Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-159/2022 29.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh və mütəxəssis X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyasının qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 20 dekabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1-dəst sırğa üzük dəstinin, 1-ədəd boyunbağından, 3-cüt sırğadan və 1-ədəd qolbaqdan ibarət qızıl-zinət əşyalarının və ya 4800 (dörd min səkkiz yüz) manat dəyərinin və ödənilmiş 68.00 (altmış səkkiz) manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh əri X4 əmisinin qızıdır. Cavabdeh 2021-ci ilin yanvar ayında ona müraciət edərək, toy şənliyinə dəvət edildiyini, toyda taxmaq üçün ondan qızıl-zinət əşyalarından ona verə biləcəyini soruşub, qızıl-zinət əşyalarından toyda, nişanda istifadə etməsi-taxması üçün ona verməyini xahiş etmiş, o da qohumluq münasibətinin olduğunu həmçinin insanlıq xətrinə ona məxsus qızıl-zinət əşyalarından 1-dəst sırğa üzük dəstini, 1-ədəd boyunbağını, 3-cüt sırğanı və 1ədəd qolbağını müvəqqəti istifadə üçün Cavabdeh vermışdir. Təxminən bir aydan sonra Cavabdeh başqa şəxslərdən də qızıl-zinət əşyaları almasını və qaytarmadığını bu hərəkətlərinə görə onun barəsində Polis idarəsinə şikayətlər edildiyini öyrənmış, qızıl-zinət əşyalarının Cavabdeh alınıb özünə qaytarılması üçün Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etmişdir. Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən Cavabdeh çağrılmış, müvafiq qızıllar barədə ondan soruşulmuşdur. Polis İdarəsində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ondan müvəqqəti istifadə üçün aldığı qızıl-zinət əşyalarını- 1 dəst sırğa üzük dəstini, 1-ədəd boyunbağını, 3-cüt sırğanı və 1-ədəd qolbağını Naxçıvan şəhər sakini X2 aldığı borca müqabil sonuncuya girov olaraq vermişdir. X1 idarəsinə çağırılmış, Mətanət Məmmədova ona məxsus qızı-zinət əşyalarını da (iddiaçının Cavabdeh verdiyi) Polis idarəsinə gətirmiş və qızı-zinət əşyalarının fotoşəkli çəkilmişdir. X8 idarəsində Cavabdeh ondan borc pul götürdüyünü həmin borcu qaytaracağı təqdirdə qızılları ona verə biləcəyini bildirmişdir. 10 mart 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. İddiaçı ərizədə Cavabdeh qarşı qızıl-zinət əşyasının qaytarılması və ya dəyərinin alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, iddia ərizəsində göstərdiyi 1 ədəd boyunbağının Türkiyə istehsalı, 585 əyar, 9.3 qram, 930 (doqquz yüz otuz) manat dəyərində olduğunu, 1 dəst sırğa üzüyün Türkiyə istehsalı, 585 əyar, 13 qram, 1300 (min üç yüz) manat dəyərində olduğunu, 1 ədəd qolbağının Türkiyə istehsalı, 585 əyar, 5.7 qram, 570 (beş yüz yetmiş) manat dəyərində olduğunu, 1 ədəd sırğanın Türkiyə istehsalı, 585 əyar, 7 qram, 700 (yeddi yüz) manat dəyərində olduğunu, 1 ədəd sırğanın Türkiyə istehsalı, 585 əyar, 4.7 qram, 470 (dörd yüz yetmiş) manat dəyərində olduğunu, 1 ədəd sırğanın Türkiyə istehsalı, 585 əyar, 8.3 qram, 830 (səkkiz yüz otuz) manat dəyərində olduğunu qeyd etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının ərizəsi təmin olunaraq iddia tələbinə Türkiyə istehsalı, çəkisi 9.3 qram, dəyəri 930 (doqquz yüz otuz) manat olan 585 əyar 1 ədəd boyunbağının, Türkiyə istehsalı, çəkisi 13 qram, dəyəri 1300 (min üç yüz) manat olan 585 əyar sırğa üzük dəstinin, Türkiyə istehsalı, çəkisi 5.7 qram, dəyəri 570 (beş yüz yetmiş) manat olan 585 əyar 1 ədəd qolbağının, Türkiyə istehsalı, çəkisi 7 qram, dəyəri 700 (yeddi yüz) manat olan 585 əyar sırğanın, Türkiyə istehsalı, çəkisi 4.7 qram, dəyəri 470 (dörd yüz yetmiş) manat olan 585 əyar sırğanın, Türkiyə istehsalı, çəkisi 8.3 qram, dəyəri 830 (səkkiz yüz otuz) manat olan 585 əyar sırğanın və ya onların dəyəri olan 4800 (dörd min səkkiz yüz) manat pulun alınması həddində baxılması qərara alınmışdır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı izahatına əlavəsi olmadığını, iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 29 mart 2022-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək ərizədə İddiaçı ona qarşı qızıl-zinət əşyasının qaytarılması tələbi ilə bağlı iddia qaldırdığını, İddiaçı 10.03.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyini, həmin ərizədə adları qeyd olunmuş qızıl və zinət əşyalarının dəyəri olan 4800 manat məbləğində iddia tələbini qəbul etdiyini qeyd edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının Cavabdeh Türkiyə istehsalı, çəkisi 9.3 qram, dəyəri 930 (doqquz yüz otuz) manat olan 585 əyar 1 ədəd boyunbağının, Türkiyə istehsalı, çəkisi 13 qram, dəyəri 1300 (min üç yüz) manat olan 585 əyar sırğa üzük dəstinin, Türkiyə istehsalı, çəkisi 5.7 qram, dəyəri 570 (beş yüz yetmiş) manat olan 585 əyar 1 ədəd qolbağının, Türkiyə istehsalı, çəkisi 7 qram, dəyəri 700 (yeddi yüz) manat olan 585 əyar sırğanın, Türkiyə istehsalı, çəkisi 4.7 qram, dəyəri 470 (dörd yüz yetmiş) manat olan 585 əyar sırğanın, Türkiyə istehsalı, çəkisi 8.3 qram, dəyəri 830 (səkkiz yüz otuz) manat olan 585 əyar sırğanın və ya onların dəyəri olan 4800 (dörd min səkkiz yüz) manat pulun alınmasını tələb etməsi işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli halının həlli ilə bağlı cavabdehin etirafını nəzərə alaraq bildirir ki, iddiaçının borcun qaytarılmasına dair hissədə tələbi cavabdeh tərəfindən etiraf olunduğundan onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 68.00 (altmış səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 68.00 (altmış səkkiz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Türkiyə istehsalı, çəkisi 9.3 qram, dəyəri 930 (doqquz yüz otuz) manat olan 585 əyar 1 ədəd boyunbağının, Türkiyə istehsalı, çəkisi 13 qram, dəyəri 1300 (min üç yüz) manat olan 585 əyar sırğa üzük dəstinin, Türkiyə istehsalı, çəkisi 5.7 qram, dəyəri 570 (beş yüz yetmiş) manat olan 585 əyar 1 ədəd qolbağının, Türkiyə istehsalı, çəkisi 7 qram, dəyəri 700 (yeddi yüz) manat olan 585 əyar sırğanın, Türkiyə istehsalı, çəkisi 4.7 qram, dəyəri 470 (dörd yüz yetmiş) manat olan 585 əyar sırğanın, Türkiyə istehsalı, çəkisi 8.3 qram, dəyəri 830 (səkkiz yüz otuz) manat olan 585 əyar sırğanın özü, qətnamə icra olunan vaxt həmin qızıl-zinət əşyaları mövcud olmadıqda isə onların dəyəri olan 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli; - iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 68.00 (altmış səkkiz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Türkiyə istehsalı, çəkisi 9.3 qram, dəyəri 930 (doqquz yüz otuz) manat olan 585 əyar 1 ədəd boyunbağının, Türkiyə istehsalı, çəkisi 13 qram, dəyəri 1300 (min üç yüz) manat olan 585 əyar sırğa üzük dəstinin, Türkiyə istehsalı, çəkisi 5.7 qram, dəyəri 570 (beş yüz yetmiş) manat olan 585 əyar 1 ədəd qolbağının, Türkiyə istehsalı, çəkisi 7 qram, dəyəri 700 (yeddi yüz) manat olan 585 əyar sırğanın, Türkiyə istehsalı, çəkisi 4.7 qram, dəyəri 470 (dörd yüz yetmiş) manat olan 585 əyar sırğanın, Türkiyə istehsalı, çəkisi 8.3 qram, dəyəri 830 (səkkiz yüz otuz) manat olan 585 əyar sırğanın özü, qətnamə icra olunan vaxt həmin qızıl-zinət əşyaları mövcud olmadıqda isə onların dəyəri olan 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 68.00 (altmış səkkiz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-159/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-159/2022
29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver