Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1372/2025 25.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixində, saat 07:45 radələrində Bakı şəhəri, Təbriz küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı təqsirli hesab olunan Naxçıvan şəhəri, Təbriz küçəsi, ev 11 mənzil 17-də qeydiyyatda olan X1 ona dəymiş ziyanın ödənilməsi üçün 2492 (iki min dörd yüz doxsan iki) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 152-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır.
3. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərməlidir.
4. Lakin, İddiaçı özünün və cavabdehin yuxarıda qeyd edilən məlumatlarını, yəni (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) ərizəsində göstərməmişdir.
5. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini yönəltdiyi cavabdehi ərizəsində dəqiq müəyyən etməlidir. Belə ki, cavabdehin dəqiq müəyyən edilməsi iddia ərizəsinin ərazi aidiyyatı üzrə hansı məhkəməyə aid olması məsələsinin həlli üçün də zəruridir.
6. Həmçinin Azərbaycan Respublikası MPM-nin 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir.
8. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir.
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir.
10. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsinə 42 manat dövlət rüsumunu ödədədiyi barədə qəbz əlavə etsə də, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 2492 maat pulun tutulmasını istəyir və həmin məbləğə münasibətdə dövlət rüsumu 42 manat deyil, 44,92 (qırx dörd manat, doxsan iki qəpik) manat təşkil edir. Həmçinin, Elektron Məhkəmə İnformasiya Sistemində İddiaçı dövlət rüsumu ödəməsi barədə hər hansı bir məlumat aşkar olunmamışdır.
11. Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə (152.1.5) Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
12. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edilmədiyindən, həmçinin iddiaçı və cavabdehin şəxsiyyət vəsiqələrinin seriya nömrələri qeyd olunmadığından İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
13. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
14. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hаkim: Aslan Heydarov.