Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-111/2025 11.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı çəkilmiş xərcin qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı çəkilmiş xərcin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şahbuz rayon Kükü kəndində yerləşən yaşayış evində sərf etdiyi 4670 (dörd min altı yüz yetmiş) manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 66 (altmış altı) manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, Şahbuz rayon Kükü kəndində 0.3871 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət ilə X2, X6 və Cavabdeh mülkiyyətində olmaqla və bu barədə Naxçıvan MR DƏTM üzrə DX-də ********** nömrə ilə qeydiyyat aparılmışdır. Həmin əmlakda payın 5/7 hissəsi Cavabdeh, 1/7 hissəsi X1 və 1/7 hissəsi isə X3 payı təşkil edir. X2 15 iyul 2015-ci il tarixdə və X6 isə 19 aprel 2014-cü ildə vəfat ediblər. X1 X11-həyat yoldaşı, İddiaçıoğlu, X9-oğlu, X7-qızı və X8-qızı adlı vərəsələri var. X3 tək vərəsəsi oğlu X12r. Həmin yerdə uzun illər X2 ilə birlikdə tikili aparmış, ağac əkmişdir. Həmin evə qaz sistemi, işıq sistemi çəkilmişdir. 100 (bir yüz) manat pul xərcləmişlər. Su xətti çəkdirmişlər, 200 metr boru alınıb, 130 (yüz otuz) manat ona görə pul xərcləmişlər. Həmçinin həyətin divarını 200 (iki yüz) manat pul xərc çəkib düzəltdirmişlər. Evdə təmir işləri aparmışlar. Orada qalmaq üçün otağın birini 200 (iki yüz) manat verib hazırlamışdır. Bununla yanaşı həyətin darvazası qırılmışdır. 100 (bir yüz) manat verib həmin darvazanı düzəltilmişdir. Eyni zamanda həyətin çəpərini çıxarmaq lazım idi. O da setqanı çıxartmaq üçün maşının diferinə taxmışdır. Maşının diferi qırılmış və 300 (üç yüz) manat verib onu düzəltdirmişdir. Atası vəfat etdikdən sonra 2017-ci ildə dam örtüyü qırıldığı üçün 40 ədəd şifer, 150 m taxta, 10 kq mismar almışdır. Həmçinin usta və fəhlə pulu eyni zamanda kamaz şoferinə pul vermişdir. Ümumilikdə dam örtüyünü düzəltdirmək üçün 1190 manat xərc çəkmişdir. Daha sonra 10 il müddətində 6 ay daimi olaraq evə, həyətə baxmağa getmişdir. Ağaclar əkmişdir. Bu müddətdə təxminən 2400 (iki min dörd yüz) manat xərc çəkmişdir. Ümumilikdə 4670 (dörd min altı yüz yetmiş) manat həmin evdə xərc çəkmişdir. Cavabdeh bu evli bağlı əmlakın açıq hərracda satılması və satış dəyərinin bölünməsi tələbi barədə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə olan məhkəmədən sonra əmlak qiymətləndirilməyə çıxarılmışdır. Həmin evdə çəkdiyi xərc nəzərə alınmamışdır. O, əgər bilsəydi ki, bu ev satılacaq orada heç bir iş görməz, bu qədər pul xərcləyib əziyyət çəkməzdi. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. 11 fevral 2025-ci il tarixdə məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçının və cavabdehin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 24 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə Cavabdeh qarşı məhkəməyə müraciət etdiyini, iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 20102 nömrəli qəbzlə ödənilmiş 66 (altmış altı) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı çəkilmiş xərcin qaytarılması tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 20102 nömrəli qəbzlə ödənilmiş 66 (altmış altı) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-111/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-111/2025
11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver