Məhkəmə qərarları › İş №2(078)-216/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-216/2023

11.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-216/2023 11.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və mütəxəssis X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanının mülkiyyətçisi Cavabdeh tərəfindən yaşayış evinə gedən yola edilən maneənin aradan qaldırılmaqla gediş-gəliş yolunun müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında ərizə yazaraq, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdiyinə və cavabdeh də işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun müəyyən edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar