Məhkəmə qərarları › İş №2(078)-1282/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1282/2024

19.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1282/2024 19.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçı-cavabdeh X5, cavabdeh-iddiaçı Cavabdeh, cavabdeh-iddiaçının vəkil və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı-cavabdeh X5 cavabdeh-iddiaçı Cavabdeh qarşı pul tələbinə dair və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh X8 qarşı kirayə haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı X11 Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 9800 (doqquz min səkkiz yüz) manat borc məbləğinin və dövlət rüsumu olaraq ödədiyi 119 (bir yüz on doqquz) manat dövlət rüsumunun, ümumilikdə 9919 (doqquz min doqquz yüz on doqquz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X11 iddia tələbini əsaslandıraraq bildirmişdir ki, o, 2019-cu ilin iyul ayında Cavabdeh ilə ev almaq üçün tanış olmuşdur. Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 2, ev 2 ünvanında yerləşən evin dəyərini 45.000 manata razılaşmışlar. Əlində ev almaq üçün pul olmadığından Kapital Bankdan 14.000 manat kredit götürmüşdür. Cavabdeh ilkin ödəniş olaraq 14 000 manat pulu verərək aralarında şifahi alqı-satqı müqaviləsi bağlamış olmuşlar. Cavabdehlə bu cür razılığa gəlmişlər ki, hər ay üzrə müəyyən ödənişləri edib, evin tam məbləğini ödəyib bitirdikdən sonra isə özünün adına sənədləşdirsinlər. O və ailəsi Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 2, ev 2 ünvanında qalmağa başlamış, ödənişi isə vaxtlı-vaxtında edərək cavabdehə 400 manat, 700 manat, 1000 manat, əksərən 500 manat verərək 2024-cü ilin fevral ayında ümumi 39.800 manat ödəniş etmişdir. Həmin bu müddətdə Cavabdeh qalan məbləğ olan 5200 manatla yanaşı, əvvəldən bu barədə razılaşmaları olmadığı halda, artıq ev qiymətlərinin qalxdığını və əlavə olaraq 17000 manat pul istədiyini, əks təqdirdə evi ona satmayacağını bildirmişdir. O bu cür razılaşmadıqlarını və həmin pulu verməyə heç cür imkanının olmadığını bildirmişdir. Lakin Cavabdeh tam qanunsuz və əsassız bir şəkildə evi başqa şəxsə satmışdır. Cavabdehin evi satdığı ailə “bu evin mülkiyyətçisi bizik” deyə polis gətirərək onun və ailəsinin evdən çıxmağını tələb etmişlər. Onlar da məcbur qalaraq özlərinə məxsus evdən çıxmalı olmuşlar. Daha sonra o ödədiyi 39800 manat pulu cavabdehdən geri tələb etmiş, cavabdeh 30 000 manat pulu geri qaytarmış, lakin 9800 manat pulu hələ də ona geri qaytarmamışdır. Hazırda cavabdeh ona 9800 manat pul borcludur. O, dəfələrlə cavabdehin ona borclu qaldığı 9800 manat borcunu geri qaytarmasını ondan tələb etsə də, cavabdeh bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır. Beləliklə də cavabdeh hərəkətləri ilə həm onu çətin vəziyyətdə qoymuş, həm də pulunu geri qaytarmayaraq onu borca salmışdır. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 9800 manat borc məbləğinin, 119 (bir yüz on doqquz) manat dövlət rüsumunun ümumilikdə 9919 (doqquz min doqquz yüz on doqquz) manat pulun ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Cavabdeh və cavabdehin vəkili Vəkil 25 sentyabr 2024-cü il tarixdə kirayə haqqının ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəməyə göndərərək ərizədə iddiaçıcavabdeh X4 ünvan 1 ünvanında 0.02 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evinə dair hər ay 300 (üç yüz) manata olmaqla, 45 aylıq müddətə (2020-ci ilin iyul ayından 2024-cü ilin aprel ayınadək (aprel ayı daxil olmaqla)) ödənilməmiş 13500 (on üç min beş yüz) manat kirayə haqqının və dövlət rüsumu üçün ödənilmiş 130.5 (yüz otuz manat əlli qəpik) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh qarşılıqlı iddia tələbini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsində X11 ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. İlk öncə onu qeyd etmək istəyir ki, iddiaçı-cavabdeh öz iddia ərizəsində tamamilə yalan və həqiqətə uyğun olmayan məlumatlardan istifadə edərək məhkəməyə iddia ərizəsi göndərmişdir. Belə ki, o X13 şəhəri, Xətai məhəlləsi, döngə 2, ev 2A ünvanında 0.02 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evini 2019-cu ilin iyul ayında şifahi olaraq satmış və aralarında alğı-satqı müqaviləsi şifahi olaraq baş tutmuşdur. Əslində evini məhz onlara satmaq niyyəti yox idi, sadəcə olaraq həmin vaxt onlar köməksiz vəziyyətdə olduğundan onlara məhz kömək məqsədilə həmin evi satmaq qərarına gəlmişdir (bunu təsdiq edəcək şahid də vardır). Məhz bu məqsədlə də fərdi yaşayış evinin dəyəri olan 45.000 (qırx beş min) manatı məhz 3 ilə bölmək şərtilə satılmasına razılıq vermişdir. Aralarındakı razılaşmaya əsasən həmin məbləğ iddiaçı-cavabdeh tərəfindən ona 3 illik müddətdə ödəniləcək və 3 ilin sonunda isə mübahisə predmeti olan fərdi yaşayış evini o hazırki iş üzrə iddiaçı-cavabdehin adına sənədləşdirəcəkdi. Həmçinin aralarındakı şifahi razılaşmaya əsasən 1 ilin sonundan etibarən (2020-ci ilin iyul ayından etibarən) Yusifova Aybəniz ona hər ay 300 (üç yüz) manat fərdi yaşayış evində qalmaq üçün əlavə olaraq kirayə haqqı ödəməli idi. X27 nəinki kirayə haqqını ödəməmiş, fərdi yaşayış evi üçün 3 illik müddətdə ödəməli olduğu məbləği tam ödəməmişdir. Bununla bağlı aralarında dəfələrlə danışıqlar olmuş, ondan özünə ödəməli olduğu pulları tələb etsə də, bunun bir nəticəsi olmamışdır. O da fərdi yaşayış evini başqa bir şəxsə satmaq məcburiyyətində qalmışdır. Onun maddi sıxıntıları və Yusifova Aybənizin ödənişləri etməməsi, üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam formada icra etməməsi onu evi başqa şəxsə satmaq məcburiyyətində qoymuşdur. Ona ödəmə etməyini Aybəniz öz iddia ərizəsində də etiraf edir və buna dair yazılı sənəd də mövcuddur. Lakin ona indiyədək kirayə haqlarını, yəni 45 ay üçün (2020-ci ilin iyul ayından-2024-cü ilin aprel ayınadək olan 13.500 (on üç min beş yüz) manatı ödəməmişdir. O da qarşılıqlı olaraq həmin kirayə haqlarının ona ödənilməsini istəyir. Onu da qeyd etmək istəyir ki, tərəfindən alğı-satqı üçün şifahi olaraq razılaşdırılmış və Yusifova Aybəniz tərəfindən ödənilən məbləğ tam olaraq ona qaytarılmışdır. Aralarında buna dair hər hansı ödəniş qalmamışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1282/2024 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması və mülki işə iddiaçıcavabdeh X5 cavabdeh-iddiaçı Cavabdeh qarşı pul tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh X8 qarşı kirayə haqqının ödənilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı-cavabdeh X11 izahatında 2019-cu ildə oğlunun iş yoldaşı Babəkin vasitəsilə Gülmira xanımla tanış olduqlarını, Gülmira xanımgilə getdiklərini, ev ilə bağlı danışdıqlarını, imkanları olmadığını dedikdə ilkin ödəniş edib pulun qalanını aybaay ödəyə biləcəklərini dediyini, “ilkin ödəniş edin, sizə o pulla yol açaq, sonra da qalan pulu ödəyərsiz” dediyini, Gülmira xanımın sonra zəng edib bankdan pul götürüb ödəyə biləcəklərini dediyini, hətta ödənişi də ayda 500 ödəyə biləcəklərini dediyini, cavabdeh-iddiaçıya 10000 manat ödəniş etdiyini, daha sonra da 4000 manat ödəniş etdiyini, ümumilikdə 14000 manat ilkin ödəniş etdiyini, notarius vasitəsilə razılaşma etməyi təklif etdiyini, Gülmira xanımın notariusla danışdığını, onların belə bir razılığı təsdiqləmədiklərini bildirdiyini, Gülmiranın da ona ikisinin də müəllim olduğunu, bir-birlərinə güvənə biləcəklərini dediyini, 5 il ərzində də qalan məbləği ayda 500 manat ödəmək şərti ilə razılaşdıqlarını, o evdə yaşamağa başladıqlarını, hər ay 500 manat ödəniş etdiklərini, pandemiya dövründə 2 ay ödəniş edə bilmədiyini, Gülmira xanımın da heç nə demədiyini, ancaq qalan vaxtlar vaxtı-vaxtında ödəniş edildiyini, razılaşma olan zaman “elə olar ayda 500 manatdan çox ödəyərik, torpaq var onu satıb tez də ödəyərik” dediyini, ancaq əsas razılaşmanın ayda 500 manat ödəmələri olduğunu, torpağı satıb oğlunun əməliyyat xərclərini qarşıladıqlarını, ilkin ödəniş üçün bankdan yüksək faizlə pul götürdükləri üçün də əlavə ödəniş edə bilmədiyini, 2024-cü ilin fevral ayında Gülmira xanıma 5200 manat borc qaldığını, onu da ödəyib evi sənədləşdirmələrini dediyini, Gülmira xanımın isə pulunu dəyərdən saldıqlarını, bunun üçün də 17000 manat ödəməli olduqlarını dediyini, özünün də borcları olduğunu, o qədər məbləğdə pulu ödəyə bilməyəcəklərini dediyini, müdiri Şövqi, Gülmira xanım və özünün “Şərq süfrəsi” adlanan restoranda Şövqinin təklifi ilə görüşdüklərini, onun qiyməti aşağı etməyini, özünün ödəyəcəyini bildirdiyini, Gülmira xanımın razı olmadığını, evi sənədləşdirməyi üçün 17000 manat istədiyini, özünün də verə bilməyəcəklərini bildirdiyini, daha sonra evi satacağını dediyini, özünün də satıb pullarını qaytarmağını istədiyini, Gülmiranın isə ona verilən məbləğdən kirayə haqqı çıxacağını bildirdiyini, özünün də ona kirayə vermələri barədə razılaşmadıqlarını dediyini, Gülmiranın 30000 manatı ona qaytaracağını, qalan 9800 manatı isə kirayə haqqına çıxdığını bildirdiyini, 1 həyətin içində 2 ev olduğunu, qonşu kimi yaşadıqlarını, 2024-cü ilin fevral ayına kimi ödəniş etdiyini, ümumilikdə 39800 manat ödəniş etdiyini, aralarında kirayə haqqı ödənilməsi ilə bağlı razılaşma etmədiklərini, Gülmiranın bu barədə dediklərinin yalan olduğunu, aralarında evin şifahi alqı-satqı razılaşması etdiklərini, 2019-cu ildə həmin evi almaq üçün razılaşdıqlarını, "xxxx" ASC-dən və "xxxx" ASC-dən kredit götürərək ilkin ödəniş olaraq 14000 manat ödəniş etdiyini, 5 il ərzində də ayda 500 manat ödəmək şərti ilə razılaşdıqlarını, evin işıq və qaz sistemlərini çəkdiklərini, evdə təmir işləri apardıqlarını, pandemiya zamanı 2 ay ödəniş edə bilmədiyini, qalan ayları ayda 250-250 manat da olsa ayda 500 manat ödəniş etdiyini, cavabdehin ona 30000 manat qaytardığını, ümumi ödədiyi puldan 9800 manatın cavabdehdə qaldığını, onu da kirayə haqqı olaraq çıxdığını dediyini, aralarında narazılıq olduqdan sonra da 9800 manatı ödəyəcəyini, “mən o ödənişi etməsəm, şəxsiyyətsiz qadınam” dediyini, özünün də inandığını, səhvlik edib aralarında yazılan vərəqə 9800 manatı qeyd etmədiyini, 9800 manat pul üçün iyun ayında Naxçıvan MR DİN-ə müraciət etdiyini, ev axtardıqları üçün vaxtı olmadığını, bu səbəbdən müraciəti bu vaxt etdiyini, öz aralarında pulun qaytarılması üçün pulu hesablayanda kirayə pulu məsələsini dediyini, ondan əvvəl kirayə haqqı ödəməklə bağlı hər hansı bir razılaşma olmadığını, ilk əvvəl ödənilən pulun 26000 manatını qaytaracağını, qalanını isə kirayə pulu kimi çıxacağını dediyini, sonra öz aralarında pulun qaytarılması barədə danışıq aparılanda 30000 manatı qaytarmağa razılaşdığını, cavabdehin sonra gəlininə səs göndərdiyini, polis əli ilə onları evdən çıxaracağını dediyini, sonra da bir gün gəlininin zəng edib polisin gəldiyini dediyini, polisdən ev tapa bilmək üçün 1 həftə möhlət istədiyini, səhər saat 9-un yarısı işə gedib axşam 9-da işdən çıxdığını, saat 21:00-dan sonra da ev axtardığını, ona görə də məhkəməyə gec müraciət etdiyini, aralarında olan şifahi alqı-satqı razılaşmasında Gülmira, gəlini, oğlu Məhəmmədin, Gülmiranın qaynanasının iştirak etdiyini, onlardan başqa heçkəsin həmin vaxt orada olmadığını, Gülmiranın oğlunun aralarındakı razılaşmada iştirak etmədiyini, aralarında pulun ödənib qurtarmasına qədər kirayə haqqı ödəməli olması ilə bağlı hər hansı bir razılaşma olmadığını, kirayə haqqı ilə razılaşmanın məntiqə sığmadığını, bu cür razılaşma ilə heç vaxt razılaşa bilməyəcəyini, çünki həm kirayə haqqı həm də aylıq ödəniş etmənin ona ziyan edəcəyini, bu cür razılaşmaya heç kəsin razı ola bilməyəcəyini, cavabdehə görə böyük məbləğdə ziyana düşdüyünü, hələ də borc ödədiyini bildirərək ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh izahatında 2015-ci ildə yoldaşının vəfat etdiyini, ondan sonra həmin evdə qayınanası və övladları ilə birgə yaşadıqlarını, institutda işlədiyi üçün tələbələrinə evi kirayə verdiyini, işıq ustası Babəkin vasitəsilə iddiaçı tərəflə tanış olduqlarını, onlara gəlib çox pis vəziyyətdə olduqlarını, evsiz qaldıqlarını dediklərini, buna görə də onlara yazığı gəldiyi üçün evin dəyərini hissə hissə ödəməklə satmağa razı olduğunu, iddiaçıdan ilkin ödəniş olaraq 14000 manat aldığını, qalan pulu da hər ayda 500 manat olmaqla 3 il şərtinə ödəmələrinə razılaşdıqlarını, iddiaçının bəzən artıq ödəyəcəyini dediyi üçün 3 ilə həmin məbləğin ödənilib qurtaracağını, ancaq əlavə də ödənişlər edəcəklərini, torpaqları olduğunu, onu satıb pulu onlara tez ödəyəcəklərini dediklərini, ona görə də 3 il müddətə razılaşdıqlarını, özünün qızının toyu olacağını, həmin ərəfədə ilkin ödənişin pulu ilə yolu düzəltdirib, Aybəniz xanımgilə yol verdiyini, Aybəniz xanım və ailəsinin həmin evdə yaşamağa başladıqlarını, iddiaçı ilə aralarında şifahi razılaşmaya gəldiklərini, ümumilikdə evin 45000 manata satılması barədə razılaşdıqlarını, notariusun belə bir razılaşmaya razılıq vermədiyi üçün öz aralarında razılaşma etdiklərini, iddiaçının pulu vaxtı-vaxtında ödəmədiyini, hərdən 100, 200 manat olmaqla ödənişlər etdiklərini, iddia ərizəsində yoldaşını və oğlunu şahid olaraq göstərdiyini, iddiaçının yoldaşının bu razılaşma olarkən Naxçıvan ərazisində olmadığını, 2024-cü ilin fevral ayında iddiaçıgilə getdiklərini, onlara pula ehtiyacı olduğunu, qızının əməliyyat olunacağını, əlavə də oğlu üçün pul lazım olduğunu dediyini, həm də sənədləşmə işləri üçün pul lazım olacağını, kömək etmələrini istədiyini, pulları olmadığını, ona kömək edə bilməyəcəklərini dediklərini, iddiaçı və onun ailəsinin evi satmağını, onlara da pul verməyini istədiklərini, özünün də onlara bir miqdarı da kirayə haqqı olaraq çıxacağını bildirdiyini, hesablama apardıqlarını, 26000 manat Aybəniz xanımgilə pul verməli olduğunu, qalan pulu isə qaytarmayacağını, kirayə haqqında çıxacağını bildirdiyini, iddiaçının oğlunun yenə əvvəl etdiyi kimi başını çiyninə qoyub, pis vəziyyətdə olduqlarını, o pulla heç nə edə bilməyəcəklərini dediyi üçün 30000 manat verməyə razı olduğunu, iddiaçının ona ümumilikdə 39800 manat məbləğində pul ödədiyini, həmin pulun 30000 manatını qaytaracağını desə də 9800 manat isə kirayə haqqı kimi çıxılmış olduğunu onlara dediyini, həmin pulu qaytarmayacağını onlara bildirdiyini, həmin pulun 45 ay müddətində onun evində yaşadıqları aylar üçün kirayə haqqı kimi çıxılmalı olduğunu, iddiaçı ilə lap əvvəldən ilk 1 ilin tamam olmasından sonra hər ay aylıq edəcəyi ödənişdən əlavə kirayə haqqı da ödəməsi barədə razılaşdıqlarını, lakin iddiaçının məhkəmədə bu razılaşmanı inkar etdiyini, onların aralarında pulun qaytarılması barədə olan vərəqə də elə qeyd edildiyini yəni 30000 manatın qaytarılacağını, qalanı isə yəni 9800 manatı isə qaytarmayacağını göstərdiklərini, iddiaçı və onun ailəsinin də bununla razılaşdıqlarını, həmin yazılı vərəqə imzalar atıldığını, ilkin danışıqlar olanda kirayə haqqı barədə olan məsələ ilə bağlı danışıldığını, ümumilikdə şifahi ev alqı-satqısı kimi razılaşdıqlarını, iddiaçı ilə razılaşıb evi satdığını, bunları şahidlərin də təsdiqləyə biləcəyini, 3 il müddətinə 45000 ödəmək şərti ilə evin alqı-satqısına razılaşdıqlarını, çünki iddiaçıgilin torpaqları olduğunu, satıb pulunu ödəyəcəklərini dediklərini, 1 il keçdikdən sonra kirayə haqqı ilə bağlı pul ödənmədiyini, aralarındakı razılaşmaya əsasən 2020-ci ilin iyun ayından sonra artıq kirayə haqqı kimi pul verəcəkləri barədə razılaşdıqlarını, lakin 1 il keçdikdən sonra kirayə haqqı ödənmədiyini, buna baxmayaraq onlardan evdən çıxamaqlarını tələb etmədiyini, kirayə haqqı ödəmədikləri halda onların həmin evdə yaşamaqlarına onlara yazığı gəldiyi üçün razı olduğunu, ödənər deyə düşündüyünü, bununla bağlı həmin dövrdə hansısa quruma müraciət etmədiyini, iddiaçının işıq, qaz sistemi çəkdiklərini qeyd etdiklərini, o evi tələbələrə kirayə verdiyini, evin hər cür şəraiti də olduğunu, özünün də borcları olduğunu, qızının müalicə xərcləri olduğunu, 2024-cü ilin yanvar, ya da fevral ayı iddiaçının gəlininin onlara gəlib qayınanasının pul verməyəcəyini, avtomobil aldıqlarını dediyini, özünün də pula ehtiyacı olduğunu, kömək etmələrini istədiyini, iddiaçıgili isə pulları olmadığını, evi satmağını, onlara da pul verməyini istədiklərini, özünün də bir miqdarı da kirayə haqqı olaraq çıxacağını bildirdiyini, hesablama apardıqlarını, 26000 manat Aybəniz xanımgilə pul verməli olduğunu, oğlu yenə əvvəl etdiyi kimi başını çiyninə qoyub, pis vəziyyətdə olduqlarını, o pulla heç nə edə bilməyəcəklərini dediyi üçün 30000 manat verməyə razı olduğunu, heç vaxt qalan 9800 manatı da qaytaracağını, onlara borclu olduğunu demədiyini, 3 il müddətinə evin alqı-satqısı üçün hər ayda 500 manat olmaqla ona pul ödəmələri barədə razılaşdıqlarını, 3 il müddətində 500 manatdan ödənildiyi halda məbləğin düzgün gəlməməsi ilə bağlı isə əslində 500 manatdan da çox ödəyəcəklərini və torpaqları olduğunu onu satıb verəcəklərini dediklərini, buna görə 3 il müddətinə razılaşılan məbləğin qaytarılmış olacağını, 2024-cü ildən iddiaçıdan istədiyi məbləği 12000 kirayə haqqı, 5000 isə qalan məbləğ olaraq 17000 manat dediyini, həmin evi hazırki mülkiyyətçisinə 37000 manata satdığını, 5 il müddətində onun evində yaşadıqlarını, ona görə də kirayə haqqı ödəməli olduqlarını bildirərək qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh-iddiaçının vəkil və nümayəndəsi Vəkil izahatında cavabdeh-iddiaçının dediklərinə əlavəsi olmadığını, hər şeyin qarşılıqlı iddia ərizəsində qeyd olunduğunu bildirərək qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində Gülmira xanımdan ev aldıqlarını, özü Bakıda işlədiyi üçün yoldaşı və uşaqların Gülmira xanımla razılaşma etdiklərini, özünün sadəcə işləyib evin pulunu göndərdiyini, razılaşmanın şərtləri ilə bağlı heç bir məlumatı olmadığını, pul qaytarılanda orada olduğunu, 5000 manat borcu qaldığını, Gülmira xanımın artıq evi satdıqlarını dediyini, özlərinin də “o zaman pulumuzu qaytar biz də yeni ev alaq” dediklərini, 30000 manat pulu qaytardığını, 9800 manat isə qaldığını, qalan 9800 manatı da ödəyəcəyini dediyi üçün inandıqlarını, ümumi razılaşdıqları məbləğdən 5000 manat borcları qaldığını, Gülmira xanımın artıq evi satdığını dediyini, aralarında pulun qaytarılması ilə bağlı yazılmış kağıza özünün də imza etdiyini, Gülmira xanıma inandıqları üçün 9800 manatı qeyd etmədiklərini, 2020-ci ilin iyun ayında Naxçıvana qayıtdığını, kirayə pulu ödəmədiklərini, bu barədə razılaşma olmadığını, 30000 manat pulun özünə verildiyini, hər ay 500 manat ödəməklə alqı-satqı barədə razılaşdıqlarını, özünün də hər ay pulu göndərdiyini, vaxtında ödəniş edildiyini, hər dəfə də ödəniş edildikcə qeyd edildiyini, Bakıdan qayıtdıqdan sonra da eyni şəkildə ödənişlər edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində Aybəniz xanımın onun mağazasında satıcı işlədiyini, bir gün mağazada olarkən onun narahatçılığının olduğunu gördüyünü, səbəbini soruşanda evdən çıxarıldıqlarını, 5000 manat borclarının qaldığını, lakin ev sahibinin 15000 manat istədiyini dediyini, özünün də ev sahibi ilə söhbət edərək razılığa gəlinə biləcəyini dediyini, Aybəniz xanım, Gülmira xanım və özünün “Şərq süfrəsi” adlanan restorana getdiklərini, 10000 manata razılaşmalarını istədiyini, hətta 5000 manatı da özünün verəcəyini dediyini, Gülmira xanımın bununla razılaşmadığını, səbəbini soruşduqda aldığı pulun öldüyünü, indi heç bir evin qiymətinin elə olmadığını dediyini, özünün də 12000 manat təklif etdiyini, bu səfər də Gülmira xanımın sənədləşmə üçün pulu olmadığını, Aybəniz xanımgilin qarşılamalarını istədiyini, Aybəniz xanımın da pulu olmadığını bildirdiyini, söhbətin nəticəsində də razılıq əldə olunmadığını, üzərindən bir müddət keçdikdən sonra da Gülmira xanımın evi satışa qoyduğunu, razılaşmanın şərtlərindən xəbəri olduğunu, lakin birbaşa görmədiyini, Aybəniz xanımın bu barədə məlumat verdiyini, evi almaq üçün müraciət etdiyini, 35000 manata evin satışa qoyulduğunu, bir sahibkar kimi evi həmin qiymətə almaq istədiyini dedikdə razılaşma olmadığını, səbəbinin isə evin həqiqətən 35000 manata satılmaması olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində 2019-cu ildə anası ilə birlikdə Gülmira xanımla ev almaq üçün razılaşdıqlarını, ümumilikdə 45000 manata razılaşdıqlarını, anası ilə ilkin ödəniş olaraq 14000 manat ödəniş etdiklərini, qalan pulun da 5 il müddətinə ayda 500 manat olmaq şərti ilə ödəniləcəyini, ödənişin bir qisminin qaldığını, Gülmira xanımın əlavə pul ödəmələrini istədiyini, sonra da polis əli ilə həmin evdən çıxarıldıqlarını, Gülmira xanımın əlavə pul istəməyinin səbəbini bilmədiyini, Gülmira xanıma 39800 manat pul ödədiklərini, 30000 manat pulun özlərinə qaytarıldığını, lakin 9800 manatın qaytarılmadığını, 9800 manatı yaşadıqları müddət ərzində kirayə pulu kimi çıxdığını dediyini, kirayə pulu ödəmək barədə razılaşma olmadığını, pulun ödənilməsi ilə bağlı qeyd dəftərini anasının yazdığını, razılaşmaların anasının və cavabdehin arasında olduğunu, onların da həmin razılaşmada iştirak etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadəsində cavabdehin özünün anası olduğunu, 2019-cu ildə evi kirayə verdiklərini, Aybəniz xanımın da ailəsi ilə birlikdə gəldiyini, evlərinin olmadığını, çətin vəziyyətdə olduqlarını dediklərini, anasının da razılaşıb evi ilkin ödəniş almaqla satmağa razılaşdığını, lakin Aybəniz xanımgilin Bakıda torpaqları olduğunu, onu satıb evin pulunu tez ödəyəcəklərini də dediklərini, özlərinin əslində evi satmaq kimi bir fikirləri olmadığını, sadəcə anasının iddiaçı tərəfə humanistlik etdiyini, anasının və iddiaçının 3 il müddətinə, ayda 500 manat ödəniş etmək şərti ilə razılaşdıqlarını, alqı-satqı sövdələşməsində iştirak etdiyini, razılaşma olanda özünün də orada olduğunu, kirayə barədə razılaşdıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadəsində 2019-cu ildə Gülmira xanımla Aybəniz xanımın aralarında ev alqı-satqısı ilə bağlı razılaşma olduğunu, verilən pulla da evə yol çəkildiyini, Aybəniz xanımın da ailəsi ilə orada yaşamağa başladığını, cavabdehin qızı ilə olan toylarından 2 ay əvvəl razılaşma olduğunu, özünün şəxsən razılaşmada iştirak etmədiyini, ancaq pulun qaytarılması ilə bağlı razılaşmada iştirak etdiyini, 30000 manat pulun özlərinə qaytarıldığını, vərəqə imza edildiyini, halallıq da alındığını, heç bir problem yaranmadığını, pul verilən zaman hər hansı pulla bağlı mübahisə olmadığını, 9800 manatı kirayə haqqında çıxdıqlarını, evin alqı-satqı sövdələşməsində iştirak etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində qayınanası Gülmiranın həmişə onlara getdiyi zaman evin alqı-satqısı ilə bağlı pulun ödənilmədiyini, gec ödənildiyini deyib şikayətləndiyini, özünün birbaşa heç nəyə şahid olmadığını bildirdi. İddia ərizəsinə əlavə edilmiş iddiaçı-cavabdeh X11 tərəfindən cavabdeh-iddiaçı Cavabdeh 2019-cu ilin avqust ayından 2024-cü ilin fevral ayınadək aylıq etdiyi ödənişləri əks etdirən dəftərdən görünür ki, iddiaçı-cavabdeh X11 2019-cu ilin avqust ayında 500 manat, oktyabr ayında 1000 manat, noyabr ayında 500 manat, dekabr ayında 500 manat; 2020-ci ilin fevral ayında 500 manat, mart ayında 500 manat, aprel ayında 1000 manat, may ayında 500 manat, iyun ayında 500 manat, iyul ayında 500 manat, avqust ayında 500 manat, sentyabr ayında 500 manat, oktyabr ayında 500 manat, noyabr ayında 500 manat, dekabr ayında 500 manat; 2021-ci ilin yanvar ayında 500 manat, fevral ayında 500 manat, mart ayında 500 manat, aprel ayında 500 manat, may ayında 500 manat, iyun ayında 700 manat, iyul ayında 500 manat, sentyabr ayında 500 manat, oktyabr ayında 500 manat, noyabr ayında 500 manat, dekabr ayında 500 manat; 2022-ci ilin yanvar ayında 500 manat, fevral ayında 500 manat, mart ayında 500 manat, aprel ayında 500 manat, may ayında 500 manat, iyun ayında 500 manat, iyul ayında 500 manat, avqust ayında 500 manat, sentyabr ayında 500 manat, oktyabr ayında 500 manat, noyabr ayında 500 manat, dekabr ayında 500 manat; 2023-cü ilin yanvar ayında 500 manat, fevral ayında 500 manat, mart ayında 500 manat, iyun ayında 500 manat, iyul ayında 500 manat, avqust ayında 500 manat, sentyabr ayında 500 manat, oktyabr ayında 500 manat, noyabr ayında 500 manat, dekabr ayında 500 manat; 2024-cü ilin yanvar ayında 500 manat, fevral ayında 500 manat cavabdeh-iddiaçı Cavabdeh ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş 08 aprel 2024-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X14 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı 35000 manat qarşılığında X2. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış 16 mart 2024-cü il tarixli qəbzdə qeyd etmişdir ki, “Mən X3 xala və Novruz əmi ilə razılaşma əsasında mən söz verirəm ki, ev satıldıqda 30000 manat əmanəti Hüseynin, Mehmanın, Novruz əminin, Aybəniz xalanın yanında təqdim edəcəm”. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış 09 aprel 2024-cü il tarixli qəbzdə qeyd etmişdir ki, “X32 Novruz və Aybəniz xala ilə razılaşıb evi satdım və sözümü tutub xx.xx.2024-cü il tarixdə 30000 manatı onlara verirəm”. Həmçinin Novruz “otuz min aldım” yazaraq imzalamışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin 23 oktyabr 2024-cü il tarixli məktubu ilə verilmiş 13 iyun 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yaşayan X11 xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinə ərizə ilə müraciət etmişdir. Vətəndaş A.Yusifova müraciətində X16 ilə ev alqı-satqısı ilə bağlı 9800 manat mübahisəsinin olduğunu bildirmiş və müraciətinə baxılmasını xahiş etmişdir. Araşdırma zamanı X11 və X14 dəvət edilərək izahatları alınmış, izahatlarından evin ödənişi verildikdən sonra həmin pulun 9800 manatının kirayə pulu kimi Hacıyeva Gülmira tərəfindən qəbul edildiyi, Aybəniz Yusifovanın isə bununla razılaşmadığı müəyyənləşdirilmişdir. X11 və X14 arasında mübahisənin mülki mübahisə predmeti olduğundan müraciət üzrə toplanmış materialın işə alınması məqsədəuyğundur. X1 məktubla məlumat verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə ilkin iddia tələbinin təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbinə münasibət bildirən iş üzrə cavabdeh-iddiaçı Cavabdeh məhkəməyə verdiyi izahatında X8 30000 manat pulu qaytardığını, 9800 manat isə kirayə haqqı kimi çıxdığını qeyd etmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh X8 həqiqətən də 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pulu qaytarmadığını, ümumilikdə ona 39800 manat məbləğində pul verildiyini inkar etmir, sadəcə olaraq həmin pulun 9800 manatını kirayə haqqı kimi çıxdığını, ona görə qaytarmadığını qeyd edir. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdeh-iddiaçı Cavabdeh məhkəmə iclasında ziddiyyətli ifadə vermişdir. Belə ki, o 15000 manatın X11 tərəfindən ilkin ödəniş olaraq ödənilməsinə, qalan 30000 manatın isə 3 il ərzində hər ay 500 manat ödənilməsi şərtilə razılaşmalarını qeyd etmiş, sonra isə ona verilən suala cavab olaraq 3 il müddətində 500 manatdan ödənildiyi halda məbləğin düzgün gəlməməsi ilə bağlı isə əslində 500 manatdan da çox ödəyəcəklərini və torpaqları olduğunu onu satıb verəcəklərini dediklərini, buna görə 3 il müddətinə razılaşılan məbləğin qaytarılmış olacağını qeyd etmişdir. İddiaçı-cavabdeh X11 isə 15000 manatın tərəfindən ilkin ödəniş olaraq ödənilməsinə, qalan 30000 manatın isə 5 il ərzində hər ay 500 manat ödənilməsi şərtilə razılaşmalarını qeyd etmişdir. Məhkəmə belə qeyd edir ki, iddiaçının ziddiyyətli izahat verməsi onun pulun ödənilməsindən yayınmaq məqsədi kimi qəbul edilir. Aaralarında olan razılaşmaya əsasən qalan 30000 manat pulu hər ay 500 manat ödəmək şərtilə razılaşmaları tərəflərin hər ikisinin izahatlarından və ümumi hesablamalar yolu ilə göründüyü üçün bu hal onların qalan 30000 manat pulu 3 il ərzində deyil 5 il ərzində ödənilməsi üçün tərəflərin razılaşmaları qənaətinə gəlməyə əsas verir. (5 il=60 ay (60x500=30000)) Məhkəmə cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh X8 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pulu kirayə haqqına çıxdığı üçün qaytarmadığını bildirməsinə dair etirafını həqiqətən də iddia ərizəsində qeyd olunan məbləğdə pulun ona verilməsinin və iddiaçı-cavabdeh X8 qaytarılmamasının yəni ilkin iddia tələbinin təsdiqi kimi qəbul edir və hesab edir ki, iddiaçı-cavabdeh X11 iddia tələbini sübut etmə yükündən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi iş üzrə tərəflər arasındakı razılaşma daşınmaz əmlakın alqı-satqısı ilə bağlı olsa da bununla bağlı yazılı və notarial təsdiqli alqı-satqı müqaviləsi bağlanmamışdır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı-cavabdeh X5 39800 (otuz doqquz min səkkiz yüz) manat məbləğində pulu cavabdeh-iddiaçı Cavabdeh verməsi və cavabdeh-iddiaçı tərəfindən həmin pulun 9800 (doqquz min səkkiz yüz) manat hissəsinin iddiaçı-cavabdehə qaytarılmaması ilə cavabdeh-iddiaçı heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan cavabdeh-iddiaçı Cavabdeh hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında heç bir müqavilə və ya qanuni əsas olmadan cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh X5 hesabına əsassız varlanmışdır. Cavabdeh-iddiaçı Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçıcavabdeh X5 tələbi ilə iddiaçı-cavabdehin ona verdiyi pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh-iddiaçı Cavabdeh iddia tələbində göstərilən pul məbləğinin iddiaçı-cavabdehə qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, hətta məhkəməyə verdiyi izahatlarında həmin pulu kirayə haqqı kimi hesabladığını ona görə qaytarmadığını bildirmişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia təmin olunmalı, 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul cavabdehiddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh X8 ödənilməlidir. Məhkəmə cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində X4 ünvan 1 ünvanında 0.02 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evinə dair hər ay 300 (üç yüz) manata olmaqla, 45 aylıq müddətə (2020-ci ilin iyul ayından 2024-cü ilin aprel ayınadək (aprel ayı daxil olmaqla)) ödənilməmiş 13500 (on üç min beş yüz) manat kirayə haqqının ödənilməsini tələb etməsinə münasibətdə belə qeyd edir ki, cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddiasının təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində və məhkəməyə verdiyi izahatlarında iddiaçı-cavabdeh X11 ilə aralarındakı şifahi razılaşmaya əsasən 1 ilin sonundan etibarən (2020-ci ilin iyul ayından etibarən) Yusifova Aybənizin ona hər ay 300 (üç yüz) manat fərdi yaşayış evində qalmaq üçün əlavə olaraq kirayə haqqı ödəməli olduğunu, X27 kirayə haqqını ödəmədiyini, 45 ay üçün (2020-ci ilin iyul ayından-2024-cü ilin aprel ayınadək) olan 13.500 (on üç min beş yüz) manatı ödəmədiyini qeyd etsə də iddiaçı-cavabdeh X11 ilə aralarında kirayə haqqı ödəməsi üçün razılaşma olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, iddiaçı-cavabdeh X11 isə bu halı təkzib etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd olunanlardan da göründüyü kimi kirayə müqaviləsi yazılı bağlanan və notarial təsdiq edilməli müqavilədir. Tərəflər arasında isə kirayə müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin işin araşdırılması zamanı da iş üzrə tərəflər arasında istər qanunun tələbinə uyğun kirayə müqaviləsinin bağlanması istərsə də kirayə haqqının ödənilməsi barədə şifahi razılaşmaya gəlinməsi ilə bağlı hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki- Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi iddia ərizəsi üzrə cavabdehin deyil, iddiaçının üzərinə düşür. Cavabdeh-iddiaçı Cavabdeh isə qarşılıqlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilkin iddia təmin edilməli olduğundan iddiaçıcavabdeh X11 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 119 (bir yüz on doqquz) manat dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh X8 ödənilməlidir. Həmçinin qarşılıqlı iddia rədd edilməli olduğundan cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ilkin iddia təmin olunmalı; -9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul cavabdeh-iddiaçı Cavabdeh tutularaq iddiaçı-cavabdeh X8 ödənilməli; -ilkin iddia qaldırılan zaman iddiaçı-cavabdeh X11 tərəfindən ödənilmiş 119 (bir yüz on doqquz) manat dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh X8 ödənilməli; -qarşılıqlı iddia rədd edilməli; -qarşılıqlı iddia qaldırılan zaman cavabdeh-iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İlkin iddia təmin edilsin. 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul cavabdeh-iddiaçı Cavabdeh tutularaq iddiaçı-cavabdeh X8 ödənilsin. İlkin iddia qaldırılan zaman iddiaçı-cavabdeh X11 tərəfindən ödənilmiş 119 (bir yüz on doqquz) manat dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh X8 ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia qaldırılan zaman cavabdeh-iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar