Məhkəmə qərarları › İş №2(078)-1500/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1500/2025

23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1500/2025 23.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ona verdiyi 2534 (iki min beş yüz otuz dörd) manat və dövlət rüsumu olaraq ödədiyi 46,75 manat (qırx altı) pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandıraraq bildirmişdir ki, cavabdeh X7 xx.xx.2024-cü il tarixdə təcili 2060(ik min altmış) manat bore pul lazım olduğuna görə qaytarmaq şərti ilə məndən xahiş etdi. Mən isə onun iş yoldaşı və münasibətimizin olduğunu.onun xahişini nəzərə alıb həmin 2060 (iki min altmış manatı) borc pulu birbank vasitəsi ilə beş dəfəmə onun şəxsi kartına göndərmiş və bildirmiş ki, onun özünə də pul lazımdır borcu tez qaytar. Cavabdeh isə vəd vermişdir ki, iki gün müddətinə qaytaracam. Bununla bağlı iki gün bitdikdən sonra cavabdehə şifahi qaydada bir neçə dəfədə istər üzbə-üz, istərsə telofonla xəbərdalıq etmişdir. O isə bu gün, sabah verəcəm deyə vermir, onu get-gələ salır. Cavabdehin ona qaytarmalı olduğu 2060 (iki min altmış) manatı bore pul və həmin pulu birkartdan çıxartdığına görə Bank tərəfindən 10 ay ərzində tutulan 474 (dörd yüz yeymiş dörd) manat faiz pulu cəmi isə 2534(iki min beş yüz otuz dörd) manat pulu bu günədək qalır. Hazırda cavabdehin ona 2534 (iki min beş yüz otuz dörd) manat pul borcu var. Həmin vaxtdanda bu günədək ödəniş etməyib. Bunula bağlı Naxçıvan MR DİN-nin və Babək rayon Polis İdarəsinə rəsmi olaraq müraciət etdim. Müraciətimə Babək rayon Polis İdarəsin xx.xx.2025-ci il tarixli 3-13-43-7/2-R-39xx/xx/2025 saylı məktubla cavab olaraq bildirdilər ki ərizənizin icrası ilə bağlı olaraq aparılan araşdırmaların nəticəsinə əsasən müraciətinizlə bağlı ətraflı araşdırma aparılması və qərar qəbul edilməsi Azərbaycan Respublikası Mülki Qanunvericiliyə uyğun olaraq məhkəmə orqanlarının səlahiyyətində olduğu müəyyən olunduğundan müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququmun olması Sizə izah olunur. Bununla bağlı müraciətinə Naxçıvan MR DİN-nin xx.xx.2025-ci il tarixli,3-13-43/2-R-58xx/xx/2025 saylı cavab məktubunda bildirdilər ki müvafiq məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur. Bunula bağlı cavabdehin rəsmi qeydiyyat yerinə pretenziya məktubu göndərmiş, cavabdehdən isə cavab gəlməmişdir. O da məcbur qalıb məhkəməyə müraciət etmişdir. Onuda qeyd etmişdir ki, Cavabdeh ona qaytarmalı olan 2534 (iki min beş yüz otuz dörd) manat borc pulu bu günədək qaytarmaması onu və ailəsini maddi çətinliyə salıb. Belə ki Kapital Bank ASC-yə 2423 manat 43 qəpik (iki min dörd yüz iyirmi üç manat qırx üç qəpik) kredit borcu olduğuna görə onu Kapital Bank ASC Babək rayon məhkəməsində ona cavabdeh olaraq iddia qaldırmışdır. İddiaları təmin olunub qətnamə qəbul olunmuşdur. Hazırda Babək rayon İcra və Probasiya şöbəsində boclu olduğuna görə məhkəmə qətnaməsi əsasında icraat başlanılıb. İddiaçı öz tələbinin hüquqi əsaslandırmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 443-cü maddələri ilə əsaslandırılmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında cavabdehə birkartdan pul götürüb verdiyini, birkartdan çıxardığı üçün faizin borcunun yarandığını, cavabdeh borcu ödəmədiyi üçün Daxili İşlər Nazirliyinə müraciət etdiyini, cavabdehin polisin yanında olarkən də borcu olduğunu etiraf etdiyini, orada olarkən cavabdehin borcunu qaytaracağını dediyini, lakin qaytarmadığını, polis şöbəsində ona məhkəməyə müraciət etməli olduğunu dediklərini, cavabdehə pullar göndərdikdə qəbzləri saxladığını, məhkəməyə təqdim etdiyini, 2060 manat borc olduğunu faizin 10 ay ərzində artıb 474 manat olduğunu, səs yazısında cavabdehin borcunu qəbul etdiyini, borcun onun borcu olduğunu qəbul etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh X7 rəsmi qaydada məlumat verilmiş, lakin iştirak etməmişdir. Məhkəmə iclaslarının cavabdeh X6 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası DİN-in xx.xx.2025ci il tarixli məktuunda İddiaçı bildirilmişdir ki, xx.xx.2025-ci il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyinə ünvanladığınız müraciətinizə Cinayət Axtarışı İdarəsində baxılmış və tərəfimizden müvafiq araşdırma aparılmışdır. Tərəfimizdən aparılan araşdırma zamanı müraciətdə qeyd etdiyiniz xüsusatların mülki xarakterli olduğu müəyyən edilmişdir. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.7-ci maddəsinə əsasən (vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət etməli subyekt göstərilməlidir) ərizənizlə əlaqədar olaraq, müvafiq məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası DİN-nin Babək rayon polis idarəsinin xx.xx.2025-ci il tarixli məktubunda İddiaçı bildirilmişdir ki, xx.xx.2025-ci il tarixdə Babək Rayon Polis İdarəsinə ünvanladığınız ərizə qeydiyyata alınaraq icraata qəbul edilmişdir Ərizənin icrası ilə bağlı olaraq aparılan araşdırmaların nəticəsinə əsasən müraciətinizlə bağlı ətraflı araşdırma aparılması və qərar qəbul edilməsi Azərbaycan Respublikası Mülki Qanunvericiliyə uyğun olaraq məhkəmə orqanlarının səlahiyyətində olduğu müəyyən olunduğundan müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququnuzun olması Sizə bildirilir. İş materiallarında olan pretenziya məktubuna əsasən İddiaçı tərəfindən X6 qeydiyyat ünvanına göndərilən pretenziya məktubunda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə Sizə təcili 2060 (iki min altmış) manat borc pul lazım olduğuna görə məndən xahiş etdiniz. Mən isə Sizinlə iş yoldaşı və münasibətimizin olduğunu, Sizin xahişinizi nəzərə alib həmin 2060 (iki min alımış manau) birbank vasitəsi ilə beş dəfə sizin şəxsi kartinıza göndərdim və bildirdim ki mənim özümə pul lazımdır borcu tez qaytar. Siz isə vəd verdiniz ki iki gün müddətinə qaytaracam. Bununla bağlı Sizə şifahi qaydada bir neçə dəfədə xəbərdalıq etmişəm. Siz isə bu gün-sabah verəcəm deyib vermirsiz. Sizin mənə qaytarmalı olduğu 2060 (iki min altmış) manatu bore pul va həmin pulu birkartdan çıxartdığıma görə Bank tərəfindən 10 ay ərzində tutulan 474 (dörd yüz yeymiş dörd) manat faiz pul cəmi isə 2534(iki min beş yüz otuz dörd) manat pulum bu günədək qalır. Hazırda Sizin mənə 2534 (iki min beş yüz otuz dörd) manat pulu borcunuz var. Həmin vaxtdanda bu günədək ödəniş etməmisiz. Lakin borclu olduğunuz puldan sizin tərəfinizdən heç bir ödəniş edilməyib və borcunuzu qaytarmaq barədə heçnə etmirsiniz. Sizin davranışınızdan da aydm olur ki, borcunuzu ödəmək fikriniz yoxdur. Belə bir vəziyyət mənim ailə büdeəmin inkişaf etdirməyinə angəllər töradir və məni çətin maddi vəziyyətə salır. Mon məhkəmayə müraciat etməli oluram və çəkəcəyim xərcləri sizdən tələb edəcəyəm. Bununla əlaqədar (iki min beş vüz otuz dörd) manat borc pulun ödənilməsi barədə Sizi xəbərdar edirəm. İş materiallarında olan qəbzlərdən aydın olur ki, X2 hesabına xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə təkrar 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 260 manat, xx.xx.2025-ci il tarixdə 300 manat mədaxil edilmişdir. İş materiallarında olan Babək rayon Məmmədrza Dizə kənd inzibati ərazi dairəsinin yaşayış yeri üzrə qeydiyyat haqqında 169 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, Rəhimli X1 qeydiyyatdadır. İş materiallarına İddiaçı şəxsiyyət vəsiqəsinin surəti, Whatsapp yazışmaları olan foto-şəkillər və cavabdeh X3 yazılarının əks olunduğu bildirilən 1 ədəd CD əlavə olunmuşdur/ İddia ərizəsinə əlavə olunmuşdur: Naxçıvan MR ƏN Babək Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X8 xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarı. Naxçıvan MR ƏN Babək Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X9 tərəfindən borclu İddiaçı göndərilən xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş. Kapital Bank ASC-nin xx.xx.2025-ci il tarixli ödəniş kartı üzrə çıxarışı. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin məcəllənin 739.3-ci maddəsinə görə borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Məhkəmə yuxarıda qeyd edilən halları hazırki iddia tələbinə tətbiq edilməsini zəruri hesab edir. Belə ki, tərəflər arasında yazılı borc müqaviləsi olmasa da şifahi müqavilənin mövcud olması iş materiallarında olan sənədlərlə sübuta yetirilir. İş materiallarında olan iddiaçının izahatından, və iş materiallarına əlavə edilən sübutlardan aydın olur ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda qaytarmaq şərtilə pul almış, hansı məbləğdə pulun cavabdehə verilməsinə dair sübutetmə yükü iddiaçının üzərində olmuş, İddiaçı cavabdeh X7 2060 (iki min altmış) manat məbləğində pul verməsinə dair müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, qalan hissədə isə pulun verilməsinə dair sübutlarını təqdim edə bilməmişdir. Təqdim edilən vatsapp yazıları ümumi xarakter daşıyır, pul münasibətləri olduğunu təsdiq edir, lakin ümumi veriləcək pulun məbləği konkret olaraq göstərilmir. Məhkəmə iddiaçıya izah edir ki, cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməməsi nə iddiaçıya verilməli olan pulun miqdarının məhz iddia ərizəsində qeyd edilən məbləğdə olduğunu təsdiq edir, nə də borcun etirafı kimi qiymətləndirilir. İddiaçı iddiasının sübut etməli, mötəbər, təkzibolunmaz sübutlarını təqdim etməlidir. Təqdim edilən qəbz məlumatlarından aydın olur ki, iddiaçı tərəfindən cavabdeh X7 2060 (iki min altmış) manat pulun verilməsi təsdiqini tapır. Qalan hissədə iddiaçı tərəfindən cavabdehlərin hər hansı birinə pul verilməsinə dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən səs yazılarının əks olunduğu CD-yə baxış keçirilən zaman müəyyən edilir ki, həmin səslərdə də borcun hansı məbləğdə olması təsdiqini tapmır. Lakin pul münasibətlərinin olması təsdiq edilir. Eləcə də iddiaçının öz izahatından aydın olur ki, pul bilavasitə X7 verilmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh X4 2060 (iki min altmış) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 46 manat dövlət rüsumunun 41 (qırx bir) manat (qiymətləndirilən iddia tələbi üzrə iddia qiymətinin 1000 manata qədər olduğu halda ödənilməli dövlət rüsumu məbləğində) hissəsi cavabdeh X4 tutularaq İddiaçı qaytarılmalıdır. Qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X4 2060 (iki min altmış) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən üçün xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 46 manat dövlət rüsumunun 41 (qırx bir) manat hissəsi cavabdeh X4 tutularaq İddiaçı qaytarılsın. Qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar