Məhkəmə qərarları › İş №2(078)-1418/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1418/2023

29.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1418/2023 29.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Cavabdeh1, Rüstəmova (Məhərrəmova) Xavər İslam qızına, X2, X4, Tağıyeva (Məhərrəmova) Bəsdi İslam qızına, Cavabdeh6 və Cavabdeh7 qarşı birgə mülkiyyətdə olan əmlakda payların bərabər müəyyən olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh1, Rüstəmova (Məhərrəmova) Xavər İslam qızına, X2, X4, Tağıyeva (Məhərrəmova) Bəsdi İslam qızına, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 və X1 mülkiyyətində olan Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində JN-654 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında 1890 kv.m kənd təsərrüfatı təyinatlı, JN-1522A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 669.4 kv.m və JN-1522B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 915.7 kv.m həyətyanı torpaq sahələrində payların bərabər qaydada müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsinə JN-654 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın, JN-1522A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin və JN-1522B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin əslini və ya lazımi qaydada təsdiqlənmiş surətini əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi geri qaytarıldığına görə, Vəkil tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 20 sentyabr 2023-cü il tarixli, 17452 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Ona görə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı və vəkili və nümayəndəsi Vəkil izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh1, Rüstəmova (Məhərrəmova) Xavər İslam qızına, X2, X4, Tağıyeva (Məhərrəmova) Bəsdi İslam qızına, Cavabdeh6 və Cavabdeh7 qarşı birgə mülkiyyətdə olan əmlakda payların bərabər müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Vəkil tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 20 sentyabr 2023-cü il tarixli, 17452 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı və vəkili və nümayəndəsi Vəkil izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar