Məhkəmə qərarları › İş №2(078)-193/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-193/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-193/2022 06.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Renault” markalı, 53K4264 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 2380 (iki min üç yüz səksən) manat pulun və ödənilmiş 44.20 (qırx dörd manat iyirmi qəpik) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh idarə etdiyi “VAZ 21723” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 28.01.2015-ci il tarixdə “Renault” markalı, 53K4264 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra Cavabdeh hadisə yerindən yayınmışdır. Qeyd edilən yayınma halını cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar, DYP tərəfindən tərtib edilmiş Forma 4 arayışı və digər sənədlər təsdiq edir. Qeyd edilən hadisə ilə bağlı DYP şöbəsi əməliyyat axtarış tədbirləri keçirmiş, lakin Cavabdeh qaçıb gizləndiyinə görə onu inzibati məsuliyyətə cəlb etmək mümkün olmamış və inzibati məsuliyyətə cəlb etmə müddəti bitmişdir. İddiaçı Sığorta Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Renault” markalı, 53K4264 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2380 manat sığorta ödənişi həyata keçirmişdir. 28.01.2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə Cavabdeh qarşı subroqasiya hüquqları yaranmışdır. Ona görə də, hesab edir ki, 2380 manat məbləğində pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən iddia ərizəsinə əlavə edilmiş 19 noyabr 2021-ci il tarixli ərizədə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” iddia tələbi üzrə keçiriləcək məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini qeyd edərək mülki iş üzrə keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin nümayəndəsinin ərizəsini nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, 10 mart 2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda 14 mart 2022-ci il tarixdə keçiriləcək hazırlıq iclasında və bu iş üzrə keçiriləcək növbəti məhkəmə iclaslarında Bakı şəhərində olduğu üçün iştirak edə bilməyəcəyini, Atəşgah Sığorta Şirkətinin ona qarşı qaldırdığı iddiaya qarşı sübutu olmadığı üçün heç bir etirazı olmadığını qeyd edərək işsiz olduğunu nəzərə alıb ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin teleqramını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 10.03.2015-ci il tarixli 015041 nömrəli sığorta aktından görünür ki, Kemal Konana məxsus 53K4264 dövlət qeydiyyat nişanlı “Renault” markalı avtomobilə vurulmuş ziyana görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 2380 (iki min üç yüz səksən) manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan 11.03.2015-ci il tarixli, 493 nömrəli məxaric xəzinə orderinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Konan Kemala həmin tarixdə 2380 (iki min üç yüz səksən) manat məbləğində sığorta ödənişi verilmiş, qeyd olunan order Kemal Konan tərəfindən imzalanmışdır. İş materiallarında olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 17 fevral 2015-ci il tarixli hesabatdan görünür ki, 53 K 4264 dövlət qeydiyyat nişanlı “Renault” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 2380 (iki min üç yüz səksən) manatdır. İş materiallarında olan "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" Arayışdan görünür ki, 28 yanvar 2015-ci il tarixdə Bakı-Qazax yolunun 55-ci km-də yol nəqliyyat hadisəsi baş vermiş, VAZ-21723 markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X1 mülkiyyətindədir, hadisə baş verdiyi vaxt həmin nəqliyyat vasitəsini Cavabdeh idarə etmiş, hadisə baş verdiyi an sürücü Cavabdeh hadisə yerini tərk etmişdir, yol nəqliyyat hadisəsi nəticəsində Kemal Konanın idarə etdiyi 53 K 4264 dövlət qeydiyyat nişanlı “Renault” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin istifadəçi sorğusundan görünür ki, “Renault” markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 26.04.2014-cü il tarixdən 26.04.2015-ci il tarixədək avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış, sığortalı qismində Cavabdeh qeyd olunmuşdur, 75 manat məbləğində sığorta haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 12.02.2015-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində İXM-nin 151.3-cü maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surətinin YPXA-na göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 12 fevral 2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsdiq edilmiş surətində qeyd olunmuşdur ki, 02 fevral 2015-ci ildə YPXA-nın 6-cı tağımından Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 55-ci kilometrində 28 yanvar 2015-ci ildə yol nəqliyyat hadisəsi baş verməsi barədə material icraata daxil olmuşdur. Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, 28 yanvar 2015-ci ildə saat 04 radələrində Türk vətəndaşı Kemal Konan idarə etdiyi «Renault» yük markalı 53-K4264 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 55-ci km-də Bakı istiqamətinə hərəkətdə olarkən avtomobilin eyni istiqamətə hərəkət edən Cavabdeh idarə etdiyi «VAZ-21723» markalı **-VF- *** dövlət qeydiyyat nişanlı avtomobillə sağa sərt manevr edərək idarə etdiyi avtomobilin sağ yan hissəsi «Renault» yük markalı avtomobilin qabaq sağ hissəsindən dəyərək toqquşmuş, «VAZ-21723» markalı avtomobil fırlanaraq üzü yola istiqamət aldıqda sürücü Cavabdeh avtomobili dayandırmadan hadisə yerindən yayınmışdır. Cavabdeh idarə etdiyi avtomobillə Bakı istiqamətinə xeyli getdikdən sonra avtomobilin qabaq sağ təkəri boşalmış və Kemal Konan idarə etdiyi avtomobillə həmin yerə çatdıqda Cavabdeh hadisənin onun təqsirindən baş verməsini etiraf edərək öz şəxsiyyət vəsiqəsini Kemal Konana verib onun avtomobilini təmir etdirəcəyini vəd etmişdir. Lakin sonrakı günlər telefonunu söndürərək gizlənmiş və bu səbəbdən Kemal Konan hadisə barədə YPXA-nın 6-cı tağımına müraciət etmişdir. Tağımın baş YPX inspektoru tərəfindən ilkin araşdırma aparılmış, Cavabdehla telefon əlaqəsi saxlanıldıqda sonuncu Naxçıvan şəhərində olduğu, hadisə nəticəsində xəsarət alaraq evdə müalicə olunduğunu bildirərək çağırışa gəlməkdən boyun qaçırmışdır. Araşdırmanın sonrakı mərhələsində də Naxçıvan şəhər Polis idarəsinə sorğu göndərilmiş, Cavabdeh qeydiyyatda olduğu Naxçıvan şəhəri İ.Məmmədov küçəsində xidmət edən polis sahə inspektoru ilə əlaqə saxlanılmış, Cavabdeh Naxçıvan şəhərində olmadığı və hər hansı tibb müəssisəsinə müraciət etmədiyi müəyyən edilmişdir. Hadisənin yuxarıda göstərilən şəraitdə baş verməsi hadisə yerinə baxış protokolu, sxemi, fotoşəkilləri, müşahidə kamerasından götürülmüş videogörüntülər, sürücü Kemal Konanın izahatı ilə təsdiqini tapmışdır. Beləliklə, həmin yol nəqliyyat hadisəsi sürücü Cavabdeh təqsiri nəticəsində baş verməklə başqa şəxslərin sağlamlığına zərər dəymədiyindən əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkibi yoxdur, ona görə də material üzrə cinayət işinin başlanması rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin 09 mart 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 28.01.2015-ci il tarixdə Bakı-Qazax- Gürcüstan sərhədi yolunun 55-ci km-də “Vaz-21723” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı və “Renault” markalı, 53K4264 Türkiyə Cümhuriyyətinə məxsus nömrə nişanlı avtomobillərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılaraq cinayət işinin başlanılmasınm rədd edilməsi barədə qərar qəbul olunmuş və sürücü Cavabdeh tapılaraq həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi inzibati məsuliyyətə cəlb olunması üçün toplanılmış materiallar BDYPİ YPXA-ya göndərilmiş, lakin Cavabdeh tapılması istiqamətində görülmüş tədbirlər müsbət nəticə vermədiyindən onun inzibati məsuliyyətə cəlb olunması mümkün olmamışdır. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış 30.08.2021-ci il tarixli, O-AP-20214031 nömrəli pretenziyadan (xəbərdarlıq məktubundan) görünür ki, Cavabdeh 2380 (iki min üç yüz səksən) manat məbləğində sığorta ödənişini 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi tələb edilmiş ödəmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. İddia tələbinin təmin edilməsi ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 28 yanvar 2015-ci ildə saat 04 radələrində Türk vətəndaşı Kemal Konan idarə etdiyi «Renault» yük markalı 53-K4264 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 55-ci km-də Bakı istiqamətinə hərəkətdə olarkən avtomobilin eyni istiqamətə hərəkət edən Cavabdeh idarə etdiyi «VAZ-21723» markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə sağa sərt manevr edərək idarə etdiyi avtomobilin sağ yan hissəsi «Renault» yük markalı avtomobilin qabaq sağ hissəsindən dəyərək toqquşmuş, Cavabdeh hadisə yerindən yayınmışdır. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 12.02.2015-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində İXM-nin 151.3-cü maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surətinin YPXA-na göndərilməsi qərara alınmışdır. Sürücü Cavabdeh tapılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanılmış materiallar BDYPİ YPXA-ya göndərilmiş, lakin Cavabdeh tapılması istiqamətində görülmüş tədbirlər müsbət nəticə vermədiyindən onun inzibati məsuliyyətə cəlb olunması mümkün olmamışdır. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 53K4264 dövlət qeydiyyat nişanlı “Renault” markalı avtomobilə dəymiş ziyana görə 2380 (iki min üç yüz səksən) manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilə bilməsə də, mülki iş materiallarında olan sübutlarla hadisə nəticəsində təqsirli olması və 53K4264 dövlət qeydiyyat nişanlı “Renault” markalı avtomobilə zərər vurması təsdiq edilir. Zərərin vurulmasında təqsirkar Cavabdeh olduğuna və sonuncu hadisə yerindən yayındığına görə iddiaçının “İcbari sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında Cavabdeh qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 44.20 (qırx dörd manat iyirmi qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - 2380 (iki min üç yüz səksən) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməli; -iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 44.20 (qırx dörd manat iyirmi qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. 2380 (iki min üç yüz səksən) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 44.20 (qırx dörd manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar