Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1169/2021 22.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qalmış əmlakın və yaxud onların ümumi dəyəri olan 4638.13 (dörd min altı yüz otuz səkkiz manat on üç qəpik) manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və iddiaçının vəkili Vəkil məhkəmə baxışı iclasında ərizə təqdim edərək, haliyyədə işin baxılmasını istəmədiklərini, işin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı və vəkili işin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdiklərinə və cavabdehlər də məhkəmə baxışı iclasında iştirak etməməklə, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərinə görə, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsi baxılmamış saxlandığına görə, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 24 sentyabr 2021-ci il tarixli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 24 sentyabr 2021-ci il tarixli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1169/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1169/2021
22.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver