Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1509/2025 12.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Hacıyev X2 2.000 manat əsas borc və dövlət rüsumu olaraq ödədiyi 40 manat, cəmi 2.040 manat pul tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ildə Ordubad rayonunun Nəsirvaz kəndində yaşamış və orada heyvan saxlamaqla məşğul olmuşam. Cavbdeh Cavabdeh mal-qara alverçisi kimi tanımışam. O, 2021-ci ilin avqust ayında mənden heyvan almış və pulu hissə-hissə verəcəyini bildirmişdir. Pulun bir hissəsini vermiş yerdə qalan 2.000 manatı isə dələduzluq edərək ödəməmişdir. Hər dəfə məndən vaxt istəmiş və sözunə əməl etməmişdir. Barəsində bir neçə dəfə polisə şikayət etmişəm. Polis araşdırmanı tam aparmamışdır. Son dəfə şikayətlər edəndən sonra polis tərəfindən yekun araşdırma aparılmış vе 06 iyul 2025-ci il tarixdə şikayətimin mülki xarakterli olduğunu bildirib cinayət işi başlanmasını rədd etmişdir. Araşdırma zamanı izahatı alınmış cavabdeh mənə 2.000 manat borclu olduğunu etiraf etmişdir. Lakin, borcu ödəməmişdir. Odur ki, pulun cavabdehdən məhkəmə qaydasında alınması zərurəti yaranmışdır. Yuxarıda təsvir. Məhkəmə iclasında izahat verən İddiaçı izahatında illərdir cavabdehdən pulunu ala bilmədiyini, 2019-cu ildə heyvandarlıqla məşğul olduğunu, cavabdehin gəlib çox ucuz qiymətə heyvanı aldığını, 10 gün sonra pulu verəcəyini söylədiyini, sonra 5 günə verəcəm dediyini, sonra 1 ay sonra verəcəyini dedi, aylarla onu aldatdığını, hər dəfə bir bəhanə deyib günü-günə satdığını, atasının əmisi oğlu olan ağsaqqal bir kişinin onlara gəldiyini, o ərəfədə 2000 manatını qaytardığını, özünün o zaman 2000 manatı da ver sənlə qurtaraq dediyini, lakin digər borcları da olduğundan verə bilməyəcəklərini dediklərini, ağsaqqalın ona pulu məndən al ondan yox dediyini, 15 iyun da gəl pulunu məndən al dediyini, iyunun 15 də ağsaqqala zəng etdiyini, ağsaqqalın onu günü gündən aldatdığını, uzun zaman sonra pulunu məndən yox get Məhərrəmdən get al dediyini, ağsaqqalın da sözündə durmadığını, onu aldatdığını, Məhərrəmi tapa bilmədiyini, polisə müraciət etdiyini, uzun zamandır əziyyət çəkdiyini, pulunu geri istədiyini, iddiasının təmin edilməsini istədiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, Cavabdeh isə iştirak etməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə edilmişdir: Bakı şəhəri, Sabunçu rayonu, Gülçülük sovxozu, Daş karxanası küçəsi, fərdi evdə yaşayan İddiaçı tərəfindən Daxili İşlər Nazirliyinə yazdığı polisin səhlənkarlığı haqqında şikayətdə bildirmişdir ki, Naxçıvan şəhər sakini dələduz Cavabdeh Abuzər oğlu məni aldatmış və pulumu talamışdır. Ondan etdiyim şikayət üzrə Naxçıvan şəhər polis idarəsində və Ordubad polis şöbəsində heç bir tədbir görülməmişdir. Belə ki, 2021-ci ilin avqust ayında dələduz Cavabdeh Abuzər oğlu iş görmək bəhanəsi ilə məni aldatmış və pulumu talamışdır. Bu hadisə Ordubad rayonu ərazisində olmuşdur. Məhərrəm mənə 2000 manat ödəməmiş qalmışdır. Mənim şikayətim əsasında 2023-cü ilin iyun-iyul aylarında Naxçıvan şəhər Polis idarəsində araşdırma başlanmış və izahatım alınmışdır. Orada mənə bildirmişlər ki, hadisə Ordubad rayonu ərazisində olub və buna görə də cinayət işi başlayıb Ordubad polis şöbəsinə göndərəcəklər. Lakin, 1 il keçməsinə baxmayaraq polisdən heç bir məlumat gəlməmişdir. Mən yenidən, 2024-cü ildə Ordubad rayon polisinə müraciət etmişəm. Orada mənim izahatım alındı və cinayət işi başlayıb dələduza vurulmuş ziyanı ödətdirəcəklərini söylədilər. Lakin, yenə də 1 ildən artıq vaxt keçməsinə baxmayaraq Ordubad polisində şikayətim baxılmır, mənə məlumat verilmir və polislər mənə qəbul etdikləri qərarın surətlərini vermirlər. Dəfələrlə Naxçıvan polis idarəsinə və Ordubad rayon polisinə gedib mənə rəsmi məlumat və qərar vermələrini tələb etmişəm. Amma, müxtəlif bəhanələr gətirib mənə heç bir sənəd və ya qərar verməmişlər. Polislər işlərini bir-birlərinin üzərinə atır və məni incidirlər. Dələduz isə azadlıqda gəzib dolanır. Sizdən xahiş edirəm ki, mənə köməklik edəsiniz. Şikayətim üzrə araşdırma aparılmasına, polisin vəzifəli şəxslərinin səhlənkarlığına son qoyulmasına, dələduz Cavabdeh Abuzər oğlunun cinayət məsuliyyətinə cəlb olunmasına və mənə vurduğu ziyanın tam ödənilməsinə dair göstəriş verəsiniz. Ordubad rayon X6 və təhqiqat qrupunun baş müstəntiqi, polis mayoru Coşqun Əmirovun 09 iyul 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında HK-1/189 nömrəli material üzrə cinayət işi başlanması rədd edilməsi, qəbul olunmuş qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, qərarın surəti iş üzrə maraqlı şəxslərə verilməklə onlara qərardan etirazlarının olduğu təqdirdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ordubad Rayon Prokuroruna və ya yuxarı prokurora, yaxud məhkəmə nəzarətini həyata keçirən Ordubad Rayon Məhkəməsinə şikayət etmək hüquqları izah olunması, vətəndaş İddiaçı Nəsib oğluna aidiyyəti üzrə mahkəme orqanlkarma müraciət etmə hüququ izah edilsin. 5.İK-1/189 nömrəli material saxlanması üçün Ordubad rayon Polis Şöbəsinin dəftərxanasına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Ordubad rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 2-7044/2025 nömrəli məktubunda məhkəmənin 17 поуаЬг 2025-с1 it tarixli 2(078)-1509/2025 пбтгэli тэкtиЬипиza сavaЬ olalaq гауоп X6 vэ tэhqiqat qrupunda vətəndaş Aİlahverdiyev İlqar Hamlet oğlunun 2000 manat рulunun Наcıуev Мəhərrəm Аvbuzər оğlu tərəfindən ələ keçirilməsi ilə bağlı НК-1/189 nömrəli material araşdırılaraq rədd еdilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərаr və həmin qərar alınarkən toplanmış materialların sürəti Sizə göndərilir. İddiaçı Ordubad rayon Polis Şöbəsində verdiyi izahatda bildirmişdir ki, ona verilən suallara cavab olaraq bildirirəm ki, yuxarıda qeyd olunan ünvanda ailəmlə birlikdə yaşayıram. Özüm fərdi qaydada Dərnəgül qəsəbəsində yerləşən “Çıraq Elektrik” adı ilə fəaliyyət göstərən elektrik mallarının satışı dükanında satıcı işləyirəm. Qeyd etmək istəyirəm ki, mərhum babam X1 məxsus Ordubad rayonu, Nəsirvaz kəndində fərdi yaşayış evi var. Mən orta məktəbi Ordubad rayonu, Nəsirvaz kəndində yerləşən 9 illik orta məktəbdə, 10–11-ci sinifləri isə Bist kəndində yerləşən N.Tusi adına məktəbdə oxuyub təhsil almışam. 2006–2008-ci illər tarixində həqiqi hərbi xidmətdə olmuşam, xidmətimi isə N saylı hərbi hissədə davam etdirmişəm. Mən xx.xx.2018-ci il tarixdə Nəsirvaz kəndinə gedib orada təxminən 5 il müddətində yaşamışam. Mən orada 30 baş xırdabuynuzlu heyvan alaraq heyvandarlıqla məşğul olmağa başladım. Nəhayət, 2021-ci il tarixdə mənim 63 baş xırdabuynuzlu heyvanım var idi. Mən həmin vaxt heyvanları satıb Bakı şəhərinə gəlməyi qərarlaşdırdım. 2021-ci ilin avqust ayında mal-qara alqı-satqısı ilə məşğul olan Cavabdeh Abuzər oğlu mənə yaxınlaşaraq bildirdi ki, eşitmişəm xırdabuynuzlu heyvanları satmaq qərarına gəlmisən. Mən 63 baş xırdabuynuzlu heyvanı ümumilikdə 4000 manata Məhərrəmə satdım. Məhərrəm bildirdi ki, alacağı var, 10 gün müddətinə sənin pulunu verəcəyəm. Lakin Məhərrəm verdiyi vədinə əməl etməyərək mənə olan 4000 manat borcdan 2 il sonra yalnız 2000 manatını verdi, yenidən vəd verərək qalan 2000 manatımı qısa müddətdə ödəyəcəyini bildirdi. Mən həmin vaxtdan Məhərrəmin istifadəsində olan 099 *** ** ** və 060 *** ** ** saylı mobil nömrələrə zəng vurmağıma baxmayaraq, Məhərrəm yenə də mənə yalan vədlər verərək pulumu qaytaracağına söz versə də, sonralar mənim zənglərimə cavab verməmişdir. Cavabdeh Ordubad rayon Polis Şöbəsində verdiyi izahatda bildirmişdir ki, ona verilən suallara cavab olaraq bildirirəm ki, mən, Cavabdeh Abuzər oğlu, hazırda yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla ailə üzvlərimlə birlikdə Babək rayonu, Badaşqan kəndində yaşayıram. Evliyəm. 1 övladım vardır. Ailəmi dolandırmaq məqsədilə heyvan alqı-satqısı ilə məşğul oluram. İddiaçı barəmdə ünvanladığı şikayət ərizəsi ilə tanış oldum. İddiaçılə heç bir ədavətim yoxdur. Məlumat üçün bildirmək istəyirəm ki, 2023-cü ilin yay ayları idi. Ordubad rayonu, Nəsirvaz kənd sakini Oktay adlı şəxs istifadəsində olan mobil telefondan zəng edərək onda satılacaq iri və xırdabuynuzlu heyvanların olduğunu diqqətimə çatdırdı. Mən Oktaya iribuynuzlu heyvanları ala biləcəyimi onun diqqətinə çatdırdım. Həmin vaxt Oktaydan 6 baş iribuynuzlu heyvan aldım və həmin heyvanların pulunu tam şəkildə ödədim. Oktay xırdabuynuzlu heyvanlarını da mənə satmaq istədiyini təkrarən bildirdi. Mən xırdabuynuzlu heyvanları sata bilmədiyimi və pulumun olmadığını bildirdikdə, Oktay qeyd edilən heyvanların mənə satılmasını, pulunun isə 3 ay ərzində hissə-hissə ödəyə biləcəyimi dedi. Mən də Oktayın bu fikri ilə razılaşdım. 63 baş xırdabuynuzlu heyvanın (60 çəpiş, 3 quzu) 4000 manata mənə satılması ilə bağlı razılıq əldə etdik. Bundan sonra həmin heyvanları yük avtomobilinə yığaraq apardım. Heyvanlar zəif olduğundan heyvanların bir neçəsi öldü. Qalan heyvanları satdım və ümumilikdə həmin heyvanlardan 3500 manat pul əldə etdim. Həmin puldan 2000 manatını Oktaya verdim, 400 manatına isə Oktaya qapı düzəltdirdim. Beləliklə, ümumilikdə Oktaya 2400 manat ödəmiş oldum. Aradan bir müddət keçdikdən sonra Oktay qalıq olan 1600 manat pulunu istədikdə, ona borclu olduğum barədə məlumat verərək həmin məbləği yaxın günlərdə ödəyəcəyimi bildirdim. Bir müddət keçdikdən sonra İddiaçı zəng edərək ona 2000 manat borclu olduğumu bildirdi. Mən yuxarıda qeyd edilən hallar barədə ona məlumat verdim. Bundan sonra İlqar mənim barəmdə şikayətçi oldu. Oktaydan qeyd edilən heyvanları alarkən onu aldatmaq niyyətində olmamışdım. Həmin vaxtlar pandemiya dövrü olduğu üçün heyvanları sata bilmirdim. Bu səbəbdən İlqarın pulunu tam şəkildə ödəyə bilməmişdim. Başqa məqsədim olmamışdır. X3 Ordubad rayon Polis Şöbəsində verdiyi izahatda bildirmişdir ki, ona verilən suallara cavab olaraq bildirirəm ki, mən, X5, hal-hazırda yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla həmin kənddə yaşayıram. Heç bir yerdə işləmirəm. Ailəmi dolandırmaq üçün heyvandarlıqla məşğul oluram. Məlumat üçün bildirmək istəyirəm ki, İddiaçı mənim qayın qardaşımdır. O, 2018-ci il tarixdə Ordubad rayonu, Nəsirvaz kəndinə gələrək babasının evində yaşamışdır. Həmin vaxtlar xırdabuynuzlu heyvan saxlamaqla məşğul idi. 2021-ci il tarixdə İlqar təsərrüfatında olan 63 baş xırdabuynuzlu heyvanlarını satmaq istədiyini mənə bildirdi. Həmin ilin yay aylarında İlqar qeyd edilən 63 baş xırdabuynuzlu heyvanını Naxçıvan şəhər sakini kimi tanıdığım və heyvan alqı-satqısı ilə məşğul olan Cavabdeh Abuzər oğluna 4000 manat qarşılığında satmışdır. Məhərrəm həmin heyvanları aparıb 10 gün ərzində satacağını, daha sonra İlqara olan 4000 manat borcunu ödəyəcəyini bildirmişdir. İlqar Məhərrəmin bu fikri ilə razılaşmışdır. Həmin gün Məhərrəm 63 baş heyvanı aparmışdır. Daha sonra İlqardan Məhərrəm tərəfindən ona 2000 manat pul verildiyi, qalıq olan 2000 manatın isə Məhərrəm tərəfindən müxtəlif bəhanələr gətirilərək verilməməsi barədə məlumat almışam. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istisna deyil. Nəticə etibarı ilə onların hər birini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçının cavabdehə qarşı olan pulun qaytarılması barədə tələbi əsaslıdır. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2000 (iki mn) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 19 sentyabr 2025-ci il tarixdə, 6116 nömrəli qəbzlə ödənilmiş 40 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş iddia ərizəsinin məhkəməyə verilməsi üçün üçün 19 sentyabr 2025-ci il tarixdə, 6116 nömrəli qəbzlə ödənilmiş 40 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1509/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1509/2025
12.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver