Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-174/2025 22.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1800 (min səkkiz yüz) manat pulun, sıradan çıxmış bir təkəri və maşının akkumulyatoru üçün 325 (üç yüz iyirmi beş) manat və iş üzrə ödəmiş olduğu 42 (qırx iki) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, ** BX *** dövlət qeydiyyat nişanlı VOLKSWAGEN markalı avtomobil özünün adına qeydiyyatdadır. 2024-cü ilin avqust ayında avtomobili xarab olmuşdur. Maşınının 2 ədəd yanacaq şamı yerləri işləmirdi. İş yoldaşı Cabir adında ustanı məsləhət bilib ona zəng etdi və usta maşının yanına gəlib baxmışdır. Ciddi bir problem olmadığını və həll edə biləcəyini demişdir. Daha sonra maşını sürərək öz sexinə aparmış, bir daha maşının nasazlığını yoxlamışdır. Özü də ona “əgər xərci çoxdursa, düzəltmə qalsın” demiş, metalom qiymətinə satacağını bildirmişdir. Usta “tanıdığım bir nəfər maşın almaq istəyir, motoru orjinal hissə ilə yığıb sataq” demişdir. Cabir 1800 (min səkkiz yüz) manat xərc tutacağını demiş, özü də razılaşmışdır. Daha sonra Cabirə 1800 (min səkkiz yüz) manat pulu aparıb nağd qaydada vermişdir. Cabirə pulu verəndə iş yoldaşı X1 da özünün yanında olmuşdur. O da məhkəmədə şahid qismində iştirak edə bilər. Usta maşını almaq istəyən şəxsdən beh alaraq 1 həftəyə maşını düzəldib təhvil verəcəyini söyləmişdir. Maşını almaq istəyən Nihad adlı şəxs olmuşdur. Cabir Nihaddan 100 (yüz) manat beh almışdır. Bir müddət sonra özü Nihad ilə əlaqə saxlamışdır. Nihad ona artıq 1 həftə keçdiyini maşını almaqdan vaz keçdiyini demişdir. Özü 1 həftə sonra maşına baxmaq üçün gəlmiş və maşının eyni vəziyyətdə olduğunu, ustanın heç əlini də maşına vurmadığını görmüşdür. Sonra hər gün ona zəng edib maşını niyə düzəltmədiyini soruşmuşdur. Cabir ona hər dəfə bir bəhanə edərək problemlərinin olduğunu demişdir. Gah “xəstəxanadayam, gah polisə düşmüşəm”, gah da qohumlarından kiminsə rəhmətə getdiyini demişdir. Təxmini 50 gün sonra ustaya “maşını təhvil ver, neçə vaxtdır ki, maşın qalıb orda təmir etmirsən” demişdir. O da sabah təmir edib verəcəyini demişdir. Sabahkı gün usta maşının hazır olduğunu demişdir. Özü də maşının yanına getmişdir. Maşını işə salmaq istəmiş, lakin maşın heç işə düşməmişdir. Usta maşını başqa bir ustaya aparmağını və elektrik probleminin olduğu demişdir. Evakuasiya xidmətindən istifadə edərək maşını digər ustaya aparmış, halbuki maşını Cabir öz sexinə aparanda sürüb aparmışdı. Maşın başqa ustada yoxlanıldıqdan sonra usta elektrik problemi olmadığını demişdir. Maşın hal-hazırda digər ustanın yanındadır. Özü Cabirdən maşının təmiri üçün çəkdiyi pulu istədikdə Cabir hər dəfə bir bəhanə gətirir. O, maşını təmir etməməsinə baxmayaraq, maşını düzgün formada təmir etdiyini söyləyir. Halbuki maşını onun yanına aparmazdan əvvəl daha işlək vəziyyətdə olmuşdur. Maşını Cabir ustanın yanından götürdüyü vaxt bir təkəri və maşının akkumulyatoru sıradan çıxıb. Cavabdeh ona dəymiş ziyanı ödəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməlidir. Mülki iş üzrə 22 yanvar 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iddiaçı və cavabdehin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 22 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, cavabdehlə aralarında razılıq əldə edildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin özünə geri qaytarılmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı 22 yanvar 2025-ci il tarixli ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən Kapital Bank ASC-nin Naxçıvan filialına 29 noyabr 2024-cü il tarixli, 8230 nömrəli qəbzlə ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən Kapital Bank ASC-nin Naxçıvan filialına 29 noyabr 2024-cü il tarixli, 8230 nömrəli qəbzlə ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-174/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-174/2025
22.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver