi qaydada yerinə yetirməmiş və səlahiyyəti ötürdüyü şəxsin öhdəliklərinə əməl etməsinə kifayət qədər vicdanlılıq göstərməmişdir. Halbu ki, Mülki Qanunvericlikdə vəkalət alanın tapşırığı vicdanla icra etməli olduğu, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməli olduğu birmənalı şəkildə təsbit olunmuşdur. Cavabdeh2 tapşırıq müqaviləsindən irəli gələn vəzifələrini lazımi qaydada yerinə yetirdiyini təsdiq edən sübutları yəni, avtomobilin alqı-satqısından əldə olunan məbləği tapşırana yəni, İddiaçı ödənməsi barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.

51. Məhkəmə Cavabdeh1 məsuliyyəti hissəsində qeyd edir ki, tapşırıq müqaviləsindən irəli gələn öhdəliyə görə Cavabdeh2 mülkiyyətçi qarşısında birbaşa məsuliyyət daşıdığından, Cavabdeh2 qeyd edilən məbləği reqress qaydada Cavabdeh1 tələb etmək hüququna malikdir.

52. Məhkəmə qeyd edir ki, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

53. Həmçinin vəkalət alan göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənara çıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. 54.Məhkəmə hesab edir ki, əsaslar olmadan Cavabdeh2 İddiaçı ziyanına onun göstərişlərindən kənara çıxmışdır. Buna görə də o, vurulmuş zərərin əvəzini ödəməlidir.

55. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 25 mart 2025-ci il tarixdə Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 “Dacia Logan” markalı, 2008-ci il buraxılış ili, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili 5000 (beş min) manat dəyərində X2. İddiaçı tərəfindən cavabdehdən 11.000 manat pul tələb edilsə də, həmin avtomobilin dəyirinin 11.000 manat təşkil etməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir.

56. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı 5000 (beş min) manat dəyərində zərər vurmuşdur. Buna görə də 5000 (beş min) manat pul Cavabdeh2 alınaraq iddiaçının xeyrinə tutulmalıdır.

57. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. İddia qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia ərizəsi üzrə İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbz ilə ödənilmiş 123 manat dövlət rüsumunun 70 manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı qaytarılmalıdır.

59. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh2 5000 (beş min) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi üzrə İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbz ilə ödənilmiş 123 manat dövlət rüsumunun 70 manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar