Məhkəmə qərarları › İş №2(078)-112/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-112/2022

09.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-112/2022 09.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Naz Lifan markalı **-TA-*** dövlə nömrə nişanlı avtonəqliyyat vasitəsinə vurulmuş maddi ziyan nəticəsində çəkilmiş xərcə görə 2015 (iki min on beş) manat və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu olan pul olmaqla ümumilikdə 2056 (iki min əlli altı) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətini 25 yanvar 2022-ci il tarixdə ərizə ilə bildirmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı izahatında iddianı müdafiə edərək bildirmişdir ki, Naz Lifan markalı ** TA *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili təxminən 9 il Cavabdeh icarəyə vermiş və hər ay icarə pulunu almışdır. Avtomobili aldıqdan sonra onu cavabdehə icarəyə vermiş, maşın zavoddan çıxmış, nə özü, nə də başqa şəxslər tərəfindən idarə olunmamışdır. Ona görə də maşın təzə vəziyyətdə, tam saz və heç bir nöqsanı olmadan cavabdehə təhvil verilmişdir. Hər il cavabdehlə müqavilələri yenilənmiş, müqavilə bir il müddətində bağlanmışdır. Nəqliyyat Xidmətindən ona bildirilmişdir ki, maşının getdiyi yola münasibətdə onun yenisi ilə əvəz edilməsi və ağ rəngli Lifanın alınması vacibdir. Sonuncu dəfə cavabdehlə 2020-ci ilin sentyabr ayında bir il müddətinə müqavilə bağlanmışdır. 2021-ci ilin sentyabr ayında müqavilə müddəti bitmiş, yenidən müqavilə bağlamamışdır. Müqavilə müddəti bitdikdən sonra təxminən 15 gün maşın cavabdehin həyətində qalmışdır. Sonra cavabdehlə birlikdə maşını rəngləmək üçün usta yanına aparmış və yeni bir sürücüyə icarəyə vermək istəmişdir. Bunun üçün 02 oktyabr 2021-ci il tarixdə maşını baxış keçirtmək üçün onu Cahan Motors MMC-yə aparmış, orada maşına baxış keçirilmiş və qüsur aktı tərtib edilmişdir. Həmin qüsur aktında dəyərləndirilə bilən hissələr 1662 manat göstərilmişdir, əlavə olaraq maşın söküldükdən sonra dəyər qoyula bilən hissələr aktda göstərilməmişdir. Aktı aldıqdan sonra cavabdehə, onun qardaşlarına müraciət etmişdir ki, ən azından yararsız olan hissələri təmir etdirsin, 300-400 manat xərc çəksin, qalan hissələri də özü təmir edər. Lakin cavabdeh ustanın yanında hər kəsin içərisində heç bir xərc çəkməyəcəyini, pulu olmadığını, hara istəyərsə müraciət edə biləcəyini göstərmişdir. Artıq dəfələrlə mübahisəni öz alararında həll emək və məhkəməyə verməmək barədə qarşı tərəfə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Bundan sonra qüsur aktına uyğun olaraq maşını ustanın yanına aparmış, yararsız olan hissələri dəyişdirmiş, yenisi ilə əvəz etmiş və xərci özü qarşılamışdır. Avtomobilin mühərrikinin təmiri üçün tək usta xərci 200 manat olmuşdur, belə ki, mühərrikin təmiri üçün qalofkanın qaynaq olunması 30 manat, qalofkanın cilalanması 50 manat, blokun cilalanması 170 manat, mühərrikə istifadə olunan ehtiyat hissələri 388 manat, əlavə olaraq sürət qutusunun ehtiyat hissəsi və əl xərci üçün 116 manat, avtomobilin təkəri üçün 170 manat, mühərrikin iki yastığı üçün 96 manat, ustaların əl xərci qoyduqları ehtiyat hissələr üçün 735 manat, avtomobilin baxışı və diaqnozu üçün 60 manat pul ödəmişdir. Həmin ödənişlərə dair faktura və qəbzləri iddia ərizəsinə əlavə etmiş, maşını təmir edən ustaları şahid qismində məhkəməyə dəvət etmişdir. O cavabdehlə müqavilə bağlamış və müqavilədən də əgər maşında hər hansı nazaslıq və təmir xərci olarsa icarəçinin çəkməli olduğu barədə şərtləri olmuşdur. Həmin müqaviləni hər ikisi imzalamışdır. Maşınını cavabdehdən başqa hər hansı şəxsə icarəyə verməmişdir. Maşında hansı nöqsan yaranıbsa və hansı təmir xərcinə ehtiyac varsa cavabdehin istifadəsində olduğu zaman yaranıbdır. Onun dolanacaq yeri maşının icarəsindən əldə etdiyi gəlirdir. Ona görə də gəlirdən məhrum olmamaq üçün cavabdehə işi uzatmamağı, ustanın xərcini və hissələrin alınmasını tez bir zamanda aparmasını desə də cavabdeh heç bir xərc çəkməmiş, məcbur qalıb özü avtomobili təmir etdirmiş və icarəyə vermişdir. Bu gün cavabdehdən çəkdiyi xərcləri tələb edir. O cavabdehdən artıq heç nə istəmir, vurduğu ziyanı ödəsin. Əlavə olaraq qüsur aktında olan hissələrin hamısını bu gün düzəltdirməyibdir və onları cavabdehdən tələb etmir. Yenə də maşının şüşəsi qalxmır, kondisioner işləmir, sırğalar dəyişilməyib. Lakin o bunların xərcini cavabdehdən tələb etmir. Düzəltdirdiyi hissələrin xərcini ödəsin. Onun dəyişdiyi və təmir etdirdiyi bütün hissələri saxlayır, çünki cavabdehlə razılaşa bilmədiyindən məhkəmə mübahisəsi olacağını bilirdi və ona görə də bütün ehtiyat hissələri mütəxəssis baxıb qiymət verəcəyini düşündüyündən saxlamışdır. Qeyd etdiklərini nəzərə alıb Naz Lifan markalı **-TA-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə vurulmuş maddi ziyan nəticəsində çəkilmiş xərcə görə 2015 (iki min on beş) manat və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu olan pulun ümumilikdə 2056 (iki min əlli altı) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı dindirilmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 2013-cü ildən 2021-ci ilin sentyabr ayının 4-nə qədər İddiaçı məxsus “Naz Lifan” markalı ** TA *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin müddətdə İddiaçı hər ay vaxtında təyin edilən məbləğdə ümumilikdə 47550 (qırx yeddi min beş yüz əlli) manat icarə haqqı ödəmiş, əlavə olaraq vergi, sosial müdafiə, sığorta, lisenziya, texniki baxışla bağlı bütün işləri də özü görmüşdür. Maşını iddiaçıya təhvil verəndə maşın işlək və saz vəziyyətdə olmuşdur. Avtomobilin işlək və saz vəziyyətdə olmasını Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin verdiyi arayış da təsdiq edir. Daha sonra ucuz qiymətə başqa taksi icarəyə götürmüşdür. İddiaçı ona yenə də onun taksisini icarəyə götürməsini, yeni modellərdən alacağını, ona etibar etdiyini bildirsə də sərfəli qiymətə başqa nəqliyyat vasitəsi tapdığı üçün razı olmamışdır. Həmin vaxt İddiaçı ona hədə-qorxu gəlmiş, ona nə olur olsun təzə maşın aldırdacağını bildirmişdir. Əgər iddiaçı təzə maşın istəyirsə bu illər ərzində ödədiyi 47550 manatı qaytarsın, istədiyi təzə maşını ona ala bilər. İddiaçı maşını başqa şəxsə verərkən maşını təhvil vermək üçün onu çağırmış, maşını ustaya aparanda usta sadəcə 1 ədəd mühərrik paduşqasının nasaz olduğunu bildirmişdir. O da öhdəsinə düşəndən artığını edərək 2 ədəd mühərrik paduşqa almışdır ki, narazılıq olmasın. Həmin paduşkaların pulunu iddiaçıya borclu qalmış və verməmişdir. Qalan maşında heç bir nasazlıq olmamışdır. İddiaçı maşını hər hansı nasazlıq olmadan öz istəyinə uyğun təmir etdirib, köhnəlmiş hissələri yenisi ilə əvəz edibdir. Halbuki həmin hissələr yararsız olmamışdır. İddiaçı ondan pul almaq üçün ehtiyac olmadığı halda maşının hissələrini dəyişdiribdir. Bunu maşını apardığı usta Şahid3 da təsdiq edə bilər. Halbuki o maşını həmin ustanın yanında təhvil veribdir. İddiaçı izahatında maşının üstündən çıxan hissələrin saxladığını bildirməsi düzgün deyil, istənilən yerdə Naz Lifan markalı maşının yararsız hissələri vardır, onları tapıb saxlaya bilər. Aztəminatlı ailədir, gündəlik qazancı ilə 5 nəfər ailə üzvü dolandırır. Onun İddiaçı ödəyəcək heç bir pulu yoxdur. Qeyd etdiklərini və ərizəsində yazılı şəkildə göstərdiklərinə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Şahid3 ifadəsində göstərmişdir ki, maşın təmiri sexində usta işləyir. Bayraməli və Cahangir onun yanına maşın gətirmiş, maşının iki ədəd paduşqasını dəyişmişdir. Usta xərci olaraq 20 manatı Bayraməli vermişdir. Daha sonra Cahangir bir vərəq yazılan hissələr gətirdi və dəyişiləcəyini bildirdi. Verilən siyahı üzrə avtomaşının hissələrini dəyişmişdir. Dəyişilən hissələrin yararlı olduğu da yararsız olduğu da olmuşdur. Usta olduğuna görə müştərinin dediyini etmişdir və hissələri yenisi ilə əvəz etmişdir. Bildikləri bundan ibarətdir. Məhkəmə baxışı iclasında Şahid2 ifadəsində göstərmişdir ki, maşın ustasıdır və təmir sexində işləyir. Cahangir ona maşın gətirmiş və maşının blokunu düzəltmişdir. Blokun gilizini üstünə taxmışdır. 170 manat Cahangirdən pul almışdır. Həmin blokun gilizini ona görə əvəz etmişdir ki, yararlılıq müddəti bitmişdir. Ona görə istifadəyə yararsız idi. Bildikləri bundan ibarətdir. Məhkəmə baxışı iclasında mütəxəssis "xxxx" MMC-də sex rəisi vəzifəsində işləyən X4 izahatında göstərmişdir ki, İddiaçı və Cavabdeh birlikdə "xxxx" MMC-yə gələrək ona avtomobilin hissələrini təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hissələrə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ona təqdim edilən Lifan 620 markalı avtomobilin hissələrindən 2 ədəd amortizator, 1 ədəd sırğa, su pompası, pilnik, 3 ədəd razvalnı, 2 ədəd stupiça paçemniki, hava filtri, remen, patrupka, qidravlik şlankı, valın arxa salnik tam yararsız, 1 ədəd sırğa, çaşqa, feredo, 2 ədəd şaravoy, 1 ədəd vıjımnoy qismən yararsızdır. Ona təqdim edilən sözügedən ehtiyat hissələrinin həqiqətən **-TA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərindən çıxdığını bilə bilməz, lakin Lifan 620 markalı avtomobilin ehtiyat hissələridir. Qeyd etdiyi hissələr "xxxx" MMC-də düzəldildiyi və dəyişildiyi təqdirdə usta xərci və ya əvvəlcədən baxılması mümkün olmayan yalnız söküldükdən sonra içərisində təmirə ehtiyacı olan hissələrlə bağlı xərcin nə qədər təşkil etdiyini göstərmək mümkün deyildir. Lakin sözügedən avtomobilin qüsur aktı və dəyişilmək və təmir etdirmək zərurəti olan hissələrinin siyahısı "xxxx" MMC tərəfindən İddiaçı verilmişdir. Orada göstərilməsi mümkün olan standart qiymətlər qeyd edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin qanuni əsasını icarə müqaviləsindən irəli gələn öhdəliklər təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 680.1-ci maddəsinə görə kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Həmin Məcəllənin 417.2-ci maddəsinə görə əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. Həmin Məcəllənin 417.3-ci maddəsinə görə tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ’’əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqeyinin hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona maddi zərərin dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş materiallarında oolan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, ** TA *** qeydiyyat nişanlı Naz Lifan LF 7162 C 620 Minik markalı Sedan buraxılış ili 2013 olan nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin icarəyə verilməsi barədə 09/07 nömrəli 04 sentyabr 2020-ci il tarixli müqavilənin 1.1-ci bəndindən aydın olur ki, həmin müqaviləyə əsasən “icarəyə verən” mülkiyyətində olan Lifan markalı **-TA-*** dövlət nömrə nişanlı avtomobili “icarəçi”nin istifasəinə verməyi, “icarəçi” isə razılaşma əsasında müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan avtonəqliyyat vasitəsinin icarəyə verilməsi barədə 09/07 nömrəli 04 sentyabr 2020-ci il tarixli müqavilənin 2.1-ci bəndindən aydın olur ki, “icarəyə verən” icarəyə verilən avtonəqliyyat vasitəsini texniki saz və istifadəyə yararlı vəziyyətdə “icarəçi”yə təhvil verməyi öhdəsinə götürür. İş materiallarında olan avtonəqliyyat vasitəsinin icarəyə verilməsi barədə 09/07 nömrəli 04 sentyabr 2020-ci il tarixli müqavilənin 3.1-ci bəndindən aydın olur ki, “icarəçi” icarə haqqı olaraq “icarəyə verən”ə hər ay üçün ödəmə mənbəyindən icarə haqlarından verginin tutulması da daxil olmaqla 400 (dörd yüz) manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarında olan avtonəqliyyat vasitəsinin icarəyə verilməsi barədə 09/07 nömrəli 04 sentyabr 2020-ci il tarixli müqavilənin 3.4-cü bəndindən aydın olur ki, ödəmə mənbəyindən icarə haqlarından verginin və digər rüsumların ödənilməsini “icarəçi” öz öhdəsinə götürür. İş materiallarında olan avtonəqliyyat vasitəsinin icarəyə verilməsi barədə 09/07 nömrəli 04 sentyabr 2020-ci il tarixli müqavilənin 4.1-ci bəndindən aydın olur ki,müqavilə 1 il müddətinə qüvvədədir. 4.3-cü bəndə görə müqavilə 04 sentyabr 2020-ci il tarixdən 03 sentyabr 2021-ci il tarixədək qüvvədədir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin icarəyə verilməsi barədə 09/07 nömrəli 04 sentyabr 2020-ci il tarixli müqavilənin 5.2-ci bəndindən aydın olur ki, “icarəçi” icarəyə götürmüş olduğu avtonəqliyyat vasitəsində baş vermiş hər hansı nasazlığı aradan qaldırmalı və təmir xərclərini özü çəkməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Naz Lifan 620 markalı ** TA *** qeydiyyat nişanlı 02 oktyabr 2021-vi il tarixli qüsur aktından aydın olur ki, avtomobilin təmir zamanı əlavə xərci olaraq aşağıdakılar qeyd eidlmişdir 1-qabaq apornu ayna-2 ədəd 2.arxa apornu ayna-2 ədəd-cəmi 60 manat 3.eşik remen-1 ədəd-35 manat 4.razvalnı futulka böyük-1 ədəd 5.razvalnı futulka balaca-2 ədəd-18 manat 6.qabağ sırqa-2 ədəd-36 manat 7.rulovoy kalonka yağ axıdır-1 ədəd 8.gidravikadan çıkan kalonkaya gedən yağ turbası-1 ədəd 9.vallın arxa salniki-1 ədəd-10 manat 10.karter təmiri-1 ədəd 11.karopka sökülüb-1 ədəd 12.alt karter sökülüb-1 ədəd

13. su pompası-1 ədəd-60 manat 14.çaşka feredo vjımnoy-1 ədəd-160 manat 15.qabağ stupoça paçevniki-2 ədəd-24 manat

16. qranatın karopkaya keçən yerindən yağ axıdır-1 ədəd

17. katalizatorun ikinci daçiki işləmir-1 ədəd 18.hava şarın işığı priborda yanmır-1 ədəd 19.hava yastığın blooku diyaqnostikaya getmir-1 ədəd 20.arxa sağ tərəf şüşə qaldıran işləmir-1 ədəd 21.kondisioner zəif işləyir-1 ədəd

22. qabağ farının arxa lampa bağlanan qapağı yox-2 ədəd 23.piribor işığın artıb azalması işləmir-1 ədəd 24.arxa qabağ bufer- 1 ədəd 25.sağ padnoşka-1 ədəd 26.arxa qabağ sağ tərəf qapı-2 ədəd 27.sağ arxa kırlo-1 ədəd 28.sol tərəf padnoşka-1 ədəd 29.sol tərəf arxa qabağ qapı-2 ədəd 30.qabağ fara parilfkası-1 ədəd

31. arxa sol fara parilofkası-1 ədəd

32. malyar işi-700 manat 33.mexanik işi-500 manat 34.elektrik işi Cəmi 1662 manat. İş materiallarında olan "xxxx" MMC tərəfindən 02 oktyabr 2021-ci il tarixli 110710 nömrəli qəbzdən aydın olur ki, ** TA *** nömrəli avtomobilin texniki baxışı 60 (altmış) manat təşkil etmişdir. İş materiallarında olan X5 tərəfindən verilmiş 089701 nömrəli 06 noyabr 2021-ci il tarixli mədaxil qəbzindən aydın olur ki, 1 ədəd qalofkanın qapısı 30 manat təşkil edir. İş materiallarında olan "xxxx" Nəqlliyyat MMC tərəfindən verilmiş qəbzdən aydın olur ki, Naz Lifan silindir qapağının yonulması üçün 50 manat ödəniş edilmişdir. İş materiallarında olan X3 tərəfindən verilmiş 082068 nömrəli 08 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən aydın olur ki, hava piltrəsi 1 ədəd-5 manat, paturupka yekə 1 ədəd 15 manat, əl xərci 155 manat təşkil edir. İş materiallarında olan X3 tərəfindən verilmiş 082064 nömrəli 08 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən aydın olur ki, çaşka 1 ədəd 65 manat, feredo 1 ədəd 60 manat, vijimnoy 1 ədəd 20 manat, stupiça 2 ədəd 50 manat təşkil edir. İş materiallarında olan Məmmədov Etibar tərəfindən verilmiş ******* nömrəli 08 noyabr 2021-ci il tarixli mədaxil qəbzindən aydın olur ki, ** TA *** avtomobilin mühərrikinin yığılması 200 manat təşkil edir. İş materiallarında olan X3 tərəfindən verilmiş 082067 nömrəli 08 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən aydın olur ki, rulovoyun durbası 1 ədəd 45 manat, rulovoyun yağı 1 ədəd 7 manat, dinama remeni 1 ədəd 12 manat, motorun arxa salniki 1 ədəd 10 manat təşkil edir. İş materiallarında olan X3 tərəfindən verilmiş 082066 nömrəli 08 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən aydın olur ki, rozvali xırda 1 ədəd 10 manat, sırqa 2 ədəd 24 manat, şaravoy 2 ədəd 28 manat, su pompası 1 ədəd 45 manat təşkil edir. İş materiallarında olan X3 tərəfindən verilmiş 082065 nömrəli 08 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən aydın olur ki, stol yağı 1 ədəd 8 manat, amartozator 2 ədəd 140 manat, şarnel pulniki 1 ədəd 10 manat, razvali yekə 2 ədəd 28 manat təşkil edir. İş materiallarında olan Şahid2 tərəfindən verilmiş 138001 nömrəli 04 noyabr 2021ci il tarixli mədaxil qəbzindən aydın olur ki, blook siltotka 170 manat təşkil edir. İş materiallarında olan 41 nömrəli 02 noyabr 2021-ci il tarixli mədaxil qəbzindən aydın olur ki, 4 ədəd porşin 90 manat, 1 ədəd yağ nasosu 55 manat, 1 ədəd kolça 60 manat, 4 dəst prokladka 60 manat, vkladiş 2 ədəd 45 manat, qermerik 3 ədəd 12 manat, remen dişli 18 manat, remen 18 manat, yağ 4 litr 20 manat, filrk 4 manat, sırğa 6 manat təşkil edir. İş materiallarında olan ******* nömrəli 25 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən aydın olur ki, paduşka 3x63=63 manat, paduşka 1x33=33 ümumi 96 manat təşkil edir. İş materiallarında olan X2 MMC tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli M1 220/10 nömrəli Naz Lifan 620 ** TA *** nömrəli avtomobilin ehtiyyat hissələri 2 ədəd poçemnik 30 manat, 1 ədəd poçemnik 20 manat, 1 ədəd poçemnik 25 manat və karopka val yağ qapağı 1 ədəd 1 manat xidmət haqqı 40 manat olmaqla cəmi 116 manat təşkil edir. İş materiallarında olan İmanov Kamal tərəfindən verilmiş 46 nömrəli 10 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən aydın olur ki, ** TA *** nömrəli avtomobilin ***-**-** nömrəli 2 ədəd 85 manat olmaqla 170 manat təşkil edir. İş materiallarında olan mütəxəssis arayışından aydın olur ki, İddiaçı tərəfindən təqdim edilmiş hissələrə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ona təqdim edilən Lifan 620 markalı avtomobilin hissələrindən 2 ədəd amortizator, 1 ədəd sırğa, su pompası, pilnik, 3 ədəd razvalnı, 2 ədəd stupiça paçemniki, hava filtri, remen, patrupka, qidravlik şlankı, valın arxa salnik tam yararsız, 1 ədəd sırğa, çaşqa, feredo, 2 ədəd şaravoy, 1 ədəd vıjımnoy qismən yararsızdır. Məhkəmə yuxarıda sadalanan hüquq normalarını iş materiallarında olan sübutlarla əlaqəli şəkildə təhlil edir və belə nəticəyə gəlir ki, iş üzrə mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən sübutları tədqiq edir və belə hesab edir ki, bu halda sübutun qiymətləndirilməsi meyarları nəzərə alınmalıdır. İş materiallarında iddiaçı tərəfindən təqdim edilən qəbzlərin bir neçəsi sübutun qiymətləndirilməsi meyarlarına cavab versə də bir hissəsi bu meyarlara cavab vermir. Belə ki, satış fakturalarında, eləcə də qəbzlərdə hansı maşına münasibətdə təmir işlərinin aparılması və ya maşın sahibinin adı qeyd edilməmişdir. Yəni qeyd edilən təmir işlərinin məhz ** TA *** nömrəli avtomobillə bağlı həyata keçirilməsi qeyd edilməmişdir və ya ödənişini İddiaçı tərəfindən aparılması öz əksini tapmamışdır. Eyni zamanda qəbzləri tərtib edən şəxslərin şahid qismində məhkəmə iclasına çağırılmasına başmayaraq onların iştirakı iddiaçı tərəfindən təmin və təşkil edilməmişdir. Belə olan halda məhkəmə X5 tərəfindən verilmiş 089701 nömrəli 06 noyabr 2021-ci il tarixli mədaxil qəbzini, X3 tərəfindən verilmiş 082068 nömrəli 08 oktyabr 2021-ci il tarixli mədaxil qəbzini, X3 tərəfindən verilmiş 082064 nömrəli 08 oktyabr 2021-ci il tarixli mədaxil qəbzini, X3 tərəfindən verilmiş 082067 nömrəli 08 oktyabr 2021-ci il tarixli mədaxil qəbzini, X3 tərəfindən verilmiş 082065 nömrəli 08 oktyabr 2021-ci il tarixli mədaxil qəbzini, 41 nömrəli 02 noyabr 2021-ci il tarixli mədaxil qəbzinin sübut qismində qiymətləndirilməsini istisna edir. Məhkəmə iddia ərizəsinə əlavə edilən digər qəbzləri sübut qismində qiymətləndirir. Belə ki, həmin qəbzlərdə iddia predmeti olan avtomobilin qeydiyyat nişanı göstərilmiş, eyni zamanda məhkəmə iclasında iştirak edən şahidlər gördükləri təmir işlərini bildirmiş və həmin işlərə münasibətdə qəbzlər təqdim edilmişdir. Məhkəmə cavabdehin iddiaya etirazında əlavə etdiyi Nəqliyyat Xidməti tərəfindən verilmiş avtomobilin texniki vəziyyətdə saz olmasına dair arayışa münasibətdə bildirir ki, avtomobil ümumi şəkildə texniki baxışdan keçirilmiş, onun istifadəsində yaranmış texniki nasazlıqlar mütəxəssis rəyində bildirildiyi kimi, avtombilin hissələri söküldükdən sonra içərisində olan yararsız hissələrin əvəzlənməsi ilə mümkün olmuşdur. Cavabdeh özü izahatında avtomobilin təzə alınmış vəziyyətdə ona təhvil verildiyini bildirmişdir. Həmin avtomobilin iddiaçıya təhvil verilməsindən 15 gün sonra onun ustaya aparılması məhz bu müddət ərzində qeyd edilən nasazlıqların baş verməsi ilə mümkün hal hesab edilə bilməz. Cavabdeh izahatında avtomobilin usta yanına aparılarkən paduşkalarının sıradan çıxması və dəyişilmək zərurəti olduğunu bildirmişdir. Cavabdeh özü avtomobildə sözügedən nöqsanların olduğunu etiraf etmişdir. Lakin digər noqsanların olmadığını və ya sonradan yarandığını göstərmişdir. Halbuki bununla bağlı mötəbər sənədlərini təqdim etməmişdir. Ona görə də məhkəmə iddia predmeti olan avtombildə yaranmış texniki nasazlıq və təmir xərclərinə münasibətdə iddiaçı tərəfindən verilmiş mötəbər sübutları nəzərə alaraq tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən həmin xərclərin çəkilməli olduğu nəticəsinə gəlir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Naz Lifan 620 ** TA *** dövlət qeydiyyat nömrəli avtomobilin ümumi texniki baxışdan keçirilməsinə görə ödənilmiş 60 (altmış) manat, mühərriki yığılmasına görə ödənilmiş 200 (iki yüz) manat, blok siltotkasına-cilalanmasına görə ödənilmiş 170 (bir yüz yetmiş) manat, hava yastıqlarına görə ödənilmiş 96 (doxsan altı) manat, paçemnik, karopka və yağ qapağına görə xidmət haqqı ilə birlikdə ödənilmiş 116 (bir yüz on altı) manat, avtomobilin təkərinə görə ödənilmiş 170 (bir yüz yetmiş) manat pul ümumiikdə 812 (səkkiz yüz on iki) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsini rədd edərkən gəldiyi nəticəni yuxarıda qeyd edilən hallara uyğun olaraq əsaslandırmış və bildirmişdir ki, digər qəbzlərdə alınmış ehtiyyat hissələrinin məhz iddia predmeti olan avtomobil üçün alınması və məhz iddiaçı tərəfindən alınmasını təsdiq edən hər hansı birbaşa qeyd göstərilməmişdir. Ona görə də iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən 19 noyabr 2021-ci il tarixdə X6 Filialına 13099 nömrəli qəbzlə ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 16.52 (on altı manat əlli iki qəpik) manatı cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 812 (səkkiz yüz on iki) manat pul Cavabdeh alınaraq İddiaçı oğuna verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 812 (səkkiz yüz on iki) manat pul İddiaçı oğuna ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən 19 noyabr 2021-ci il tarixdə X6 Filialına 13099 nömrəli qəbzlə ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 16.52 (on altı manat əlli iki qəpik) manatı Cavabdeh oğlundan alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar