Məhkəmə qərarları › İş №2(078)-18/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-18/2022

19.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-18/2022 19.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakda payın naturada ayrılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında 0.1206 ha həyətyanı torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 109.17 m2 olan fərdi yaşayış evindən onun 1/3 payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil1 iddianı müdafiə edərək, ünvan 1 ünvanında 0.1206 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 109.17 m2 olan fərdi yaşayış evinin iddiaçının mərhum anası X2 adına olduğunu, Naxçıvan şəhəri 2 saylı Dövlət Notariat Kontorunda qeydiyyata alınan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının əmlakın 1/3 hissəsini 07 iyun 2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata aldırmaqla, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" aldığını, lakin Cavabdeh həmin əmlakın 2/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına baxmayaraq, özünə aid olan əmlakı daşınmaz əmlakın dövlət reyestri xidmətində adına qeydiyyata saldırmadığını, hazırda həmin əmlakda onun yaşamaqla, bütünlüklə istifadə etdiyini, iddiaçının isə öz əmlakına sahib çıxa bilmədiyini, mülkiyyətindən istədiyi kimi istifadə edə bilmədiyini, iddiaçının payının ayrılmasını, öz payından istədiyi kimi istifadə etmək istədiyini, bunları nəzərə alaraq, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında 0.1206 ha həyətyanı torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 109.17 m2 olan fərdi yaşayış evindən iddiaçının 1/3 payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdehin vəkili qismində izahat verən Vəkil2 iddianı qəbul etmədiklərini, həmin mülkün texniki cəhətdən bölünməsinin mümkün olmadığını, verilmiş ekspert rəylərinin qəbul olunmaqla iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.17 kv.m (torpaq sahəsinin ölçüsü 0.1206 ha) olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/4 nömrəli reyestr kitabının 756 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********68- 10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 07.06.2021). Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 27 iyul 2021-ci il tarixli, 04/447 nömrəli məktubuna əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində olan məlumata əsasən fərdi yaşayış evinin 2/3 hissəsi haliyyədə X2 adınadır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhəri 2 saylı Notariat Ofisinin 14 iyul 2021-ci il tarixli, 54 nömrəli məktubuna əsasən, ünvan 1 ünvanında mərhum X2 miras əmlakın 1/3 hissəsi İddiaçı, 2/3 hissəsinə Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 06 oktyabr 2021-ci il tarixli, 264 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq ünvan 1 ünvanında yerləşən ölçüsü 0.1206 ha olan həyətyanı torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 109.17 m2 olan fərdi yaşayış evindən payların naturada təcrid olunmuş qaydada ayrılaraq verilməsi (bölünməsi) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Аzərbаycаn Respublikаsı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7105 nömrəli, 05 mart 2022-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.1206 ha olan həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 109.17 kv.metr olan fərdi yaşayış evinin 1/3 hissədə naturada payların ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə izahatları, iddia ərizəsinin dəlillərini və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Yuxarıda sadalanan maddi hüquq normaların tələblərinə görə, tərəflər razılıq əldə edə bilmədikdə, əşyanın mülkiyyətçisi evin naturada məhkəmə qaydasında bölünməsini tələb edə bilər. Məhkəmə araşdırmaları zamanı tərəflər öz aralarında razılığa gəlməmişlər. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 06 oktyabr 2021-ci il tarixli, 264 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq ünvan 1 ünvanında yerləşən ölçüsü 0.1206 ha olan həyətyanı torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 109.17 m2 olan fərdi yaşayış evindən payların naturada təcrid olunmuş qaydada ayrılaraq verilməsi (bölünməsi) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Аzərbаycаn Respublikаsı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7105 nömrəli, 05 mart 2022-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.1206 ha olan həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 109.17 kv.metr olan fərdi yaşayış evinin 1/3 hissədə naturada payların ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə izahatları, iddia ərizəsinin dəlillərini və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmini əsasları olmadığından rədd edilməlidir. İddia rədd edildiyinə görə, iddia verilərkən ödənilmiş dövlət rüsumu iş üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakda payın naturada ayrılması tələbinə dair iddia rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar