Məhkəmə qərarları › İş №2(078)-1144/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1144/2025

29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1144/2025 29.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı borc pulun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi:

1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı borc pulun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 152-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır.

3. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərməlidir.

4. Lakin, İddiaçı özünün və cavabdehin yuxarıda qeyd edilən məlumatlarını - özünün şəxsiyyəti eyniləşdirməyə imkan verən məlumatlarını ( şəxsiyyət vəsiqəsinin seriya nömrəsini) və Cavabdeh2 şəxsiyyətini eyniləşdirməyə imkan verən (şəxsiyyət vəsiqəsinin seriya nömrəsini) ərizəsində göstərməmişdir.

5. Məhkəmə hesab edir ki, İddiaçı özünün və iddia tələbini yönəltdiyi cavabdehi ərizəsində dəqiq müəyyən etməlidir. Belə ki, cavabdehin dəqiq müəyyən edilməsi iddia ərizəsinin ərazi aidiyyatı üzrə hansı məhkəməyə aid olması məsələsinin həlli üçün də zəruridir.

6. Həmçinin, həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçı, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi qeyd etməlidir. Lakin, iddiaçı iddia ərizəsində cavabdehlərə qarşı olan tələbini ayrı-ayrılıqda göstərməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir.

8. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir.

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi ödənilməlidir.

10. Məhkəmə qeyd edir ki, hazırki halda iddia tələbində iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi görə dövlət büdcəsinə iddiaçı tərəfindən 195 manat dövlət rüsumu ödənilməlidir.

11. İddia ərizəsinə 195 manat dövlət rüsumu ödənilməsi barədə **********0 nömrəli qəbz əlavə olunsa da, ödənişin hansı məhkəməyə edildiyi göstərilməmiş, ümumiyyətlə isə “Elektron Məhkəmə İnformasiya Sistemində” dövlət rüsumunun düzgün ödənilməsi barədə heç bir məlumat aşkar olunmamışdır.

12. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı borc pulun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

13. Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə(152.1.1); müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə (152.1.5) Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

14. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı borc pulun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar