Məhkəmə qərarları › İş №2(078)-29/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-29/2025

19.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-29/2025 19.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1, Cavabdeh13, X5, Cavabdeh11, Cavabdeh12, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında mülkiyyətində olan 1/21 hissədə daşınmaz əmlakdakı payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, Naxçıvan şəhəri, M.S.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/21 hissə ilə ona məxsusdur. xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə onun adına qeydiyyata alınmışdır. Paylarının naturada bölünməsi ilə bağlı Cavabdeh1 dəfələrlə müraciət edərək “məhkəmədə iddia qaldırmadan gəlsin ona məxsus 3/21 hissədə payı və mənə məxsus 1/21 hissədə paylarımızı bərabər şəkildə bölək” demişlər, lakin müxtəlif əsassız bəhanələr gətirərək paylarının naturada bölünməsinə razı olmamışdır. Qeyd olunan tikilinin ümumi sahəsi isə 44.5 kv.m, torpaq sahəsinin ölçüsü isə 0.1017 hektardır. Naturada bölgünün aparılması heç də çətin deyil. Həm daşınmaz əmlakın həm də torpaq sahəsinin naturada bölgüsü mümkündür. Cavabdeh naturada bölgüyə razılıq vermədiyindən paylarının məhkəmə qaydasında naturada bölünməsini istəyir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-985/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh1 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Cavabdeh3, X4, Cavabdeh13, X7, Cavabdeh11, Cavabdeh12, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 cavabdeh qismində cəlb edilmişlər. Mülki iş üzrə 19 fevral 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1, Cavabdeh13, X5, Cavabdeh11, Cavabdeh12, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə hazırlıq iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 19 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, Naxçıvan Şəhər Məhkəməsində qaldırdığı payın naturada ayrılması barədə iddia tələbi ilə bağlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin özünə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı 19 fevral 2025-ci il tarixli ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 28 may 2024-cü il tarixli, 19114 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1, Cavabdeh13, X5, Cavabdeh11, Cavabdeh12, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 28 may 2024-cü il tarixli, 19114 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar