Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1168/2021 30.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Cavabdeh qarşı sağlamlığın pozulmasına görə çəkilən xərclərin, əmək qabiliyyətinin itirilməsi ilə bağlı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən e t d i m: Babayeva X1 Etibar Yunis oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Mərkəzi Xəstəxanasının həkimi Cavabdeh səhvi və səriştəsizliyi nəticəsində onun sağlamlığının pozulmasına görə 4277 (dörd min iki yüz yetmiş yeddi) manat çəkilmiş xərclərin, əmək qabiliyyətinin itirilməsi ilə bağlı işləmədiyi aylar üçün əmək haqqı hər ay üçün 237 (iki yüz otuz yeddi) manat olmaqla, üç aya 711 (yeddi yüz on bir) manatın, zərərin əvəzi olaraq isə 2000 (iki min) manat kompensasiyanın və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat rüsumun, ümumilikdə 7018 (yeddi min on səkkiz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Babayeva X1 Etibar Yunis oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Mərkəzi Xəstəxanasının həkimi Cavabdeh səhvi və səriştəsizliyi nəticəsində onun sağlamlığının pozulmasına görə 4277 (dörd min iki yüz yetmiş yeddi) manat çəkilmiş xərclərin, əmək qabiliyyətinin itirilməsi ilə bağlı işləmədiyi aylar üçün əmək haqqı hər ay üçün 237 (iki yüz otuz yeddi) manat olmaqla, üç aya 711 (yeddi yüz on bir) manatın, zərərin əvəzi olaraq isə 2000 (iki min) manat kompensasiyanın və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat rüsumun, ümumilikdə 7018 (yeddi min on səkkiz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin iddia ərizəsinə Cavabdeh həkim olmasına, özünün Cavabdeh tərəfindən əməliyyat olunmasına dair müvafiq sənədləri əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən "xxxx"ASC-nin Naxçıvan filialı vasitəsilə 23 sentyabr 2021-ci il tarixli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı sağlamlığın pozulmasına görə çəkilən xərclərin, əmək qabiliyyətinin itirilməsi ilə bağlı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx"ASC-nin Naxçıvan filialı vasitəsilə 23 sentyabr 2021-ci il tarixli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1168/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1168/2021
30.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver