Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1224/2025 14.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əldən çıxmış faydanın və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı əldən çıxmış faydanın və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh mərhum atası X1 mülkiyyətində olan Şərur rayon Ərəbyengicə kəndində yerləşən 400 m² torpaq sahəsinin və yaxud əldən çıxmış fayda olaraq bazar qiyməti ilə 7000 (yeddi min) manat pulun, cavabdehə ödədiyi çəkilmiş xərc olaraq 1500 ABŞ dolları ekvivalenti və dövlət rüsumu olaraq ödədiyi 116 (bir yüz on altı) manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Şərur rayon Ərəbyengicə kənd sakini Cavabdeh 2004-cü ildə mərhum atası X1 mülkiyyətində olan 1500 m² həyətyanı torpaq sahəsini və üzərində tikilmiş iki otaqlı 45 m² ümumi sahəsi olan fərdi yaşayış evini 1500 ABŞ dollar dəyərində satacağını bildirmişdir. Cavabdeh həmin pulu ondan iki ay müddətinə almışdır və bu barədə ona yazılı qol kağızı da vermişdir. O, həmin torpaq sahəsini və fərdi yaşayış evini aldıqdan sonra mübahisəsiz olaraq istifadə etmişdir. Cavabdeh satdığı torpaq sahəsini onun mülkiyyətinə verilməsini dəfələrlə tələb etsə də o, müəyyən bəhanələrlə torpağı onun adına sənədləşdirməkdən boyun qaçırmışdır. Belə olan halda torpağın bazar qiyməti ilə hesablanaraq pulunun geri qaytarılması ədalətli olardı. 2004cü ildə yuxarıda göstərilmiş 1500 m² torpaq sahəsi üçün 1500 ABŞ dollar ödənilirdisə, hazırda həmin torpaq sahəsinin alınması üçün bugünkü bazar qiyməti ilə 7000 (yeddi min) manat tələb olunur. Bundan əlavə ona sonradan bələdiyyə tərəfində bildirilmişdir ki, mərhum X1 1500 m² torpaq sahəsi deyil, cəmi 400 m² torpaq sahəsi mülkiyyətindədir. Torpaq sahəsinin üzərindəki hüquqlarının rəsmiləşdirilməsindən Cavabdeh qəsdən boyun qaçırması onu əhəmiyyətli dərəcədə ziyana salmışdır. Əldən çıxmış faydanın və çəkdiyi xərclərin əvəzinin ona ödənilməsi tələbi ilə cavabdeh razılaşmamışdır. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 10 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Cavabdeh mərhum atası X1 mülkiyyətində olan Şərur rayon, Ərəbyengicə kəndində yerləşən 400 m² torpaq sahəsinə görə əldən çıxmış fayda olaraq bazar qiyməti ilə 7000 (yeddi min) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 116 (bir yüz on altı) manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1224/2025 nömrəli, 10 dekabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə Cavabdeh mərhum atası X1 mülkiyyətində olan Şərur rayon, Ərəbyengicə kəndində yerləşən 400 m² torpaq sahəsinə görə əldən çıxmış fayda olaraq bazar qiyməti ilə 7000 (yeddi min) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 116 (bir yüz on altı) manat pulun Cavabdeh alınıb İddiaçı ödənilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə 13 noyabr 2025-ci il, 27 noyabr 2025-ci il, 10 dekabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının və 14 yanvar 2026-cı il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi X4 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə iddiaçının nümayəndəsi X3 iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə 14 yanvar 2026-cı il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş, məhkəmə baxış iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə Cavabdeh iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında cavabdehin atasının evi olduğunu, satdıqlarını dediyini, özlərinin də aldıqlarını, adlarına keçirmək üçün notariusa getdiklərini, notariusda cavabdehin atasının öldüyünü dediklərini, həmin evin cavabdehin anasının adına keçirilə biləcəyini, ondan sonra onların adına keçirilə biləcəyini dediklərini, sonra özlərinin Türkiyə Respublikasına getdiklərini, sonra başının qarışdığını, bu il cavabdehin ona zəng etdiyini, evi boşaltmalarını, satacağını dediyini, özünün də “ev bizimdir, necə satırsan?” dediyini, onun da “pasportunuz yoxdur” dediyini, sonra savaşdıqlarını, özünün verdiyi pulu istədiyini, özlərinin 13 ildir həmin evdə yaşamadıqlarını, ancaq açarın özündə olduğunu, əşyalarının orada olduğunu, özünün cavabdehə “gəl, pulumu ver, evi boşaldım” dediyini, o yoldaşının cavabdehə pul verdiyini, kağızlarda da bunun yazıldığını, dollar da, şirvan da verdiyini, cavabdehin pulu qaytarmadığını, verməyəcəyini dediyini, razılaşmanın özü ilə olmadığını, özünün həyat yoldaşı ilə olduğunu, özünün bu məsələyə əvvəl qarışmadığını, hal-hazırda da pulunu tələb etdiyini, razılaşmanın özü ilə deyil, həyat yoldaşı ilə olduğunu, həyat yoldaşının vəfat etdiyini, ölüm sənədi olduğunu, ancaq özünün yoldaşı ilə rəsmi nikahda olmadığını, bununla bağlı sənədi olmadığını, cavabdehin pulu verməsini tələb etdiyini, torpağı istəmədiyini, haqqını verməsini istədiyini, uşaqlarının haqqını verməsini istədiyini, başqa da heç nə istəmədiyini, rəsmi nikahda olmasa da övladları olduğu üçün ərinin verdiyi pulu tələb edə biləcəyini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında Şərur rayonu, Ərəbəyengicə kəndində atasına məxsus torpaq sahəsi və ev olduğunu, təxminən 1998-1999-cu illərdə danışıb həmin evi satmaq qərarına gəldiklərini, Türkiyə vətəndaşı Rafik adlı şəxsin həmin torpaq sahəsini, evi istədiyini dediyini, 1500 dollara həmin evi satmaq qərarına gəldiklərini, razılaşdıqlarını, evi verdiklərini, lakin həmin şəxsin pulu yavaş-yavaş ödəyəcəyini dediyini, ancaq cəmi 15 şirvan və 50 dollar pul verdiyini, 15 şirvanı özünə verdiyini, 50 dolları isə əmisinə verdiyini, əmisinin gətirib onlara verdiyini, bu il həmin evi 7000 manata satmaq istədiyini, 7000 manata həmin evi, torpaq sahəsini istədiklərini, özünün gedib baxanda iddiaçının əşyalarının orada olduğunu gördüyünü, iddiaçının nömrəsini tapdığını, zəng etdiyini, gəlib evi boşaltmasını, özünün evi satacağını dediyini, həmçinin “evi siz almaq istəyirsinizsə, 6000 manat verin, alın” dediyini, ancaq iddiaçının almadığını, evin atasının adına olduğunu, 1997-ci ildə atasının öldüyünü, razılaşmanın özü, anası, bir də nənəsi ilə olduğunu, qarşı tərəfdən isə iddiaçı ilə olmadığını, iddiaçının yoldaşı ilə olduğunu, əvvəl pulu vermədikləri halda məsələnin üzərinə düşməməsinin səbəbinin evə ehtiyacı olmadığını, onun üçün heç nə demədiklərini, özünün başının qarışıq olduğunu, əsgərlik edib qayıtdıqdan sonra işlədiyini, hazırda da hərbiçi olduğunu, xidmət etdiyini, bu səbəbdən üzərinə düşmədiyini, lakin hazırda həmin evi satmaq istədiyini, razılaşma olan zaman özlərinin torpağı verdiklərini, amma iddiaçının yoldaşının bütün pulu birdən verə bilməyəcəyini dediyini, buna görə də nənəsinin pulu hissə-hissə ödəməsini, 100 dollar kimi bir məbləğ qaldıqda da gedib evi onun adına keçirmələrini dediyini, ancaq onun cəmi 50 dollar və 15 şirvan ödəniş etdiyini, başqa heç bir ödəniş etmədiyini, bu razılaşmanın ümumiyyətlə iddiaçı ilə olmadığını, heç özünün iddiaçı xanımı tanımadığını, çünki razılaşmanın onunla olmadığını, iddiaçının əri ilə olduğunu, iddiaçı ilə əri olduğunu dediyi şəxsin ümumiyyətlə rəsmi nikah münasibətlərinə olmaları ilə bağlı heç bir sənədinin olmadığını, iddianı qəbul etmədiyini bildirmişdir. İddiaçı Cavabdeh mərhum atası X1 mülkiyyətində olan Şərur rayon, Ərəbyengicə kəndində yerləşən 400 m² torpaq sahəsinə görə əldən çıxmış fayda olaraq bazar qiyməti ilə 7000 (yeddi min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb etməsi mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə belə qeyd edir ki, işin məhkəmədə araşdırılması zamanı tərəflərin məhkəməyə verdikləri izahatlarından Şərur rayon, Ərəbyengicə kəndində yerləşən daşınmaz əmlakın satılması ilə bağlı razılaşmanın İddiaçı ilə Cavabdeh arasında deyil, iddiaçının əri olduğunu qeyd etdiyi X6 ilə cavabdehin arasında olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Kəngərli rayon Qarabağlar K.İ.N tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Kəngərli rayonunun Qarabağlar kəndində vəfat etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X6 ilə cavabdehin arasında olan razılaşma nəticəsində əmələ gəlmiş münasibətlərə dair iddia irəli sürmək hüququ yoxdur. Belə ki, İddiaçı özü məhkəmə iclasında X6 ilə aralarında rəsmi nikah münasibətləri olmadığını, qeydiyyat şöbəsində nikahlarını qeyd etdirmələrinə dair rəsmi sənəd olmadığını, sadəcə olaraq faktiki nikah münasibətlərində olduğunu, hazırda da X6 vəfat etdiyi üçün onun əvəzindən özünün tələb irəli sürdüyünü qeyd etmişdir. Bu səbəbdən məhkəmə belə hesab edir ki, İddiaçı X6 ilə rəsmi nikah münasibətləri olmadığından və onun əvəzinə tələb irəli sürmək hüququ olmasına dair heç bir sənəd məhkəməyə təqdim edilmədiyindən, onun Cavabdeh mərhum atası X1 mülkiyyətində olan Şərur rayon, Ərəbyengicə kəndində yerləşən 400 m² torpaq sahəsinə görə əldən çıxmış fayda olaraq bazar qiyməti ilə 7000 (yeddi min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yekunda məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh mərhum atası X1 mülkiyyətində olan Şərur rayon, Ərəbyengicə kəndində yerləşən 400 m² torpaq sahəsinə görə əldən çıxmış fayda olaraq bazar qiyməti ilə 7000 (yeddi min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb etmək üçün subyektiv hüququ olmadığından, onun iddia tələbi əsassız sayılmalı və rədd edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 116 (bir yüz on altı) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı Cavabdeh qarşı Şərur rayon, Ərəbyengicə kəndində yerləşən 400 m² torpaq sahəsinə görə əldən çıxmış fayda olaraq bazar qiyməti ilə 7000 (yeddi min) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı Şərur rayon, Ərəbyengicə kəndində yerləşən 400 m² torpaq sahəsinə görə əldən çıxmış fayda olaraq bazar qiyməti ilə 7000 (yeddi min) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-1224/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1224/2025
14.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver