Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-280/2021 30.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış borcda payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə, xx xxxx 2014-cü il tarixdə “xxxx” ASC-nin Naxçıvan filialı ilə İddiaçı və Cavabdeh ilə birlikdə birgə borcalan şəklində bağlanılmış 01 saylı kredit müqaviləsi əsasında götürdükləri 30000 manat kredit borcundan qalan 13446.11 (on üç min dörd yüz qırx altı manat on bir qəpik) manat borcun yarısı olan 6723.55 (altı min yeddi yüz iyirmi üç manat əlli beş qəpik) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində Vəkil iddianı müdafiə edərək, İddiaçı xx xxxxxx 2005-ci il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikaha daxil olmaqla Cavabdeh ilə ailə həyatı quraraq nikahlarını nikah akt qeydləri kitabında 444 nömrə ilə qeydiyyatdan keçirdiklərini, xasiyyətləri tutmadığından Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(078)-323/2019 nömrəli qətnaməsi ilə aralarında olan nikahın pozulduğunu, onların birgə nikahda olarkən xx xxxx 2014-cü il tarixdə “xxxx” ASC-nin Naxçıvan filialı ilə İddiaçı və Cavabdeh ilə birlikdə birgə borcalan şəklində bağlanılmış 01 saylı kredit müqaviləsi əsasında illik 15% olmaqla, 60 ay müddətinə 30000 manat pul kreditə götürdüklərini, həmin vaxt ünvan 1 B ünvanında ikimərtəbəli, ancaq qobuldan ibarət olan evi 55000 manata almağa razılaşdıqlarını, həmin pulun 40000 manatını Raminin nağd formada verdiyini, evin içində heç bir əşya olmadığı üçün evə əşyalar almaq və evi satan şəxsə 15000 manat borclu qaldıqları üçün “xxxx” ASC-nin Naxçıvan filialından götürdükləri 30000 manat ipoteka kreditini götürüb bu işlərə xərclədiklərini, onların birgə nikah dövründə daşınar və daşınmaz əmlak almaq üçün “xxxx” ASC-nin Naxçıvan filialından götürdükləri 30000 manatın əsas hissəsinin İddiaçı tərəfindən ödəniş cədvəlinə uyğun şəkildə qeyd olunan banka geri ödənildiyini, lakin halhazırda 13395.05 (on üç min üç yüz doxsan beş manat beş qəpik) manat əsas, 51.06 (əlli bir manat altı qəpik) manat faiz borcu olmaqla, cəmi 13446.11 (on üç min dörd yüz qırx altı manat on bir qəpik) manat borclarının bu günədək ödənilməmiş qaldığını, iddiaçının maddi vəziyyəti pis olduğu üçün bu borcun tək onun tərəfindən ödənilməsinin hazırda qeyrimümkün olduğunu, həmin borcun cavabdeh tərəfindən də ödənilməsi ilə bağlı iddiaçı tərəfindən dəfələrlə Cavabdeh bildirilməsinə baxmayaraq onların birgə götürdükləri ipoteka krediti borclarının ödənilməsində Cavabdeh İddiaçı heç bir köməklik etmədiyini, ödəmələrin iddiaçı tərəfindən aparıldığını, bu səbəbdən də İddiaçı “xxxx” ASC-nin Naxçıvan filialına birgə borclu olduqları 13446.11 (on üç min dörd yüz qırx altı manat on bir qəpik) manat borcun hər ikisi arasında yarıbayarıya bölünərək hər ikisi tərəfindən ödənilməsini istədiyini, bu borcun tək iddiaçının borcu olmadığını, həm də cavabdehin borcu olduğunu, əgər əldə etdikləri əmlaklar, qazanclar bölünə bilirsə, birgə nikah dövründə yaranmış borcların, götürdükləri öhdəliklərin də bölünməli olduğunu, bunları nəzərə alaraq, birgə nikah dövründə, xx xxxx 2014-cü il tarixdə “xxxx” ASC-nin Naxçıvan filialı ilə İddiaçı və Cavabdeh ilə birlikdə birgə borcalan şəklində bağlanılmış 01 saylı kredit müqaviləsi əsasında götürdükləri 30000 manat kredit borcundan qalan 13446.11 (on üç min dörd yüz qırx altı manat on bir qəpik) manat borcun yarısı olan 6723.55 (altı min yeddi yüz iyirmi üç manat əlli beş qəpik) manat pulun cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək, boşanma reallaşanadək banka olan ödəmələri özü tərəfindən ödənildiyini, 12 il ərzində əmək haqqı kartının İddiaçı olduğunu, bütün ödəmələrin onun gəlirindən ödənildiyini, həqiqətən müqavilə bağlayaraq öhdəlik götürdüklərini, 500 manat əmək haqqı aldığını, İddiaçı onun adına bankdan pul götürdüyünü, həmin borca görə hər ay 300 manat ödəmə apardığını, müqaviləyə əsasən 30000 manat pul götürdüklərini, İddiaçı 10000 manatı Beynəlxalq banka olan borcu üçün ödədiyini, qalan 15000 manatı evin qurulması və təmirinə xərclədiklərini, həmçinin qızlarının Yunanınstana iddiman yarışına apararaq 5000 manatı xərclədiklərini, 2014 –cü ildə ödəmələrin 60 aya bölünməklə əmək haqqından ödədiklərini, İddiaçı 500 manat, özünün isə 1000 manat əmək haqqı aldıqlarını, ödəmələri Raminin icra etdiyindən qəbzlərin onun adına olmasını düşündüyünü, ödəmələri Naxçıvan bank vasitəsi ilə etdiklərini, borcları çox olduğu üçün ödəmə apara bilmədiklərindən bu müqavilə üzrə Bankın İddiaçı problemli kredit siyahısına saldıqlarını, sonra əsas borca görə limit ayrıldığını, axırıncı 4 ayın pulunu özü tərəfindən ödənildiyini, sonra İddiaçıla ailə münaqişələri yarandığından heç birə ödəmə aparılmadığını, bankın onlardan pulun ödənilməsini tələb edəndə ödəyə bilməməsini bildirdiyini, mülkün hərraca çıxarılaraq satılmaqla borcun ödənilməsini təklif etdiyini, hazırda bankın onlara 1 faiz təklifi ilə yeni müqavilə bağlamağı təklif etdiyini, nikahları pozulandan sonra iddiaçı ilə olan mülklərinin bölündüyünü, hazırda evə və avtomobilə ½ hüquqlarının olduğunu, müqaviləyə əsasən İddiaçı qarşısında öhdəliyinin olmadığını, müqaviləyə əsasən bank qarşısında öhdəliklərinin olduğunu, bu səbəbdən iddia tələbini əsassız hesab etdiyini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: “xxxx” ASC-nin Naxçıvan filialı ilə İddiaçı və Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 01 nömrəli Alqı-satqı və İpoteka Müqaviləsinə əsasən, satıcı 1 otaqlı, ümumi sahəsi 91.28 m2, o cümlədən yaşayış sahəsi 19.68 m2, köməkçi sahəsi 71.6 m2 olan ünvan 1B ünvanında yerləşən 1 mərtəbəli, 0.03 ha torpaq sahəli fərdi evini alıcıipoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti 47000 (qırx yeddi min) manatdır, mənzilin dəyərinin 17000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 30000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx xxxx 2014-cü il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-ipoteka qoyan satılan mənzili kreditor-ipoteka saxlayana ipotekaya verir. Kreditin məbləği 30000 manatdır. Kreditin qaytarılma tarixi 5 il müddətinə-xx xxxx 2019-cu il tarixədəkdir. Kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 15%-dir. Kredit üzrə əsas borc və faizlər 714 (yeddi yüz on dörd) manat məbləğində bərabər hissələrlə ödənilir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(078)-323/2019 nömrəli qətnaməsinin surətinə əsasən, İddiaçı ilə Cavabdeh Fərəhim qızı arasında xx xxxxxx 2005-ci il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində bağlanmış və 444 nömrə ilə qeydə alınmış nikah pozulmuş, iş üzrə tərəflərin uşaqları- xx xxxxxxx 2007-ci il təvəllüdlü X3 anası Cavabdeh Fərəhim qızının yanında saxlanmış və xx xxxxxx 2019-cu il tarixdən hesablanmağa başlayaraq, cavabdeh İddiaçı hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq xx xxxxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün anası Cavabdeh Fərəhim qızına ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(078)-645/2019 nömrəli qətnaməsinin surətinə əsasən, ünvan 1B ünvanında 300 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 91.28 kv.m olan fərdi yaşayış evi ipoteka yüklülüyü saxlanılmaqla birgə nikah dövründə əldə edildiyindən tərəflərin birgə mülkiyyəti sayılmaqla paylar bərabər qaydada müəyyən olunmuş, ½ hissə İddiaçı mülkiyyətində saxlanılmaqla ½ hissə Cavabdeh Fərəhim qızının mülkiyyətinə verilmişdir. “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialının 08 nömrəli, xx xxxxxx 2021-ci il tarixli arayışına əsasən, Naxçıvan şəhəri, 6-cı məhəllə, ev 67 sakini Hümbətov İddiaçı Günel Fərəhim qızı ilə birlikdə birgə borcalan şəklində xx xxxx 2014-cü il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC-nin Naxçıvan filialından illik 15% olmaqla, 60 ay müddətinə 30000 manat kredit götürmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 nömrəli fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101-s nömrəli sərəncamı əsasında “xxxx” ASC-nin Naxçıvan filialının problemli aktivləri “Aqrarkredit” SKT Naxçıvan filialının balansına keçirildiyindən həmin müqavilə üzrə İddiaçı və Cavabdeh Fərəhim qızının xx xxxxxx 2021ci il tarixə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialına 13395.05 (on üç min üç yüz doxsan beş manat beş qəpik) manat əsas, 51.06 (əlli bir manat altı qəpik) manat faiz borcu olmaqla, cəmi 13446.11 (on üç min dörd yüz qırx altı manat on bir qəpik) manat vaxtı keçmiş borcu mövcuddur. Məhkəmə izahatlara, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). İzahatlardan, eyni zamanda iş materiallarına əlavə olunmuş sənədlərdən də müəyyən olmuşdur ki, Cavabdeh ilə İddiaçı xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar ki, həmin tarixdən də onlar arasında ərarvad kimi hüquq münasibətləri yaranmışdır. “xxxx” ASC-nin Naxçıvan filialı ilə İddiaçı və Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 01 nömrəli Alqı-satqı və İpoteka Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı 1 otaqlı, ümumi sahəsi 91.28 m2, o cümlədən yaşayış sahəsi 19.68 m2, köməkçi sahəsi 71.6 m2 olan ünvan 1B ünvanında yerləşən 1 mərtəbəli, 0.03 ha torpaq sahəli fərdi evini alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti 47000 (qırx yeddi min) manatdır, mənzilin dəyərinin 17000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 30000 manatı isə kreditoripoteka saxlayan tərəfindən xx xxxx 2014-cü il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-ipoteka qoyan satılan mənzili kreditor-ipoteka saxlayana ipotekaya verir. Kreditin məbləği 30000 manatdır. Kreditin qaytarılma tarixi 5 il müddətinə-xx xxxx 2019-cu il tarixədəkdir. Kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 15%-dir. Kredit üzrə əsas borc və faizlər 714 (yeddi yüz on dörd) manat məbləğində bərabər hissələrlə ödənilir. Tərəflər arasında olan nikah Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(078)-323/2019 nömrəli qətnaməsi ilə pozulmuşdur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin məzmununa görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinın Plenumu hesab edir ki, belə mübahisələrə baxarkən məhkəmələr ərin (arvadın) nikah müddətində əldə olunmuş ümumi əmlaka münasibətdə yaranan hüquq və vəzifələrinə diqqət yetirməlidirlər. Qeyd olunmalıdır ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Belə ki, Ailə Məcəlləsinin 41.1-ci maddəsində müəyyən edilmişdir ki, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işində Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, xx xxx 2010-cu il). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə, xx xxxx 2014-cü il tarixdə “xxxx” ASC-nin Naxçıvan filialı ilə İddiaçı və Cavabdeh ilə birlikdə birgə borcalan şəklində bağlanılmış 01 saylı kredit müqaviləsi əsasında götürdükləri 30000 manat kredit borcundan qalan 13446.11 (on üç min dörd yüz qırx altı manat on bir qəpik) manat borcun yarısı olan 6723.55 (altı min yeddi yüz iyirmi üç manat əlli beş qəpik) manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, iş materiallarından və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan məlum olur ki, tərəflər arasında bağlanmış nikah pouzulmuş, birgə nikah müddətində qazandıqları əmlaklar onlar arasında bölünməklə pay hüquqları müəyyən olunmuş, həmçinin xx xxxx 2014-cü il tarixli 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı qarşısında öhdəlik daşımır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı birgə nikah dövründə, xx xxxx 2014-cü il tarixdə “xxxx” ASC-nin Naxçıvan filialı ilə İddiaçı və Cavabdeh ilə birlikdə birgə borcalan şəklində bağlanılmış 01 saylı kredit müqaviləsi əsasında götürdükləri 30000 manat kredit borcundan qalan 13446.11 (on üç min dörd yüz qırx altı manat on bir qəpik) manat borcun yarısı olan 6723.55 (altı min yeddi yüz iyirmi üç manat əlli beş qəpik) manat pulun Cavabdeh alınaraq ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-280/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-280/2021
30.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver