Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-31/2021 14.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X4 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona paylı mülkiyyətdə olan payının naturada ayrılıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, iddia ərizəsində hər şeyi aydın şəkildə qeyd edib. Eşitmə problemi olduğundan üçün İİ qrup əlil olduğunu, buna görə də məhkəmədə izahat verməkdə çətinlik çəkdiyini, buna görə də onu təmsil etməsi üçün həyat yoldaşı X6 etibarnamə verdiyini, buna görə də nümayəndəsinin izahatının və mülki iş materiallarına əlavə etdiyi sənədlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının nümayəndəsi X8 iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, tərəflərin valideynləri hazırda tərəflərin birlikdə yaşadığı Naxçıvan şəhəri B. ünvan 1 ünvanında yerləşən torpağı əldə edərək ev tikmiş və övladlarını həmin evdə böyütmüşlər. Həmin torpaq sahəsi və yaşayış evi tərəflərin atası X5 adınadır. X9 1989-cu ildə, qaynanası Sadiqova Xədicə isə 2012-ci ildə vəfat edib və sözügedən torpaq sahəsi 5 övlada miras payı kimi qalıb. Valideynlərinin vəfatından sonra beş vərəsə (dörd qardaş və bir bacı) evin satılmasına qərar verdikdən sonra qaynı Hüseyn öz payını Heydərin xeyrinə, baldızı İraqiyə isə öz payını qaynı İlqarın xeyrinə imtina edib. Həmin həyətdə onlar və qaynı İlqar ailəsi ilə yaşayır. Hazırda Əlinin də ayrı mülkiyyəti var. Lakin 3 qardaş evin yerləşdiyi həyətyanı torpağın bölünməsində razılıq əldə edə bilmir, belə ki, dəfələrlə qaynı Əlini payları dəqiqləşdirmək üçün çağırsalar da o gəlməmişdir. Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontoru tərəfindən 02 dekabr 2016-cı il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib edilmiş, həmin Şəhadətnaməyə əsasən Naxçıvan şəhəri B.ünvan 1 ünvanında yerləşən evin 1/5 hissəsi qaynı Cavabdeh1, 2/5 hissəsi həyat yoldaşı Heydərə, 2/5 hissəsi isə qaynı Cavabdeh2 bölünmüşdür. İddiaçının nümayəndəsi qeyd etmişdir ki, qardaşlar yaşadıqları evin satılıb pulunun bölüşdürülməsi ilə razılaşmadıqları üçün mübahisə baş verdiyindən bir-biri ilə ünsiyyət saxlamır. İlqarın Naxçıvan şəhəri Əliabad qəsəbəsində özünə məxsus torpaq sahəsi var. Onların isə nə ev tikəbiləcəyi torpaq sahəsi, nə də ailəsi ilə köçüb yaşayacaq başqa yaşayış yeri yoxdur. Mübahisəli ev beş otaqlı olsa da, İlqar bu evin iki otağında ailəsi ilə yaşayır, evin digər iki otağından onların istifadə etməyinə imkan vermədiyindən onlar 4 nəfərdən ibarət ailə məcbur qalaraq uzun illərdir ki, bir otaqda yaşayır. Tərəflər arasında heç cür razılaşma əldə olunmadığından onlar məcbur qalaraq məsələnin həlli üçün məhkəməyə müraciət etdiklərini bildirən iddiaçının nümayəndəsi F.Sadıqova sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh2 iddiaya münasibət bildirərək verdiyi izahatında bildirmişdir ki, mübahisəli ev və torpaq sahəsi beş vərəsəyə valideynlərindən miras qalmış, miras əmlakdan basısı onun, digər qardaşı isə Heydərin xeyrinə imtina edib və hazırda miras əmlakda 2/5 pay ona, 2/5 pay Heydərə və 1/5 pay isə qardaşı Əliyə məxsusdur. Hazırda həmin həyətdə onun və iddiaçının ailəsi yaşayır, Əlinin isə başqa yaşayış yeri var. İllərdir ki, evin bölünməsi barədə aralarında razılığa gələ bilmədiklərini, buna görə də yez-tez mübahisələrin yarandığını, baş verən mübahisələrə görə əsəblərinin tamamilə pozulduğunu, buna görə də özünün də hazırki mübahisənin tez bir zamanda ədalətli həllinin tapmasına tərəfdar olduğunu bildirən Cavabdeh2 sonda qeyd olunanların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Naxçıvan şəhəri B.ünvan 2-da yerləşən 138.40 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 0.0565 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında 2/5 hissə İddiaçı, 1/5 hissə Cavabdeh1 və 2/5 hissə Cavabdeh2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2020-ci il tarixli, 165/20 nömrəli məhkəmə tikinti-texniki ekpertizası üzrə ekspert rəyinə əsasən, Naxçıvan şəhəri B.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı 2/5 hissənin ona düşən sahədən kənara çıxmaq şərtilə, təcrid mənzillər şəklində bölünməsi, (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 1.3., 2.2., 2.4., 2.9. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli, 10/47 nömrəli məhkəmə tikintitexniki ekpertizası üzrə ekspert rəyinə əsasən, Naxçıvan şəhəri B.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı 2/5 hissənin ona düşən sahələrdən kənara çıxmaq şərtilə, təcrid mənzillər şəklində bölünməsi, (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 1.3., 2.2., 2.4., 2.9. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Lakin İddiaçı Naxçıvan şəhəri, B.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan 2/5 pay hissəsinə uyğun olaraq yaşayış evlərinin naturada bölünməsinin mümkün olmadığı müəyyə edilir. Məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 15 mart 2017-ci il tarixdə İddiaçı verilmiş, MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətinə əsasən, Naxçıvan şəhəri B.ünvan 2-da yerləşən 138.40 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 0.0565 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında 2/5 hissə İddiaçı, 1/5 hissə Cavabdeh1 adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrində 18/27 nömrəli reyestr kitabının 5160 nömrəli vərəqində qeydiyyata alınmışdır. 02 dekabr 2016-cı il tarixdə tərtib edilərək Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunda 2-v-01-205 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəli hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 mart 1989-cu ildə vəfat etmiş X3 miras qalmış əmlakına Naxçıvan şəhəri B.ünvan 2 ünvanında qeydiyyatda olan oğlu İddiaçı 2/5 hissəsini və Naxçıvan şəhəri 19-cu məhəllə 5/45 ünvanında qeydiyyatda olan Cavabdeh1 1/5 hissəsi. Şəhadətnamə verilən miras əmlak: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 28-09-2016-cı il tarixli, qeydiyyat nömrəsi **********, seriya N ******* nömrəli çıxarışına əsasən Naxçıvan şəhəri B.ünvan 2-da yerləşən 0.0565 ha torpaq sahəsi, 138.4 kv.m ümumi, 81.11 kv.m yaşayış, 57.3 kv.m yardımçı sahəsi olan 5 otaqlı yaşayış evindən ibarətdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 28.09.2016-cı il tarixdə tərtib edilmiş A seriyalı 014997 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən məlum olur ki, B.ünvan 2 ünvanında 0.06 ha torpaq sahəsi X5 adına qeydə alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(078)-699/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Mərkəzin 02 noyabr 2020-ci il tarixli, 165/20 nömrəli məhkəmə ekspertizasına dair rəydə qeyd olunmuşdur ki, Naxçıvan şəhəri B.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən X7 2/5 hissənin ona düşən sahədən kənara çıxmaq şərtilə, təcrid mənzillər şəklində bölünməsi, (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 1.3., 2.2., 2.4., 2.9. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. 09 dekabr 2020-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı iş üzrə İddiaçı məhkəmətə vəsatət təqdim edərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə razılaşmadığını, buna görə də mülki iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilərək ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmiş və Naxçıvan Şəhər Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2(078)-699/2020 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, eksertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, Mərkəzin 27 may 2021-ci il tarixli, 10/47 nömrəli məhkəmə ekspertizasına dair rəydə qeyd olunmuşdur ki, Naxçıvan şəhəri B.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən 2/5 hissənin ona düşən sahələrdən kənara çıxmaq şərtilə, təcrid mənzillər şəklində bölünməsi, (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 1.3., 2.2., 2.4., 2.9. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Lakin İddiaçı Naxçıvan şəhəri, B.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan 2/5 pay hissəsinə uyğun olaraq yaşayış evlərinin naturada bölünməsinin mümkün olmadığı müəyyə edilir. Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər uzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə məhkəmə təkrar tikinti-texniki ekspertizasının rəyini sübut kimi qiymtləndirir və verilmiş rəyi iddia ərizəsi və iş üzrə toplanmış sübutlarla yanaşı qiymətləndirərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Belə ki, iddia tələbi iddiaçının payının naturada bölünməsi tələbidir. Daşınmaz əmlakın qeydiyyat sənədindən aydın olur ki, iddiaçının payı 2/5 hissədədir. Ekspertin rəyinə görə naturada bölgü yalnız paydan kənara çıxılmaqla mümkündür. Paya uyğun bölgü naturada mümkün deyildir. Məhkəmə cavabdehlərin mülkiyyət hüquqlarını nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə iddia tələbindən kənara çıxmaq üçün müstəsna hallar yoxdur. Ona görə də məhkəmə tələbin təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 4 aprel 2014-cü il tarixli qərarını da nəzərə almışdır. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat bu barədə vəsatət vermiş İddiaçı alınaraq X1 Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir (Kod: 210005 VÖEN: **********, Müxbir hesab № AZ41NABZ********************). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat İddiaçı alınaraq X2 Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. (Kod: 210005 VÖEN: **********, Müxbir hesab № AZ41NABZ********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-31/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-31/2021
14.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver