Məhkəmə qərarları › İş №2(078)-280/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-280/2022

25.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-280/2022 25.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh6, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh3 qızının iştirakları ilə, İddiaçı cavabdehlər X22, X13, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər X22, X13, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mirasda olan 1/10 hissə payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X10 adına olmuşdur. Naxçıvan səhər 2-ci DNK-nın xx.xx.2012-ci il tarixli, 2/v-01- 670 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evinin 7/10 hissəsi X9, 1/10 hissəsi Cavabdeh6, 1/10 hissəsi Cavabdeh5, 1/10 hissəsi isə İddiaçı adına qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-207/2021 nömrəli qətnaməsi əsasında X9 adına qeydiyyata alınan 7/10 hissə paydan hər birinin ümumi əmlakda payı 7/50 hissə olmaqla X22, X13, Cavabdeh2, Cavabdeh3 qızı və Cavabdeh4 adına qeydiyyata alınmışdır. Naxçıvan şəhər 2 saylı Nikah evinin xx.xx.2021-ci il tarixli 770567 saylı çıxarışına əsasən X23 xx.xx.1960-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1960-cı il, 222 nömrə ilə qeydiyyat aparılmışdır. Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 17 dekabr 2021-ci il tarixli, 01/4612 saylı arayışında mərhum X2 şəhər, Şaxtaxtinski küçəsi, ev 6 ünvanda yaşamışdır və vərəsələri barədə məlumat verilmişdir. Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 17 dekabr 2021-ci il tarixli, 01/4614 saylı arayışında Naxçıvan şəhər Şaxtaxtinski küçəsi, 6 nömrəli fərdi yaşayış evinin pasport qeydiyyatında olanlar barədə məlumat verilmişdir. Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 17 dekabr 2021-ci il tarixli, 01/4613 saylı arayışında mərhum X1 şəhər, Əzizbəyov küçəsi, ev 13 A ünvanda yaşamışdır və vərəsələri barədə məlumat verilmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən X24 xx.xx.1980-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Bu barədə ölüm kitabının xx.xx.1980-ci il səhifə 64-də qeydiyyat aparılmışdır. X10 ölümünün səbəbi kimi ürək qan damar pozulması qeyd olunmuşdur. Naxçıvan şəhər Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən X14 xx.xx.2010-cu il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Bu barədə ölüm kitabının xx.xx.2010-cu il səhifə 232-də qeydiyyat aparılmışdır. X6 ölümünün səbəbi kimi ürək qan damar çatışmamazlığı qeyd olunmuşdur. Naxçıvan şəhər Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən X18 xx.xx.2020ci il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Bu barədə ölüm kitabının xx.xx.2020-ci il səhifə 89-da qeydiyyat aparılmışdır. X9 ölümünün səbəbi kimi xroniki böyrək çatışmamazlığı qeyd olunmuşdur. Naxçıvan şəhər Nikah evinin xx.xx.2021-ci il tarixli, 140288 saylı çıxarışına əsasən X3 Gülüsüm İslam qızı ilə xx.xx.1957-ci il tarixdə, 287 nömrə ilə nikahları bağlanmışdır. Məlum edir ki, miras payları ayrılmışdır. Həmin mirasda onun və mərhum qardaşı Yusifin ailəsi yaşayır. Lakin yaşayış sahələri ayrı olsa da payları faktiki olaraq natura qaydada ayrılmamışdır. Ona görə də mirasda olan payının faktiki olaraq ayrılmasını istəyir. 25 iyul 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və eyni zamanda cavabdehlər X7 və Cavabdeh4 qanuni nümayəndəsi X15 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə cavabdeh və eyni zamanda cavabdehlər X7 və Cavabdeh4 qanuni nümayəndəsi X11 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 25 iyul 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh5 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, 28 mart 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində İddiaçı ona qarşı payın naturada ayrılması tələbini qəbul etdiyi, payının faktiki qəbul edilməməsi barədə ərizə verdiyini qeyd edərək məhkəmə iclasının onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin qeyd olunan ərizəsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh5 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir 25 iyul 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh2 nümayəndəsi Cavabdeh3 qızının nümayəndəsi olduğu Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 25 iyul 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının vəkil və nümayəndəsi X8 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkil və nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İddiaçı özünün hüquqlarını müdafiə edəcəyini bildirməsini, vəkil və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq iddiaçının vəkil və nümayəndəsi X5 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün saymışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X12 izahatında iddiaçının izahatına əlavəsinin olmadığını, iddiaçının izahatının nəzərə alınmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh və eyni zamanda cavabdehlər X7 və Cavabdeh4 qanuni nümayəndəsi X22 izahatında iddiaçının iddia tələbinə baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh6 izahatında iddiaçının payının naturada bölünməsinə heç bir etirazının olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh3 qızı izahatında iddiaçının iddia tələbinə baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/10 hissəsinin Cavabdeh6, 1/10 hissəsinin Cavabdeh5, 1/10 hissəsinin İddiaçı, X9 adına qeydiyyata alınan 7/10 hissə paydan hər birinin ümumi əmlakda payı 7/50 hissə olmaqla X11, X7, Cavabdeh2, Cavabdeh3 qızının və Cavabdeh4 mülkiyyətində olması işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidmətinin 04/772 nömrəli, 30 dekabr 2021-ci il tarixli məktubundan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin X10 adına olması, Naxçıvan şəhər 2-ci DNK-nın xx.xx.2012-ci il tarixli 2/V-01-670 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evinin 7/10 hissəsi X9, 1/10 hissəsi Cavabdeh6, 1/10 hissəsi Cavabdeh5, 1/10 hissəsi isə İddiaçı adına qeydiyyata alınması, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-207/2021 nömrəli qətnaməsi əsasında X9 adına qeydiyyata alınan 7/10 hissə paydan hər birinin ümumi əmlakda payı 7/50 hissə olmaqla X22, X13, Cavabdeh2, Cavabdeh3 qızı və Cavabdeh4 adına qeydiyyata alınması aydın olur. Hazırda iddiaçının ünvan 1 ünvanında yerləşən mirasda olan 1/10 hissə payının naturada ayrılmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texnikası ekspertizasının 24 iyun 2022ci il tarixli, 131 nömrəli rəyindən görünür ki, iddiaçının ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakda olan 1/10 hissə payının naturada təcrid olunmuş qaydada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89*-un (СНиП 2.08.01.89* «Жилые здания») 1.1., 2.2., 2.4., 2.9. bəndlərində və metodik vəsaitdə (Məmmədov M.N. «Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları» Bakı-2008) bəndlərinin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində deyilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlaka sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli əmlakın iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. İddiaçı əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, bu tələbi təmin etmək mümkün deyil. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz manat) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı cavabdehlər X22, X13, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı payın naturada ayrılması tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı cavabdehlər X22, X13, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı payın naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar