Məhkəmə qərarları › İş №2(078)-1238/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1238/2021

02.11.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1238/2021 02.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan şəhər Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydinə düzəlişin edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2rel 1954-cü il tarixdə verilmiş və 46 sayla qeydə alınmış AZ-İİ 164496 nömrəli doğum haqqında şəhadətnamədə, doğum akt qeydində doğum tarixinə düzəliş olunaraq doğum tarixinin xx xxxxxxx 1953-cü il yazılması və doğum haqqında şəhadətnamədə və doğum akt qeydində “Əsrafıl” adına düzəliş olunaraq “İsrafil” kimi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, xx xxxxxxx 1953-cü il tarixdə Şərur rayon Qıvraq kəndində anadan olmuş, lakin doğum haqqında şəhadətnamənin gec alınması səbəbindən doğum tarixi 22 mart 1954-cü il kimi yazılmış, adı da “Əsrafıl” kimi qeyd olunmuşdur. Ona məxsus digər hüquqverici sənədlərdə-şəxsiyyət vəsiqəsində, hərbi biletdə adı İsrafil, doğum tarixi isə xx xxxxxxx 1953-cü il kimi qeyd olunmuşdur. O, hərbi xidmətə 18 yaşı tamam olanda getmişdir ki, bu da eyni vaxta təsadüf edir. Ərizəçi qeyd etmişdir ki, Naxçıvan şəhər Qeydiyyat şöbəsinə ünvanladığı ərizəyə cavab olaraq bildirilmişdir ki, ünvan 2rel 1954-cü il tarixdə tərtib olunmuş 46 saylı doğum haqqında akt qeydində uşağın adı X2, doğum tarixi 22.03.1954-cü il, ana haqqında məlumat X3, ata haqqında məlumat X4 yazılmışdır. Ona vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparıldığı göstərilməklə doğum akt qeydinə düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. Eyni zamanda Kəngərli rayon Dövlət arxivi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, Kəngərli rayon Dövlət Arxivində mühafizə olunan Qıvraq kənd İcra Nümayəndəliyinin 1980-1982-ci illərə dair 1 nömrəli təsərrüfatbaşına kitabında onun doğum tarixi xx.xx.1953cü il, adı Əsrafıl kimi qeyd olunmuşdur. Özünün mirasla bağlı məhkəməyə müraciət etməli olduğunu, lakin adının və doğum tarixinin səhv yazılması səbəbindən hüquqlarının məhdudlaşdığını, buna görə də məsələnin həlli üçün məcbur qalaraq məhkəməyə müraciət etdiyini bildirən Ərizəçi sonda qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan şəhər Qeydiyyat şöbəsinə rəsmi qaydada məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxs Naxçıvan şəhər Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəçinin məhkəməyə təqdim etdiyi AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, DT-İ 774220 nömrəli diplomunun surətindən, B 108354 nömrəli bakalavr diplomunun surətindən, İİ-JQ 340670 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən, NZ ******* nömrəli hərbi biletin surətindən məlum olur ki, ərizəçinin adı qeyd olunan sənədlərdə həqiqətən “İsrafil” kimi qeyd olunmuşdur. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 23.09.2021-ci il tarixdə ərizəçinin ərizəsinə cavab olaraq verilmiş 02/570 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 2rel 1954-cü il tarixdə tərtib olunmuş 46 saylı doğum haqqında akt qeydində uşağın adı X2, doğum tarixi 22.03.1954-cü il, ana haqqında məlumat X3, ata haqqında məlumat X4 yazılmışdır. Ona vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparıldığı göstərilməklə doğum akt qeydinə düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. Kəngərli rayon Dövlət Arxivi tərəfindən 29.09.2021-ci il tarixdə ərizəçinin ərizəsinə cavab olaraq verilmiş 78 nömrəli məktubda qeyd olunmuşdur ki, Kəngərli rayon Dövlət Arxivində mühafizə olunan Qıvraq kənd İcra Nümayəndəliyinin 1980-1982-ci illərə dair 1 nömrəli təsərrüfatbaşına kitabında onun doğum tarixi xx.xx.1953-cü il, adı Əsrafıl kimi qeyd olunmuşdur. Mülki işin materiallarında olan 09.04.2008-ci il tarixdə Şərur rayon Qıvraq kənd İN tərəfindən təkrar verilmiş AZ-İİ seriyalı doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X2 22 mart 1954-cü ildə Şərur rayonu Qıvraq kəndində doğulmuşdur, atası X5, anası X1r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ərizəçinin izahatına və iş materiallarında olan digər sənədlərə mülki prosessual məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Bütün bu qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli və ünvan 2rel 1954-cü il tarixdə tərtib olunmuş 46 saylı doğum akt qeydiyyatı kitabında aparılan qeyddə düzəliş edilərək ərizəçinin adı “İsrafil”, doğum tarixi xx xxxxxxx 1953-cü il kimi qeyd olunmalıdır. Belə ki, ərizəçinin doğum tarixinin 1953-cü il olması ilkin sənəd kimi təsərrüaftbaşına kitabda və digər sənədlərdə qeyd edilmiş, adının “İsrafil” olması isə doğum akt qeydindən başqa ona məxsus bütün hüquqmüəyyənedici sənədlərdə göstərilmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları, hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, ünvan 2rel 1954-cü il tarixdə tərtib olunmuş 46 saylı doğum akt qeydiyyatı kitabında aparılan qeyddə düzəliş edilərək ərizəçinin adı “İsrafil”, doğum tarixi xx xxxxxxx 1953-cü il kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 2rel 1954-cü il tarixdə tərtib olunmuş 46 saylı doğum akt qeydiyyatı kitabında aparılan qeyddə düzəliş edilərək ərizəçinin adı “İsrafil”, doğum tarixi xx xxxxxxx 1953-cü il kimi qeyd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar