Məhkəmə qərarları › İş №2(078)-312/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-312/2021

15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-312/2021 15.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi : Zeynalova X2 Lalə Yusif qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəfn xərci, yas xərci və məzarın götürülməsinə görə 5000 (beş min) manatın, Ukrayna Respublikasından müalicə olunmayıb geri qayıtmağına görə 3000 (üç min) manatın, evinin yararsız vəziyyətə düşməyinə və ağacların qurumasına görə 6000 (altı min) manatın, cəmi maddi ziyan olaraq 14000 (on dörd min) manatın, mənəvi zərər olaraq 36000 (otuz altı min) manatın, cəmi 50000 (əlli min) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə tərəflərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmiş, cavabdeh isə məhkəmə baxışı iclasında iştirak etməklə işin mahiyyəti üzrə baxılmamasını xahiş etmişdir. Belə olan halda, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0 və 259.0.7-ci maddələrinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Tərəflərə izah olunmalıdır ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsi baxılmamış saxlandığına görə, İddiaçı tərəfindən xx xxxxxx 2021-ci il tarixli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx xxxxxx 2021-ci il tarixli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar