Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-196/2022 29.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Sığota Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən "QAZ 3302" markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala salınması nəticəsində "xxxx" Sığota Şirkəti ASC-yə dəymiş ziyanın əvəzi olaraq 1585 (bir min beş yüz səksən beş) manat pulun və ödənilmiş 36.25 (otuz altı manat iyirmi beş qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" Sığota Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" Sığota Şirkəti ASC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 23.11.2017-ci il tarixində “Mercedes Benz 190” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “QAZ 3302” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol , nəqliyyat hadisəsi zamanı Polis orqanında verdiyi izahatında Cavabdeh özünü təqsirli bilmişdir. "xxxx" Sığorta Şirkəti ASC “QAZ 3302” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı aradan qaldıraraq, X2 1585 (bir min beş yüz səksən beş) manat məbləğində ödəniş həyata keçirilmişdir. Ərizədə qeyd edilmişdir ki, Cavabdeh 23.11.2017-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı təşkilat sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə birlikdə məhkəməyə 29.11.2021-ci il tarixli ərizə göndərərək iddianı müdafiə etdiyini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən verilmiş 13.12.2017-ci il tarixli 087-31660-1217 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan aydın olur ki, 23.11.2017-ci il tarixdə saat 17 radələrində M.X.Şərifli küçəsi 82 ünvanının qarşısında toqquşma növündə yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs barəsində olan məlumat-“Mercedes Benz 190” markalı, nömrə nişanı **-VL-***. Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X4 mülkiyyət hüququnu təsdiq edən sənəd etibarnamə ƏN-M 829633, hadisə baş verdiyi anda sürücü Cavabdeh sürücülük vəsiqəsi AB 691606 DİN BDYPİ 6 saylı RQİB 14.11.2011, barəsində başlanılmış icraat inzibati xəta. İddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanılmasının rədd olunması barədə 10.12.2021-ci il tarixli qərardan aydın olur ki, Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən X3 və onun azyaşlı oğlu Sənan Alışarovun yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 28.11.2017-ci il tarixli Hesabatdan aydın olur ki, "QAZ 3302" markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1585 manat müəyyən edilmişdir. 13.12.2017-ci il tarixli 045421 nömrəli sığorta aktından görünür ki, 17.12.2016-cı il tarixli sığorta müqaviləsi üzrə sığortalanmış Mersedes Banz 190 ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin "QAZ 3302" markalı **-NT-*** dövlət qediyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində dəymiş zərər üzrə cəmi 1585 (bir min beş yüz səksən beş) manat məbləğində sığorta odənişi ödənilməsi nəzərdə tutulmuşdur; 14.12.2017-ci il tarixli 8766 nömrəli ödəniş tapşırığına əlavədən görünür ki, hadisə ilə bağlı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən X2 1585 manat sığorta ödənişi verilmişdir; İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla 4 müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin tə`siri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 916.1-ci maddəsinə əsasən, əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmçinin, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "QAZ 3302" markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil «Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən sığortalandığından, sığorta şirkəti tərəfindən qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtombillərə dəymiş ziyanla bağlı 1585 (bir min beş yüz səksən beş) manat sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişini həyata keçirikdən sonra sığorta şirkətinin subroqasiya hüququ yarandığından, "xxxx" Sığorta Şirkəti ASC hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə əsasən, Cavabdeh yol nəqliyyat hadisəsi törətdiyindən və bu hadisənin törədilməsində təqsirli bilindiyindən, bununla da əlaqədar nəqliyyat vasitələrinə dəymiş zərərə görə mülki məsuliyyət daşıdığından, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş sığorta ödənişi ilə bağlı cavabdehə qarşı reqress-subroqasiya qaydasında iddiası əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh "QAZ 3302" markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala salınması nəticəsində "xxxx" Sığota Şirkəti ASC-yə dəymiş ziyanın əvəzi olaraq 1585 (bir min beş yüz səksən beş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 20.12.2021-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 35.85 (otuz beş manat səksən beş qəpik) manat dövlət rüsumu, 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla ümumilikdə 36.25 (otuz altı manat iyirmi beş qəpik) manat pul Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh "QAZ 3302" markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala salınması nəticəsində "xxxx" Sığota Şirkəti ASC-yə dəymiş ziyanın əvəzi olaraq 1585 (bir min beş yüz səksən beş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən Azərbaycan Respublikası Mərəzi X1 20.12.2021-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 35.85 (otuz beş manat səksən beş qəpik) manat dövlət rüsumu, 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla ümumilikdə 36.25 (otuz altı manat iyirmi beş qəpik) manat pul Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-196/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-196/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver