Məhkəmə qərarları › İş №2(078)-1151/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1151/2023

28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1151/2023 28.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtonəqliyyat vasitəsinin yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan təmir xərclərinə görə 10164.03 (on min yüz altmış dörd manat üç qəpik) manat, avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat, sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat və əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat olmaqla, ümumilikdə 26164.03 (iyirmi altı min yüz altmış dörd manat üç qəpik) manat məbləğində pulun və 169 (yüz altmış doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbində “BMV 528” markalı, **-XA-*** qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətində olduğunu, həmin avtomobil ilə 21 mart 2023-cü il tarixdə, saat 17:30 radələrində Sabunçu rayonu, Məmmədli qəsəbəsində, Məmmədli-Maştağa yolunda iki hərəkətli yolun sağ istiqaməti ilə hərəkətdə olan zaman qarşı istiqamətdən gələn “Toyota Prius” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğunu, zərbənin təsiri nəticəsində idarə etdiyi avtonəqliyyat vasitəsinin yol kənarında daş maneəyə dəyərək dayandığını, hadisə zamanı xəsarət aldığı üçün hadisə yerinə çağrılmış TTYS avtomobili ilə X12 aparıldığını, müvafiq müayinələr olunduqdan sonra həkimlərin məsləhəti ilə Respublika Neyrocərahiyyə xəstəxanasına göndərildiyini, orada da müvafiq müayinələrdən keçdikdən sonra ambulator müailcə təyin edilməklə evə buraxıldığını, baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində müvafiq araşdırılma aparıldığını, hadisənin baş verməsində cavabdehin təqsirli hesab olunaraq onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmasının müəyyən edildiyini, barəsində yuxarıda qeyd olunan maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edildiyini, baş vermiş hadisə zamanı mülkiyyətində olan yuxarıda qeyd olunan avtonəqliyyat vasitəsinə ciddi ziyan dəydiyini, hadisə baş verdikdən sonra dəymiş zərərin miqdarını müəyyənləşdirmək üçün avtonəqliyyat vasitəsinin sığortalandığı "xxxx" ASC tərəfindən müvafiq qiymətləndirilmə aparılması ilə bağlı məktub ilə "xxxx" MMC-yə göndərildiyini, ona məxsus avtonəqliyyat vasitəsinə ixtisaslaşmış mütəxəssislər tərəfindən baxış keçirildikdən sonra sözügedən nəqliyyat vasitəsinin yaralı vəziyyətə gətirilməsi üçün 15060 (on beş min altmış) manat vəsait tələb olunduğunun məlum olduğunu, bu vəsaitin 4895.97 (dörd min səkkiz yüz doxsan beş manat doxsan yeddi qəpik) manat hissəsinin "xxxx" ASC tərəfindən ona ödənildiyini, dəymiş zərərin qalan hissəsinin cavabdeh tərəfindən ödənilməsini tələb etsə də, cavabdehin müxtəlif bəhanələrlə bu vəsaiti ödəməkdən boyun qaçırtdığını, ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurətinin yarandığını, dəymiş zərərin təkcə avtomobilin yaralı vəziyyətə gətirilməsi üçün çəkilmiş xərclərdən ibarət olmadığını, cavabdehin təqsiri ucbatından sözügedən avtomobilə ciddi ziyan dəyməsinin, hadisədən sonra avtomobilin satış qiymətinin kəskin düşməsinin hazırki iddianın mübahisəsiz halı olduğunu, yarasız hala düşmüş və sonradan təmir olunmuş əmtəənin görüntüsü sağlam əmtəənin görüntüsündən kəskin fərqləndiyi üçün zədələnmiş əmtəənin bazar qiymətinin sağlam əmtəənin bazar qiymətindən qat-qat ucuz olduğunu, cavabdehin hərəkətləri nəticəsində mülkiyyətində olan avtonəqliyyat vasitəsinin əmtəə görüntüsünün korlandığını, bununla da, avtomobilin bazar qiymətinin kəskin, təqribən 10000 (on min manat) ucuzlaşdığını, sözügedən avtonəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərdiyini, bu fəaliyyətə görə də qazanc əldə etdiyini, fəliyyəti ilə bağlı gündəlik qazancının 30-35 manat təşkil etdiyini, hadisə baş verdikdən sonra heç bir fəaliyyətlə məşğul ola bilmədiyini, buna görə də, ümümilikdə 3000 manat qazancdan məhrum olduğunu, işin faktiki hallarından baş vermiş hadisəni törətməkdə cavabdehdən başqa heç kimin təqsirli hesab olunmadığının göründüyünü, hadisəni törətməkdə təqsirli bilinmiş cavabdehə qarşı inzibati protokol tərtib olunduğunu və onun inzibati məsuliyyətə cəlb olunduğunu, onun həmin protokolu mübahisələndirmədiyini, bununla da, cavabdehin mövcud hadisədə öz təqsirini etiraf etdiyini, buna görə də, cavabdehin avtonəqliyyat vasitəsinin orta bazar qiymətinin ucuzlaşmasına görə təqsirkar olduğunu, onun ona vurduğu zərərin əvəzini ödəməli olduğunu hesab etdiyini, cavabdehin təqsiri ucbatından mülkiyyətində olan avtomobilə ciddi ziyan dəyməklə bərabər, onun sağlamılığına zərər vurduğunu, bundan əlavə mənəvi zərərə də məruz qaldığını, əsəblərini, zamanını da itirdiyini, hansı ki, bu zərərin heç bir maddi dəyərlə ölçülə bilmədiyini, lakin cavabdehdən sağlamlığına vurduğu zərərin və ona yaşatdığı mənəvi və psixoloji iztirabın qarşılığı kimi 3000 manat məbləğində kiçik bir vəsaiti tələb etməyə məcbur olduğunu göstərərək, Cavabdeh avtonəqliyyat vasitəsinin yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan təmir xərclərinə görə 10164.03 (on min yüz altmış dörd manat üç qəpik) manat, avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat, sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat və əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat olmaqla, ümumilikdə 26164.03 (iyirmi altı min yüz altmış dörd manat üç qəpik) manat məbləğində pulun və 169 (yüz altmış doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, iddia tələbində fikirlərini qeyd etdiyini, sübutlarını məhkəməyə təqdim etdiyini, əlavə olaraq qəzadan sonra cavabdehdən razılaşaraq dəyən ziyanı qarşılamağı gözləyərək hallalıq olmasını istədikdə olmadığını, təqdim etdiyi sübutlarda avtomobilin sağlam dəyərinin 37000 manat olduğunun qeyd olunduğunu, avtomobilinin görünüş olaraq fərqli olduğunu, avtomobilin üzərində olan faralarının qiymətinin 4500 manat olduğu halda qəzadan sonra sənədləşmədə 900 manat yazıldığını, bunu mübahisələndirmədiklərini, hala adam olduğunu, cavabdehin həmin vaxt gəlib ondan halallıq istəsəydi razılıq olacağını, cavabdehin ona övladının xəstə olduğunu bildirdiyini, o, səbəbdən güzəştə gedəcəyini, etibarnamə əsasında “BOLT” şirkətində taksi fəaliyyəti göstərərək qazanc əldə etdiyini, sürücülük vəsiqəsi olmadan fəaliyyət göstərdiyini, avtomobilinə hazırda özü tərəfindən 10000 manat xərc qoyduğunu, həmin xərcə görə borclu olduğunu, qəzadan sonra avtomobilin mator karobkasında nasazlığın yarandığını, istismar üçün təhlükə yarandığını, 37000 manata olan avtomobilinin hazırda bazarda 26000-27000 manata satıla biləcəyini, qəzadan sonra avtomobilin əvvəlki görünüşünün qalmadığını, qəzadan sonra cavabdehin gəlib avtomobilin təmiri üçün ona təklif vermədiyini, bu əsasla qanuni olaraq avtomobilə dəyən ziyanı müəyyən etdiyini, qəzadan sonra 15000 manat avtomobilə xərc çəkdiyini, hazırda avtomobili 25000 manata sata biləcəyini, avtomobili 30000 manat qarşılığında cavabdehə verməyə razı olduğunu, ekspertin avtomobilin əvvəlki vəziyyətini gördüyünü, sübutları təqdim etdiklərini, özünün ekonom taksi fəaliyyəti göstərdiyini, gündəlik 2-3 saat işləyərək 50-60 manat qazandığını, tələbində ortalama 3000 manat ziyan yazdığını, hazırki, dövrə kimin təxmini 9 aylıq müddəti hesablayıb ziyanı qeyd etmədiyini, sığortadan pulu aldıqdan sonra cavabdehə zəng edib ödənilən məbləğin xərci ödəmədiyini bildirdiyini göstərib iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçının avtomobilinin dəyərinin 30000 manat olduğu halda ondan 27000 manat tələb etdiyini, iddiaçının qeyd etdiyi kimin hallalığın olmadığını, iddiaçının tələbində taksi fəaliyyəti göstərməsini, bu səbəbdən ziyan etməsini qeyd etdiyini, iddiaçının sürücülük vəsiqəsinin olmadığını bu səbəbdən taksi fəaliyyəti göstərə bilməyəcəyini, iddiaçının ondan əlavə tələblərinin əsassız olduğunu, avtomobilə 15000 manat xər çəkildiyini, həmin avtomobilin çəkilən xərcə görə dəyərinin aşağı düşməsinin mümkün olmadığını, qəzadan sonra avtomobilin 7000-8000 manat xərcinin olduğunu, şişirdilmiş xərclər yazıldığını, həmin marka avtomobillərin real qiymətinin 32000 manat olduğunu, ekspertizanı iddiaçı tərəfin keçirdiyini, məbləğlə razı olmadığını, qəzanın baş verdiyini, lakin avtomobili sürətlə idarə etmədiyini, döngə olduğundan sürətin 15 kms olduğunu, iddiaçının isə avtomobili sürətlə idarə etdiyindən qəzanın olduğunu, avtomobilin təmirinə çəkilmiş xərcin bir hissəsini sığortanın ödədiyini, qalmış xərc hissəsini qəbul etdiyini, digər tələbləri qəbul etmədiyini, təhqiqat zamanı sığortadan pul alınsın deyə aralarında razılıq olduğunu, iddiaçı sonradan razı olmayacaqdısa ona bildirsə idi avtomobili özünün yoxlatdırıb real zərəri çıxardacağını, 5 aydan sonra onu məhkəməyə verib real olmayan məbləği tələb etdiyini, gündəlik 25 manata işlədiyini, iddiaçının tələb etdiyi 10000 manatı bir dəfəyə ödəmək imkanı olmadığını, aylıq 150 manat ödəyə biləcəyini, özünün “Prius” avtomobilə qəzadan sonra 5000 manat xərc çəkdiyini, həmin məbləği kredit götürdüyünü, övladının xəstə olduğunu, digər xərclərinin olduğunu göstərib iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdehin vəkili qismində izahat verən Vəkil iddianı qismən qəbul etdiklərini, qəzadan sonra avtomobilin təmirinə çəkilmiş xərcin sığorta ödənişindən sonra qalan hissəni qəbul etdiklərini, müstəqil ekspertin avtomobilin dəyərinin aşağı düşməsi rəyi ilə razı olmadıqlarını, ekspertin avtomobilin əvvəlki vəziyyətini görmədiyini, digər tələblər üzrə əldən çıxmış fayda ilə əlaqədar sübutlar təqdim olunmadığını, mənəvi ziyan ilə əlaqədar bu xarakterli işlərdə tətbiq olunmasının qanunda nəzərdə tutulmadığını, cavabdehin izahatına əlavəsinin olmadığını, iddia tələbinin qismən təmini barədə qanuni qərar verilməsini xahiş etdi. İş materiallarında əlavə edilmiş: "xxxx" MMC-nin 30 mart 2023-cü il tarixli qiymətləndirmə aktına əsasən, “BMV 528” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 15060 (on beş min altmış) manat məbləğində ziyan dəymişdir. Sabunçu RPİ-nin TŞ-nin 31 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi və İddiaçı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsinə görə Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. 11 may 2023-cü il tarixli hesabdan çıxarışa və 03 may 2023-cü il tarixli sığorta aktının surətinə əsasən, 4895.97 (dörd min səkkiz yüz doxsan beş manat doxsan yeddi qəpik) manat məbləğində pul "xxxx" ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsi Sabunçu rayon şöbəsinin 603 nömrəli, 25 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən, X1 gözyuvasıətrafı nahiyənin sıyrığı, sol bazu və sağ diz oynağı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 21 mart 2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və sağalmlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. X11 və X6 adına tərtib edilmiş tibbi arayışda qeyd olunan “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin küt travması" diaqnozu obyektiv nevroloji əlamətlər ilə əsaslandırılmadığından, eləcə də, xəstəyə ixtisaslı həkim (nevroloq, neyrocərrah) baxışı olmadığından qeyd olunan diaqnoz xəsarət kimi məhkəmə-tibbi qiymətləndirilmir. Azərbaycan Respublikası “X7”nin 09 oktyabr 2023-cü il tarixli, 139 nömrəli qiymətləndirmə rəyinə əsasən, 2013-cü il buraxılışlı, “BMW markalı, “528 minik” modelli, “sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki bazar qiyməti – 37896 (otuz yeddi min səkkiz yüz doxsan altı) manat müəyyən edilir. Qeyd: Respublika avtobazarlarında mövcud olan qiymətlərdən, tələb və təklifdən, eləcə də, qiymətə təsir edən digər amillərdən (avtoservis şəraitində müayinə edilməklə müəyyən edilən, hərəkətedici hissələrinin texniki vəziyyətindən, avtomobilin əvvəllər qəza keçirib-keçirməməsindən, təmirdə olub-olmamasından və sair) asılı olaraq müəyyən edilmiş bazar qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. 2013-cü il buraxılışlı, “BMW’ markalı, “528 minik” modelli, “sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin təmir-bərpa xərci – 15060 (on beş min altmış) manat müəyyən edilir. Qeyd: Respublikada avtoehtiyat hissələrinin satışı məntəqələrində mövcud olan qiymətlərdən, tələb və təklifdən, eləcə də, qiymətə təsir edən digər amillərdən (avtoservis şəraitində müayinə edilməklə müəyyən edilən təmir-bərpa xərcindən və s.), yeni və ya işlənmiş, lakin təyinatı üzrə istifadəyə tam yararlı avtoehtiyat hissələrinin qiymətlərindən asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. 2013-cü il buraxılışlı, “BMW markalı, “528 minik” modelli, “sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə hazırki bazar qiyməti - 26563 (iyirmi altı min beş yüz altmış üç) manat müəyyən edilir. Qeyd: Respublika avtobazarlarında mövcud olan qiymətlərdən, tələb və təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən (avtoservis şəraitində müayinə edilməklə müəyyən edilən, hərəkətedici hissələrinin texniki vəziyyətindən, avtomobilin əvvəllər qəza keçirib-keçirməməsindən, təmirdə olubolmamasından və sair) asılı olaraq müəyyən edilmiş bazar qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. 2013-cü il buraxılışlı, “BMW’ markalı, “528 minik” modelli, “sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə hazırki bazar qiyməti arasındakı qiymət fərqi - 11333 manat (on bir min üç yüz otuz üç) manat müəyyən edilmişdir. X3 Şəhadətnaməsinin surətinə əsasən, “BMV 528 minik” markalı, sedan tipli, **-XA- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. X3 Şəhadətnaməsinin surətinə əsasən, “Toyota Prius minik” markalı, xetçbek tipli, **- CG-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 adına qeydiyyata alınmışdır. Məhkəmə işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, izahatı, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh avtonəqliyyat vasitəsinin yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan təmir xərclərinə görə 10164.03 (on min yüz altmış dörd manat üç qəpik) manat və avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat olmaqla, cəmi 20164.03 (iyirmi min yüz altmış dörd manat üç qəpik) manat məbləğində pul alınaraq, İddiaçı ödənilməli, iddia Cavabdeh sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat və əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat tutulmasına dair hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 150.50 (yüz əlli manat əlli qəpik) manatlıq hissəsi Cavabdeh alınaraq, İddiaçı ödənilməli, və dövlət rüsumundan qalan 18.50 (on səkkiz manat əlli qəpik) manat İddiaçı qaytarılmalıdır. Belə ki, "xxxx" MMC-nin 30 mart 2023-cü il tarixli qiymətləndirmə aktına əsasən, “BMV 528” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 15060 (on beş min altmış) manat məbləğində ziyan dəymişdir. 11 may 2023-cü il tarixli hesabdan çıxarışa və 03 may 2023-cü il tarixli sığorta aktının surətinə əsasən, 4895.97 (dörd min səkkiz yüz doxsan beş manat doxsan yeddi qəpik) manat məbləğində pul "xxxx" ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə həmçinin iddiaçının sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələbini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan ekspert rəyindən görünür ki, İsmayıl Qənbərli hadisə zamanı sağlamlığa zərərvurmayan xəsarətlər aldığından dərəcəsi təyin edilmir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı sağlamlığına vürulan zərərlə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinin 4-cü abzasında göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Eyni zamanda, istər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə istənilən şəxsin hüququnun pozulmasının müəyyən olunması, özlüyündə mənəvi ziyanın mövcudluğunu ehtiva edir. Məhkəmə iddiaçıya mənəvi zərərin vurulmasını müəyyən etməməklə hesab edir ki, hadisə ehtiyatsızlıqdan avtonəqliyyat qəzası nəticəsində baş verdiyindən mənəvi zərər vurulması kimi qiymətləndirilməsini ədalətli hesab etmir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbi əsaslı olmadığından təmin oluna bilməz. Belə ki, iddiaçı taksi fəaliyyəti göstərməsini qeyd etsədə bu faktı təsdiq edən real sübutları, həmçini əldən çıxmış faydanı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh avtonəqliyyat vasitəsinin yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan təmir xərclərinə görə 10164.03 (on min yüz altmış dörd manat üç qəpik) manat və avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat olmaqla, cəmi 20164.03 (iyirmi min yüz altmış dörd manat üç qəpik) manat məbləğində pul alınaraq, İddiaçı ödənilməli, iddia Cavabdeh sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat və əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat tutulmasına dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh avtonəqliyyat vasitəsinin yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan təmir xərclərinə görə 10164.03 (on min yüz altmış dörd manat üç qəpik) manat və avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat olmaqla, cəmi 20164.03 (iyirmi min yüz altmış dörd manat üç qəpik) manat məbləğində pul alınaraq, İddiaçı ödənilsin. İddia Cavabdeh sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat və əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat tutulmasına dair hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 150.50 (yüz əlli manat əlli qəpik) manatlıq hissəsi Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Dövlət rüsumundan qalan 18.50 (on səkkiz manat əlli qəpik) manat İddiaçı qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar