Məhkəmə qərarları › İş №2(078)-323/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-323/2025

05.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-323/2025 05.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Əlisoy X2 Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 1348 (min üç yüz qırx səkkiz) manat pul borcunun və iş üzrə ödəmiş olduğu 14 (on dörd) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizədə qeyd etmişdir ki, o, Naxçıvan şəhərində telefon mağazası işlədir. Cavabdeh xx.xx.2021 tarixində onun işlətdiyi mağazaya gələrək kreditlə telefon götürmək istədiyini bildirmiş, özü də onu əvvəldən tanıdığı üçün ona güvənib Mi-11 Lite markalı telefonu 850 (səkkiz yüz əlli) manata 8-aylıq kreditlə vermişdir. İlkin xx.xx.2021 tarixində həmin telefondan ona 250 (iki yüz əlli) manat pul ödəmiş, sonra təkrar mağazaya gələrək bu dəfə isə Samsung A-52 markalı telefon satmaq istədiyini bildirmiş o da onunla telefonu 650 manata razılaşıb götürmüş, onunla çoxdan münasibəti olduğu üçün ona güvənib telefonu yoxlamaq ehtiyacı duymamış, pulunu isə tam ödəmişdir. Üstündən 1 gün keçdikdən sonra həmin telefonun İmei kodunu yoxladıqda telefonun kreditlə başqa mağazadan götürülmüş telefon olduğunu öyrənmiş və sonra İlkinə zəng eləmiş, ona satdığı telefonun kreditdə olduğunu bildirmiş və gəlib telefona ödədiyi pulu qaytarıb telefonu götürməyi üçün onu mağazaya çağırmışdır. İlkin həmin günü mağazaya gəlmiş, pulu olmadığını həmin telefonu ona təkrar kreditlə satmağı təklif etmiş, özü də başqa çarəsi olmadığı üçün onunla razılaşıb telefonu ona 1050 (min əlli) manata 10-aylıq kreditlə satmış, İlkin həmin aydan sonra ona 2-ay ümumilikdə 302 (üç yüz iki) manat pul ödəmiş, ondan sonra bu günədək ona heç bir ödəniş etməmişdir. İlkinin ümumilikdə ona 1348 (min üç yüz qırx səkkiz) manat borcu var. O dəfələrlə İlkindən yaranmış borcunu qaytarmasını tələb etsə də hərdən bir bəhanə gətirib qaytarmaqdan yayınır. Özünün həmin pula çox böyük ehtiyacı var. İlkin isə birmənalı olaraq borcunu qaytarmaq istəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməlidir. Qeyd olunan iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 18 fevral 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında İddiaçı və Cavabdeh iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş üzrə tərəflər iştirak etmədiyindən qeyd olunan məhkəmə iclası təxirə salınaraq 05 mart 2025-ci il tarixə təyin edilmişdir. 05 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, iş üzrə tərəflər isə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-ci maddələrinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, məhkəmə iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. İş üzrə tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 13 yanvar 2025-ci il tarixli, 19806 nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat və "xxxx" ASC-nin Naxçıvan filialına 13 yanvar 2025-ci il tarixli, 3756 nömrəli qəbzlə ödənilmiş 14 (on dörd) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 13 yanvar 2025-ci il tarixli, 19806 nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat və "xxxx" ASC-nin Naxçıvan filialına 13 yanvar 2025-ci il tarixli, 3756 nömrəli qəbzlə ödənilmiş 14 (on dörd) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İş üzrə tərəflərə izah olunsun ki, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar