Məhkəmə qərarları › İş №2(078)-18/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-18/2021

10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-18/2021 10.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçılar İddiaçı1, X2, iddiaçıların vəkili Vəkil, Cavabdeh1 və cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X5nın cavabdehlər Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən X4 adına verilmiş xx xxxxxxx 2018-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun etibarsız sayılması, xx xxxxxxx 2019-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında verilmiş ******* nömrəli hüq uqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız sayılması, həmin Çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və X5nın cavabdehlər Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən X4 adına verilmiş xx xxxxxxx 2018-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun etibarsız sayılması, xx xxxxxxx 2019-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında verilmiş ******* nömrəli hüq uqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız sayılması, həmin Çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o və övladları Gülnar və Anarla birlikdə Cavabdeh1 qarşı mərhum qayınatasından miras qalan əmlakın birgə mülkiyyət hesab edilərək pay hüququn tanınması, mirasın irsi transmissiya qaydasında qəbulu faktı ilə əlaqədar məhkəmədə iddia qaldırmış və hazırda həmin iş üzrə icraat dayandırılmışdır. Həmin iş üzrə iddia ərizələrinə qayınatasının adına olan texniki pasportun surəti də əlavə edilmiş, həmin texniki pasport hazırda onlardadır. Daha sonra isə Cavabdeh1 və onun bacı-qardaşları onlara qarşı iddia qaldıraraq mirasın qəbulu faktının müəyyən edilməsi və əmlakda birgə mülkiyyətin tanınmaqla pay hüququnun müəyyən edilməsi tələbi ilə iddia qaldırmış və həmin iddia ilə əlaqədar mülki iş ilkin mülki işə birləşdirilmişdir. Birləşdirilmiş mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilən sənədlər məhkəmədə elan edilən zaman onlara məlum olmuşdur ki, Cavabdeh1 mərhum qayınatasının adına texniki pasport mövcud ola-ola daşınmaz əmlaka müraciət edərək yenidən ölçü aparılaraq yeni texniki pasport verilmişdir. İlkin texniki pasportun itmiş hesab edilməsinə dair elan vermişdir. Halbuki həmin texniki pasport onlarda olmuşdur. Yeni texniki pasportla köhnə texniki pasport arasında uyğunsuq vardır. Belə ki, miras kütləsi artırılmış, onlar tərəfindən tikilən tikililər miras kütləsinə daxil edilmişdir. Onun qayınatası 1994-cü ildə vəfat etmiş, onun adına olan texniki pasportda sadəcə iki otaq göstərilmişdir. Daha sonra əlavə otaq, bağlı eyvan, açıq eyvan, mətbəx, sanitar qovşaq və depo inşa edilmişdir. Qayınatası vəfat etdiksən sonra mətbəx, sanitaq qovşaq, deponu onlar tikmişdirlər. Digər tikililər mərhum qayınasının sağlığında inşa edilsə də sənədləşdirilməmişdir. Hazırda cavabdeh mirasın kütəlisini əsassız olaraq əhəmiyyətli şəkildə artırmışdır. Onlar miras əmlakda yaşamaqla əlavə tikililər inşa etmiş, yaxşılaşdırmalar aparmışlar. Cavabdeh Cavabdeh1 1999-cu ildə evləndikdən sonra Bakıya getmiş, 2016-cı ildə Naxçıvana qayıtmışdır. Onun mirasın kütləsindən, əlavə tikililərdən ümumiyyətlə məlumatı olmamışdır. Hazırki vəziyyətdə bir mülki iş üzrə bir miras qoyanın adına iki texniki pasport möcvudddur və ikisi arasında uyğunsuzluq vardır. Ona görə də ilkin texniki pasport qayınatasında olmuş, ikinci texniki pasportda isə qayınatasının ölümündən sonra da tikilmiş tikililər əlavə edildiyindən həmin texniki pasport əsasızdır və etibarsız hesab edilməlidir. İkinci texniki pasport əsasında cavabdeh yeni çıxarış əldə edərək onu qeydiyyata aldırmışdır. Həmin çıxarış da ləğv edilməlidir. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı X5 iddianı müdafiə edərək anası İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən iddiaçıların vəkili Vəkil izahatında iddiaçıların izahatına əlavəsinin olmadığını bildirmiş və sonda iddianın təmin olunması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında o və bacı-qardaşları dəfələrlə iddiaçıdan köhnə texniki pasportu soruşmuş, məqsədləri həmin texniki pasport əsasında mirasın bölünməsi olmuşdur. Lakin İddiaçı1 onlara texniki pasportla bağlı heç nə demədiyindən həmin pasportun itmiş hesab edilməsi ilə bağlı qəzetdə elan vermiş, sonra isə Daşınmaz Əmlaka müraciət edərək yenidən ölçmə işləri aparılaraq 2018-ci ildə mərhum atasının adına yeni texniki pasport verilmişdir. Həmin vaxt anası Güllü xanım da sağ olmuşdur. Məqsədləri evi anasının adına sənədləşdirmək olmuşdur. İddiaçı1 onlardan miras tələb etmiş, sənədləşdirib onun payını vermək istəmişdirlər. Lakin iddiaçı hazırki iddiada onu və dövlət orqanının saxta texniki pasport çıxartdırmaqla günahlandırır. Birinci və ikinci texniki pasportlar arasında ciddi fərq yoxdur və ölçülərdə ciddi dərəcədə azalma və çoxlama mövcud deyildir. Atası Məhəmməd və anası Güllünün birgə nikahlarından 5 övlad olmuşlar, iddiaçılar mərhum qardaşı Cavanşirinin arvadı və qızıdır. Köhnə tikililərdən sonra 1962-1969-cu illərdə əlavə bir otaq və bir şüşəbənd tikilmiş, böyük qardaşı Allahverdinin atasına köməyi ilə həmin şüşəbəndin yanında 1991-ci ildə mətbəx tikilmişdir. Həmin vaxtlar Cavanşir və ailəsi Rusiyada yaşamış, 1992-ci ildə dönüb gəlmişdirlər. 1994-cü ildə atası vəfat etdikdən sonra onlara qardaşı Allahverdi dayaq olmuş və mərhum qardaşı Cavanşiri də o saxlamışdır. Anası Güllünün məsləhəti və göstərişi ilə 2012-ci ildə mətbəxə bitişik hamam-tualet və depo tikilmişdir. Bütün bunlar atasının sağlığında və onun ölümündən sonra anasının sağlığında tikilmişdir. Hazırda digər iddia tələbi məhz atasının və anasının birgə nikahda qazandıqları əmlakdan paylarının müəyyən edilməsi və mirasın qəbul edilməsidir. O da məhz anasının sağlığında tikilmiş tikililəri yeni texniki pasport əsasında ölçərək qeydiyyatını aparmışdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 verdiyi izahatında bildirmişdir ki, Naxçıvan şəhəri, Şahtaxtınski küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1962-ci il tarixdə tərtib edilmiş texniki pasport əsasında X7 məxsus olması və mübahisə olamaması nəzərə alınaraq bütün tikililər onun adına sənədləşdirilmişdir. Komitə tərəfindən çıxarış verilməsi ilə bağlı müraciət olduqda onlar tərəfindən ölçü aparılmış, vətəndaş vəfat etsə də aparılmış bütün tikililərin onun adına sənədləşdirilmişdir. Cavabdeh1 texniki pasportla bağlı Komitəyə müraciət edərkən ona köhnə texniki pasportun dublikatının verilməsinin mümkün olduğu izah edilmiş, lakin o, yenidən ölçü aparılaraq sonradan aparılmış tikililərin də texniki pasporta işlənməsini, heç bir mübahisə olmadığını bildirmişdir. Belə olan halda iki texniki pasport mövcuddur və hazırki vəziyyətdə vətəndaşların hüquqları pozulmuşdur. Əsas ilkin texniki pasport hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə olunmuş 1962-ci il tarixdə verilmiş 1756 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunun surətindən məlum olur ki, X8 adına olan fərdi yaşayış evinin cəmi tikinti sahəsi 121.7 kv.metr, cəmi meydança sahəsi 530.7 kv.metr olmuş, orada olan tikililər- sahəsi 48.5 kv.metr olan yaşayış evi, sahəsi 17.2 kv.metr olan tövlə, sahəsi 15.9 kv.metr olan təndir, sahəsi 7.5 kv.metr olan ayaqyolu, sahəsi 21.3 kv.metr olan sərhəd barış, sahəsi 7 kv.metr olan hovuz, sahəsi 0.5 kv.metr olan quyu, sahəsi 3.8 kv.metr olan hin, sahəsi 32.9 kv.metr olan bağ və sahəsi 80 kv.metr olan həyət X8 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X9 xx xxxxxx 1994-cü ildə Naxçıvan şəhərində qara ciyətin serrozu diaqnozu ilə vəfat etmiş, bu barədə ölüm kitabında xx xxxxxxxx 1994-cü ildə 232 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum də məlum olur ki, Naxçıvan şəhəri, Behbud ağa Şahtaxtınski küçəsi döngə 1, ev 3-də 0.0524 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 107.72 kv metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 18/34 nömrəli reyestr kitabının 6629 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz əMlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 208 nömrəli məktubdan aydın olur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X4 adınadır. Məhəmməd Bədəlovun vərəsəsi X3 xx.xx.2006-cı il tarixli müraciəti əsasında həmin əmlaka dair 1962ci ildə tərtib olunmuş texniki pasportun dublikatı çıxarılaraq ona verilmişdir. xx.xx.2018-ci il tarixdə vərəsə Cavabdeh1 əmlaka dair texniki pasportun itməsini təsdiq edən və vərəsə olması ilə bağlı sənədləri təqdim etməklə əmlakın yenidən inventarlaşdırılması, dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət etmişdir. Nəticədə yeni verilən texniki pasportdakı ölçülərlə 1962-ci ildə verilən texniki pasportdakı ölçülər arasında fərq yaranmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2018-ci il tarixdə verilmiş X4 adına verilmiş texniki pasportdan aydın olur ki, sənəd üzrə torpaq sahəsi 524.17 kv.metr, tikinti altı sahə 223.22 kv.metr, digər 300.95 kv.metr olaraq göstərilmişdir. Yaşayış evlərinin texniki göstəriciləri tikildiyi il 1955-2000-ci illər olaraq qeyd edilmiş, otaqların təsnifatı sahəsi 25.80 kv.metr olan salon, 18.75 kv.metr sahəsi olan otaq, 12 kv.metr sahəsi olan dəhliz, 22.20 kv.metr sahəsi olan otaq, 3.70 kv.metr sahəsi olan qarderob, 10.58 kv.metr sahəsi olan mətbəx, 2.50 kv.metr sahəsi olan dəhliz, 5.12 kv.metr sahəsi olan anbar, 1.85 kv.metr sahəsi olan dəhliz, 3.79 kv.metr sahəsi olan hama, 1.43 kv.metr sahəsi olan sanitar qovşaq olaraq qeyd edilmiş, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri sahəsi 64.91 kv.metr olan naves, 11.97 kv.metr sahəsi olan hasar qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnsan Hüquqlarının Ümumi Bəyannəməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki işlə bağlı mübahisəli əmlakda yerləşən tikililərin tikilməsi tarixi ilə bağlı məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilən rəydə tikililərin inşa edildiyi tarix göstərilməmişdir. Daha sonra yenidən ekspertiza təyin edilmiş, ekspert tərəindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 190/20 nömrəli rəyindən aydın olur ki, ünvan 4 ünvanında mərhum X4 adına verilmiş 1962-ci il tarixli texniki pasportda göstərilməyən mətbəx, hamam, sanitar qovşaq, depo olan köməkçi tiililəri “X17” proqramının orta foto görüntülərinə əsasən xx.xx.2012-ci il tarixdə həmin görüntülərdə öz əksini tapmadığı, lakin həmin illərdən sonrakı yəni təxminən xx.xx.2013-cü ildə mətbəx təyinatlı tikilinin orada öz əksini tapdığı, eyni zamanda xx.xx.2016-cı ildə isə (3 ildən sonra) depo (anbar) hamam, ayaqyolu və dəhliz təyinatlı tikililərinin inşa edildiyi görüntülərinin əks olunduğu müəyyən edilmişdir. Məhkəmə qanunvericilin tələblərini iş materialları ilə qarşılıqlı təhlil edib hesab edir ki, X4 adına olan 1962-ci ildə texniki pasportun işlənib hazırlanmasına baxmayaraq daha sonra onun sağlığında və vəfatından sonra tikilən tikililərin onun adına sənədləşdirilməsi əsassız olaraq miras kütləsinin artımı ilə nəticələnməklə, həmin ünvanda tikilən tikilililəri inşa edən şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Miras qoyan sağlığında onun adına sənədləşdirilmiş texniki pasportdan əlavə sonradan tikilən tikililəri daxil etməmişdir. Onun sağlığında tikilən tikililər və ölümündən sonra tikilmiş tikililər düzgün olmayaraq sənədləşdirilib adına işlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən X4 adına verilmiş xx xxxxxxx 2018-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasport etibarsız sayılmalı, xx xxxxxxx 2019-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında verilmiş ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız sayılmalı, həmin Çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməlidir. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən X4 adına verilmiş xx xxxxxxx 2018-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu etibarsız hesab edilsin. xx xxxxxxx 2019-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında verilmiş ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız hesab edilsin. Həmin Çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar