Məhkəmə qərarları › İş №2(078)-1685/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1685/2025

23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1685/2025 23.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin alınması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 500.00 (beş yüz) manat pulun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, o, taksi fəaliyyəti göstərir. Cavabdeh bu fəaliyyəti ilə bağlı tanımışdır. Belə ki, Cavabdeh ilə razılaşaraq onun uşağını hazırlıq dərslərinə aparıb gətirmişdir. Cavabdeh 2025-ci ilin may ayında ona məhkəmədə işi olduğunu, bununla bağlı hüquqi yardım üçün 500.00 manat pul lazım olduğunu bildirmişdir. Cavabdeh maddi olaraq çətin vəziyyətdə olduğunu bildirərək borcu qısa zamanda qaytaracağına dair ona söz vermişdir. İnsani düşüncə, niyyət ilə o, Cavabdeh borc istəyini qəbul etmiş və xx.xx.2025-ci il tarixdə onun kartına 500.00 manat pul köçürmüşdür. Bundan sonra ona vhatsapla minnətdarlığını bildirmiş, qısa zamanda borcu qaytaracağını qeyd etmişdir. Lakin Cavabdeh verdiyi sözə, yəni aldığı 500.00 manat borcunu qaytarmaq barədə öhdəliyinə əməl etməmiş, müxtəlif bəhanələrlə ona olan borcunu ödəməkdən yayınmışdır. Özü Cavabdeh onu aldadıb, etibarından sui-istifadə edib 500.00 manatını mənimsədiyinə görə və borc pulun qaytarılması üçün onun barəsində Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Müraciətinə cavab olaraq məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Mülki iş üzrə 23 dekabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iddiaçının və cavabdehin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 12 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, Cavabdeh 500.00 (beş yüz) manat pulun alınıb İddiaçı ödənilməsi barədə iddia ərizəsi üzrə məhkəmə hazırlıq iclasının xx.xx.2025-ci il tarixdə, saat 11:00 da keçiriləcəyi barədə bildiriş verildiyini, Cavabdeh ona borclu olduğu 500.00 (beş yüz) manatı qaytardığını, ona ödədiyini, qeyd edilənlərə əsasən Cavabdeh 500.00 (beş yüz) manat pul tələbinə dair iddia ərizəsinin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı 12 dekabr 2025-ci il tarixdə məhkəməyə göndərdiyi ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin alınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar