Məhkəmə qərarları › İş №2(078)-306/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-306/2021

05.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-306/2021 05.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Ərizəçi doğum akt qeydinə düzəlişin edilməsi tələbinə dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər Qeydiyyat şöbəsində Naxçıvan rayonu, Qaraçuq kəndində xx xxxxx 1946-cı il tarixdə anadan olmuş X2 doğum akt qeydləri kitabında aprel 1946-cı il tarixdə səhifə 16-da aparılmış qeydiyyatın anası qrafasında Quluyeva Elli M.Baba qızı qeydinə düzəliş edilərək X1 göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə riayət edilmədən verilmişdir. Belə ki, Ərizəçi ərizənin forma və məzmununa, həmçinin tələbin əsasını təşkil edən öz tələbini əsaslandırdığı hallar, işin həlli üçün zəruri məlumatlar və sənədləri əlavə etməməklə tələbə riayət etməmişdir. Doğum şəhadətnaməsində Quluyeva Elli M.Baba qızı qeydinə düzəliş edilərək X1 göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin ərizəyə Quluyeva Elli M.Baba qızı ilə X3 nikahda olmasını təsdiq edən sənədi, həmçinin X5 ilə X2 atası Hüseyn adlı şəxsin nikahda olmasını təsdiq edən sənədi, şəxsiyyət vəsiqəsinin, pasportun surətini əlavə etməmişdir. Bundan başqa X4 məxsus hüquqmüəyyənedici sənədləri (doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin, pasportun surətini) əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizə qaytarıldığına görə, Ərizəçi tərəfindən “xxxx” ASC-nin Naxçıvan filialı vasitəsilə xx xxxxxx 2021-ci il tarixdə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Ona görə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi doğum akt qeydinə düzəlişin edilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən “xxxx” ASC-nin Naxçıvan filialı vasitəsilə xx xxxxxx 2021-ci il tarixdə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılsın. Ərizəçi izah olunsun ki, ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar