Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-114/2022 16.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdeh təşkilatın vəkili və nümayəndəsi Vəkil2 və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan MR Xəstəxanasına qarşı sağlamlığın pozulmasına görə çəkilən xərclərin, əmək qabiliyyətinin itirilməsi ilə bağlı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: Babayeva X3 MR Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Mərkəzi Xəstəxanasından sağlamlığının pozulmasına görə 4277 (dörd min iki yüz yetmiş yeddi) manat çəkilmiş xərclərin, əmək qabliyyətinin itirilməsi ilə bağlı işləmədiyi aylar üçün əməkhaqqının, hər ay üçün 237 manat olmaqla, iki aya 474 (dörd yüz yetmiş dörd) manatın, zərərin əvəzi olaraq (bilet pulu və sair xərclər) isə 2200 (iki min iki yüz) manat kompensasiyanın və dövlət rüsumu olaraq ödədiyi 90 manat rüsumun, ümumilikdə 7041 (yeddi min qırx bir) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə vəkil ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddianın baxılmasını istəmədiyini, iddiadan imtina etdiyini, ərizəsini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 18 noyabr 2021-ci il tarixli, 2314 nömrəli qəbzlə ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Göstərilən qanun normalarına əsasən iş üzrə icraata xitam verilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdi: İddiaçı Naxçıvan MR Xəstəxanasına qarşı sağlamlığın pozulmasına görə çəkilən xərclərin, əmək qabiliyyətinin itirilməsi ilə bağlı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 18 noyabr 2021-ci il tarixli, 2314 nömrəli qəbzlə ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-114/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-114/2022
16.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver