Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-331/2022 17.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X28 adına “Araz” X15 nümayəndələri X8 və Nümayəndə, Cavabdeh1 vəkili, həmçinin Cavabdeh2 oğunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X28 adına “Araz” X15 Cavabdeh1 qarşı avtoqəza nəticəsində vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X28 adına “Araz” X23 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəm cavabdehdən traktora dəymiş maddi zərərə görə 6*** (altı min) manat pulun alınaraq iddiaçı təşkilata qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 cavabdeh qismində işə cəlb edimişdir. İddiaçı təşkilat tələbini onunla əsaslandırmışdır o, Cavabdeh1 idarə etdiyi Vaz 21214 minik markalı (Niva markalı) ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Su İdarəsinin yanından Şıxmahmud kəndinə gedən yol istiqamətində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatına düzgün əməl etməyərək Şahid1 Qadir oğlunun idarə etdiyi Naxçıvan MR Kənd TəsərrüfatıNazirliyi X28 adına “Araz” X18 məxsus “Başak 2*73H” markalı 85-K-281 dövlət nömrə nişanlı traktorla toqquşmuş və traktora maddi zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Beləliklə cavabdeh təqsirkar sürücü Cavabdeh1 öz hərəkətləri ilə yol hərəkəti qaydalarını pozan inzibati xətanı törətmişdir və nəticə etibarilə də Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Naxçıvan Şəhər Polis İdarəsinin X34i bölməsi tərəfindən *2*14*6 nömrəli X25 protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında *7*54**6 nömrəli qərar qəbul edilməklə 6* (altmış) manat məbləğində cərimə edilmişdir. Sözügedən hadisə nəticəsində zərərçəkmiş Şahid1 Qadir oğlunun idarə etdiyi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X28 adına “Araz” X16 məxsus “Başak 2*73H” markalı 85-K-281 dövlət nömrə nişanlı traktor yararsız vəziyyətə düşmüş və nəticədə traktora zərər vurulmuşdur. Şahid1 Qadir oğlunun idarə etdiyi Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi X28 adına “Araz” X18 məxsus “Başak 2*73H” markalı 85-K-281 dövlət nömrə nişanlı traktora dəyən ziyanın hesablanması ilə birlikdə Naxçıvan MR X17 maddi texniki təminat bölməsi tərəfindən tərtib olunmuş 16 aprel 2*21-ci il tarixli akta əsasən həmin məbləğin 6*** (altı min) manat olduğu müəyyən olunmuşdur. Cavabdeh Bayramov X3 İntiqam Qadir oğlunun idarə etdiyi Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi X28 adına “Araz” X18 məxsus “Başak 2*73H” markalı 85-K-281 dövlət nömrə nişanlı traktora vurduğu maddi zərərə görə ödəməli olduğu 6*** (altı min) manat pul hazırki anadək onun tərəfindən ödənilməmişdir. Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində yəni törətdiyi qanun pozuntusu nəticəsində traktora dəymiş maddi zərər nəinki ödənilməmiş, hətta cavabdeh tərəfindən saymazyanalıq nümayiş etdirməklə bu günədək vurduğu zərərin əvəzinin ödənilməsi ilə qətiyyən maraqlanmayaraq heç bir addım atılmamışdır. Ona traktora dəymiş zərərin ödənilməsi və təmir edilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh bu günədək heç bir ödəniş etməmişdir. Qeyd edilənlərə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 386.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci 1*96.1-ci, 1*96.2-ci, 1*97.1-ci, 11*8.1-ci maddələrinə istinad edərək Cavabdeh1 traktora dəymiş maddi zərərə görə 6*** (altı min) manat pulun alınaraq iddiaçı təşkilata qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 və vəkili Vəkil 16 mart 2*22-ci il tarixdə iddiaya etiraz təqdim etmişdir. Cavabdeh və vəkili etirazda qeyd etmişdir ki, Naxçıvan MR Kənd Təsərüfat Nazirliyi X28 adına “ARAZ” Elmi İstesalat birliyi traktora dəymiş maddi zərərə görə 6*** (altı min) manat pulun alınaraq Naxçıvan MR Kənd Təsərüfat Nazirliyi X24 adma “ARAZ” Elmi İstesalat birliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə razılaşmır, iddia ərizəsinə etiraz edir. Culfa Rayon Məhkəməsində qardaşı Cavabdeh2, traktorun sürücüsü Şahid1 qarşı vurulmuş zərərlə bağlı iddia qaldırmış, iddia rədd olunmuşdur. Culfa Rayon Məhkəməsinin qətnaməsindən qardaşı Şəhriyar apellasiya şikayəti vermişdir. 26 aprel 2*21 -ci il tarixində qardaşı Cavabdeh2 Bəxiyar oğluna məxsus Niva markalı maşını idarə etməklə yol hərəkəti qaydalarını pozmuşdur (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatına düzgün əməl etmədiyinə) görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə Naxçıvan Şəhər Polis İdarəsinin DYP-nin YPXİ polis əməkdaşı Şahid2 26 aprel 2*21 -ci il tarixində olan hadisəni 16 aprel 2*21-ci il tarixində AP № *2*14*6 X25 Protokol tərtib edilmişdir. 16 aprel 2*21 -ci il tarixində AP N° *2*14*6 X25 Protokol tərtib ediləndə protokolun ikinci səhifəsində xəta nəticəsində (şəxsin sağlamlığına yüngül zərər vurulması və maddi zərər yetrilməsi halları barədə) göstərilən qrafalarda hər-hansı zərər və sağlamlığa vurulmuş yüngül zərərin olmadığı müəyyən olunur. Eyni qaydada 16 aprel 2*21-ci il tarixli AP № *2*14*6 X25 Protokolun MN № *7*54*6 nömrəli qərarında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 ci maddəsini rəhbər tutaraq 6* (atmış) manat məbləğində cərmə olunmuşdur. Lakin həmin qərarın qeyd hissəsində müəyyən olunmuş inzibati xəta nəticəsində vurulan əmlak zərəri olmadığı müəyyən olunmuşdur. Naxçıvan MR Kənd Təsərüfat Nazirliyi maddi texniki təminat bölməsi tərəfindən akt tərtib olunmuş və həmin akt əsasında 6*** (altı) min manat zərər müəyyən olunduğu qeyd olunur. Zərər 16 aprel 2*21 -ci il tarixində AP № *2*14*6 X25 Protokol tərtib edilən protokolda öz əksini tapmalı idi. Qeyd olunanları nəzərə alaraq iddia əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X28 adına “Araz” X15 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 16 aprel 2*21-ci il tarixdə hazırkı mülki mübahisə üzrə cavabdeh- sürücü Cavabdeh1 idarə etdiyi Vaz 21214 minik markalı (Niva markalı) ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhər Su idarəsinin yanından Şıxmahmud kəndinə gedən yol istiqamətinə hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatına düzgün əməl etməyərək Şahid1 Qadir oğlunun idarə etdiyi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X28 adına “ARAZ” X18 məxsus “Başak 2*73H” markalı, 85-K-281 dövlət nömrə nişanlı traktorla toqquşmuş və traktora maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Beləliklə də cavabdeh təqsirkar sürücü Cavabdeh1 öz hərəkətləri ilə yol hərəkəti qaydalarını pozan inzibati xətanı törətmişdir və nəticə etibarı ilə də Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Naxçıvan şəhər Polis İdarəsinin X34i bölməsi tərəfindən *2*14*6 nömrəli X25 protokol tərtib edilərək, inzibati tənbeh vermə haqqında *7*54**6 nömrəli qərar qəbul edilməklə 6* (altmış) manat məbləğində cərimə edilmişdir. Sözügedən hadisə nəticəsində zərərçəkmiş Şahid1 Qadir oğlunun idarə etdiyi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X28 adına “ARAZ” X18 məxsus “Başak 2*73H” markalı 85-K-281 dövlət nömrə nişanlı traktor yararsız vəziyyətə düşmüş və nəticədə traktora zərər vurulmuşdur. Şahid1 Qadir oğlunun idarə etdiyi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X28 adma “ARAZ” X23 məxsus “Başak 2*73H” markalı 85-K-281 dövlət nömrə nişanlı traktora dəyən maddi ziyanın hesablanması ilə birlikdə Naxçıvan MR Respublikası Kənd Təsərrüfatı Nazirliyi maddi texniki təminat bölməsi tərəfindən tərtib olunmuş 16 aprel 2*21-ci il tarixli, akta əsasən həmin məbləğin 6*** (altı min) manat olduğu müəyyən olunmuşdur. Cavabdeh Bayramov X3 İntiqam Qadir oğlunun idarə etdiyi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X28 adma “ARAZ” X18 məxsus “Başak 2*73H” markalı 85-K- 281 dövlət nömrə nişanlı traktora vurduğu maddi zərər görə ödəməli olduğu 6*** (altı min) manat pul hazırki anadək onun tərəfindən ödənilməmişdir. Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində, yəni törətdiyi qanun pozuntusu nəticəsində traktora dəymiş maddi zərər nəinki ödənilməmiş, hətta cavabdeh tərəfindən saymazyanalıq nümayiş etdirməklə, bu günədək vurduğu zərərin əvəzinin ödənilməsi ilə qətiyyən maraqlanmayaraq heç bir addım atılmamışdır. Ona traktora dəymiş zərərin ödənilməsi və təmiri edilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh bu günədək heç bir ödəniş etməmişdir. Qeyd olunan səbəbdən də, Cavabdeh1 qarşı hazırki iddia tələbimiz ilə məhkəməyə müraciət edirik və hesab edirik ki, cavabdeh tərəfindən ödənilməmiş traktora dəymiş maddi zərərə görə 6*** (altı min) manat pul məbləği cavabdehdən alınaraq təşkilatımıza ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh1 traktora dəymiş maddi zərərə görə 6*** (altı min) manat pulun alınaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X28 adma “ARAZ” X18 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, həmin traktor düzəldilməmiş, hazırda Naxçıvan Şəhər Su İdarəsinin həyətindədir. Traktor Türkiyə Respublikasına məxsus olan “Başak” firmasının istehsalıdır. Onun hissələri də Türkiyə Rüspublikasından gətirilir. Traktorun ortadan keçən dəmiri zərbədən iki yerə bölünüb. Traktoru öz İdarələri düzəldirməmiş, məhkəməmənin hansı qərarı verəcəyini gözləmişlər. Traktorun hissələri Türkiyədən gələrsə burda olan mütəxəsislər traktora təmir edə bilər. Bu traktorların təmirini Muxtar Respublikada bilən mütəxəsislər vardır. Məhkəmə iclası zamanı izahat verən iddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X28 adına “Araz” X11 nümayəndəsi X2* iddianı müdafiə edərək izahatında bildirmişdir ki, həqiqətən də sözügedən yol nəqliyyat hadisi zamanı Cavabdeh1 təqsiri olub. Digər nümayəndənin izahatını təsdiqləyir, onun izahatına heç bir əlavəsi yoxdur. İddiamının təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı izahat verən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Naxçıvan MR Kənd Təsərüfat Nazirliyi X28 adına “ARAZ” Elmi İstesalat birliyi traktora dəymiş maddi zərərə görə 6*** (altı min) manat pulun alınaraq Naxçıvan MR Kənd Təsərüfat Nazirliyi X24 adma “ARAZ” Elmi İstesalat birliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə razılaşmır, iddia ərizəsinə etiraz edir. Culfa Rayon Məhkəməsində qardaşı Cavabdeh2, traktorun sürücüsü Şahid1 qarşı vurulmuş zərərlə bağlı iddia qaldırmış, iddia rədd olunmuşdur. Culfa Rayon Məhkəməsinin qətnaməsindən qardaşı Şəhriyar apellasiya şikayəti vermişdir. 26 aprel 2*21 -ci il tarixində qardaşı Cavabdeh2 Bəxiyar oğluna məxsus Niva markalı maşını idarə etməklə yol hərəkəti qaydalarını pozmuşdur (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatına düzgün əməl etmədiyinə) görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə Naxçıvan Şəhər Polis İdarəsinin DYP-nin YPXİ polis əməkdaşı Şahid2 26 aprel 2*21 -ci il tarixində olan hadisəni 16 aprel 2*21-ci il tarixində AP № *2*14*6 X25 Protokol tərtib edilmişdir. 16 aprel 2*21 -ci il tarixində AP N° *2*14*6 X25 Protokol tərtib ediləndə protokolun ikinci səhifəsində xəta nəticəsində (şəxsin sağlamlığına yüngül zərər vurulması və maddi zərər yetrilməsi halları barədə) göstərilən qrafalarda hər-hansı zərər və sağlamlığa vurulmuş yüngül zərərin olmadığı müəyyən olunur. Eyni qaydada 16 aprel 2*21-ci il tarixli AP № *2*14*6 X25 Protokolun MN № *7*54*6 nömrəli qərarında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 ci maddəsini rəhbər tutaraq 6* (atmış) manat məbləğində cərmə olunmuşdur. Lakin həmin qərarın qeyd hissəsində müəyyən olunmuş inzibati xəta nəticəsində vurulan əmlak zərəri olmadığı müəyyən olunmuşdur. Naxçıvan MR Kənd Təsərüfat Nazirliyi maddi texniki təminat bölməsi tərəfindən akt tərtib olunmuş və həmin akt əsasında 6*** (altı) min manat zərər müəyyən olunduğu qeyd olunur. Zərər 16 aprel 2*21 -ci il tarixində AP № *2*14*6 X25 Protokol tərtib edilən protokolda öz əksini tapmalı idi. Onun idarə etdiyim avtomobil bir ildir ki, polis şöbəsinin həyətindədir. Nəyə görə çıxarılmağa icazə verilmir bilmir. Onun idarə etdiyim avtomobilə də zərər dəyibdir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, onun idarə etdiyimVaz 21214 minik markalı (Niva markalı) ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil olub. Nəticədə o yüngül xəsarət almış, traktorun sürücüsünə isə heç bir şey olmamışdır. Hadisə yerinə yol nəqliyyət polisi gəlmiş yerində hadisəni protokollaşdırmış və cərimə təyin etmişdir. Sonra onları polis idarəsinə aparmışlar. Orada demişdirlər ki, hər ikisində günah olub. Onun idarə etdiyi avtomobilə də ciddi ziyan dəymişdir. Atası sözügedən təşkilata məxsus traktoru düzəltdimək istəmiş, lakin iddiaçı təşkilat bununla razılaşmamışdır. Onlar dəymiş ziyanı hesablayaraq 6*** manat pul tələb etmişlər. Onlar da bununla razılaşmamışlar. Yol polisi tərəfindən onun avtomobili səbəbsiz yerə hazırda 1 ilə yaxındır ki, X34 İdarəsinin həyətində saxlanılır. Bu təşkilatın fikri odur ki, traktora dəymiş bütün xərci o ödəsin. O da bununla razılaşmır. Çünki hadisədə onunla bərabər traktor sürücüsünün də günahı var. Ancaq iddiaçı təşkilat bütün gücü ilə çalışır ki, həmin traktor sürücüsünün günahını ört basdır edir. Traktor sürücüsünün günahı odur ki, dönmək işarəsini vurmayıbdır, o da elə hesab etmişdir ki, düz gedəcək, həmin vaxt o sağa dönübdür, o da ortadan traktoru vurmuşdur. Traktoru saxlayan orta dəmir qırılıbdır və traktor iki yerə bölünübdür. Hadisə olan vaxt atası traktorun dəmirini aparıb ustaya qırılan yeri düzəltdiribdir, sonra gətirib üstünə qoymuşlar. Lakin onlara demişdirlər ki, traktorun çox hissəsi ziyan görüb, ona görə də bütün təmiri onlar etməlidirlər, onlar da razılaşmamışlar. Bu gün o heç bir ziyanı ödəmək istəmir, çünki onun da avtomobilinə ziyan dəyibdir. Onu da özü düzəltdirməlidir. Hadisə 26 aprel 2*21-ci ildə olub, lakin 16 aprelə sənədləşmə aparılıbdır. Onun xəstəxanaya girişi də 26 apreldə olubdur. Onun əlimə hadisə olan vaxt protokol verilib. Həminə protokol hazırda ondadır. Onun əslini təqdim edir. Ona verilən protokolda ziyanla bağlı heç bir qeyd yoxdur. Hazırda iş materiallarında olan protokolla onda olan protokol tam fərqlidir. O qardaşı Cavabdeh2 avtomobilini etibarnamə olmadan idarə etmişdir və arada qardaşının avtomobilini idarə edir. qardaşının əlavə avtomobili var və onun bu barədə məlumatı vardır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh2 nümayəndəsi və vəkili, həmçinin Cavabdeh1 vəkili Vəkil iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iş materialları ilə tanış olmuşdur. İşə Culfa Rayon Məhkəməsində baxılarkən onlar təqdim etmədikləri halda, sürücü Şahid1 tələb etmədiyi halda protokol tələb edilib və işə qoyulubdur. Orada sadəcə ötməyə düzgün əməl etmədiyinə görə cavabdehə protokol yazılıbdır. Onlar Culfa Rayon Məhkəməsinin qətnaməsində apellyasiya şikayəti vermişdir. Orada apellyasiya hakimləri bildirdi ki, protokolda heç bir ziyan göstərilməyibdir. Hazırki iddiaçı təşkilatın nümayəndələri də iştirak edirdi. Çünki Culfa Rayon Məhkəməsində işə baxılarkən tələb edilib alınan protokolda ziyanla bağlı heç nə göstərilməmişdir. Onların əlində olan protokolla eyni idi. İndi iddia ərizəsinə əlavə edilən protokolu elan edərkən məlum oldu ki, protokola sonradan əlavələr olunubdur və onların əlində olan protokoldan fərqlidir. Bu saxtakarlıqdır, işin düzgün araşdırılmasını və müvafiq qiymət verilməsini xahiş etmişdir. Cavabdehin avtomobili bir ildir ki, əsassız yerə polisin həyətində saxlanılır. Heç bir əsas yoxdur. Dövlət orqanları arasında qarşılıqlı münasibətdən bu gün vətəndaş ziyan çəkir. Çünki traktorun sürücüsündə təqsir olduğu halda ona protokol yazılmır. Bu haqsızlıqdır. Qeyd edilənləri nəzərə alıb iddiaçın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Şahid1 Qadir oğlu ifadəsində bildirmişdir ki, o iddiaçı təşkilata məxsus taxil səhəsindən dərman səpməkdən gəlirdi. Yolun solu ilə gəlirdi. Su Təsərrüfat Nazirliyinə yaxın ərazinin 3 bucaq deyilən yol hissəsindən keçərkən cavabdeh idarə etdiyi avtomobili onun idarə etdiyi traktora çırpdı. O da yüngül xəsarət aldı. Onun idarə etdiyi traktor ortadan ikiyə ayrıldı. Vüsal öz maşınından düşərək onu pis sözlərlə təhqir etdi. Sonra yol polisi hadisə yerinə gəldi. Hadisəyə baxış keçirib ölçü-biçi apardılar. Yerində protokol tərtib etdilər. Vüsalın atası da hadisə yerinə gəldi. Hətta Vüsalın atası traktoru düzəltdirəcəyini söylədi. Bildikləri bunlardan ibarətdir. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, hadisə 16 aprel 2*21-ci il tarixdə baş verib. *1 may 2*21-ci ildə də səhhəti ilə bağlı mən ərizə yazıb işdən çıxmışdır, işlə əlaqədar hər gen gedib gələ bilməmişdir. O yolu düzgün qaydada keçib, həmin yolda dönmə işarəsi olmayıb. Onun təqsiri olsaydı ona da protokol tərtib edilərdi. Onun görmə qabiliyyəti yerindədir. O hadisə vaxtı yüngül xəsarət almışdır. Beli ağrımış, həmin vaxt onunla maraqlanıb xəstəxanaya aparmadılar. Cavabdehin atası yaxınlaşıb dedi ki, narahatdırsa həkimə getsin, Lakin o ciddi narahatlıq keçirməmişdir. Cavabdeh hadisə vaxtı orada idi. Xəstəxanaya aparılmamışdı. Hadisə vaxtı cavabdehin xəsarət alıb-almamasını bilmir. Məhkəmə baxışı iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Naxçıvan MR DİN Naxçıvan şəhər PPX inspektor vəzifəsində işləyir. Vüsalı tanıyır, o tez-tez yol nəqliyyat qaydalarını pozduğu üçün cərimə olunubdur. Həmin hadisə olan vaxtı o İdarədə olmuşdur. Digər əməkdaş X9 hadisə yerində olubdur. Ölçülər aparıbdır. Vüsal dönmə qaydalarını pozduğu üçün idarə etdiyi avtomobili traktora çırpmışdı. Hadisə yerinin ölçüsü əsasında o protokol tərtib etmişdir. Vüsalın maşınını YPİ həyətinə aparmışlar. Vüsala cərimə tətbiq edildi. Sürücü Vüsal da protokolla tanış olub onu imzalayıb. Suallara cavab olaraq şahid ifadəsində bildirmişdir ki, hadisəyə baxış zamanı bəlli olmuşdur ki, günah NİVA sürücüsündə olub. Çünki dönmə əməliyyatını düzgün etməyib. Protokol tərtib edilir. Əsli İdarədə saxlanılır, surəti vətəndaşa verilir. Həmin protokol cavabdehə hadisə olan vaxt 16 aprel 2*21-ci il tarixdə verilibdir və vətəndaş razılaşıbdır. Vətəndaş hadisədən 1* gün sonra xəstəxanaya gedə bilər. Hadisə 16 apreldə olubdur. Vətəndaşa verilən protokolla İdarədə saxlanılan protokol arasında fərq ola bilməz. Ola bilər ki, əslini yazarkən yazılar zəif formada qeyd edilər, surətində görsənməz. İndi protokollar arasında fərqi görmüşdür. Bunun səbəbini izah edə bilmir. Hadisə yerində onun iş yoldaşı olub. O ölçü-sxemi gətirib özü də İdarədə protokolu tərtib etmişdir, vətəndaşa da İdarədə protokolu təqdim etmişdir. Nəyə görə vətəndaşın idarə etdiyi avtomobilin polis dayanacağında saxlanılması barədə məlumatı yoxdur. Traktora dəyən ziyanı ödəmədiyi üçün ola bilər. Məhkəmə baxışı iclasında şahid X9 ifadəsində göstərmişdir ki, Naxçıvan MR DİN YPX inspektor vəzifəsində işləyir. Vüsalı tanıyır. Ona bir dəfə yol qaydalarını pozduğu üçün inzibati protokol tərtib etmişdir. Hadisə yerinə gedən vaxt baxmışdır ki, “Niva”nın qabaq hissəsi əzilib, traktor isə ortadan iki hissəyə ayrılıb. Sonra hadisəyə baxış zamanı məlum oldu ki, günah Niva sürücüsündə olub. Sığorta şirkətinə məlumat verməmişlər, çünki maşın sığortasız idi. Yerində ölçü aparmış, sxem tərtib etmişdir. İdarədə sxemi iş yoldaşına vermiş, Vüsala cərimə yazılmışdır. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, hadisənin tarixi tam yadında deyil. Hadisə yerində gedib ölçü aparan, sxem tərtib edən başqa şəxs protokol tərtib edən başqa şəxs ola bilər. Hadisə vaxtı xəsarət alan olmamışdı. Olmuşdursa da ciddi xəsarət yox idi. Onlar sxem tərtib edərkən sürücülərin heç biri xəstəxanaya getməyibdir. Məhkəmə baxışı iclasında mütəxəssis X4 izahatında bildirmişdir ki, "xxxx" MMC-də sektor müdiri işləyir. Baş usta X2 ilə birlikdə “BAŞAK 2*73-SH” markalı Az85-K-281 dövlət nömrə nişanlı tarktora baxış keçirmişdir. Baxış nəticəsində müəyyən edilmişdir ki, məhkəmənin mütəxəssisin köməyi ilə həll edilməli məsələlərdən traktorun sıradan çıxdığı qeyd edilən traktorun ön körpüsü və traktorun elektrik sistemi ilə bağlı düzgün və dəqiq rəy verilməsi üçün traktor müəssisəyə gətirilməli və söküldükdən sonra sıradan çıxan hissələrlə bağlı müvafiq arayış verilə bilər. Həmçinin həmin hissələrin nəqliyyat hadisəsi nəticəsində və ya adi sistisamrı nəticəsində sıradan çıxması ilə bağlı rəy vermək çox çətindir. Lakin digər hissələr olan taraktorun aralıq birləşməsi və ön şüşəsinin zərbə nəticəsində sıradan çıxması şübhəsizdir və həmin hissələr adi görünüş əsasında görünür. Sözügedən hissələrin təmiri mümkün deyil, onlar yenisi ilə əvəz edilməlidir. Traktor türk modeli olduğundan həmin hissələr Naxçıvanda satışda olmur və mütləq şəkildə bununla bağlı sifariş verilməlidir. Həmin hissələrin Türkiyədə toplam satış qiyməti ilə bağlı sorğu verilmiş və müəyyən edilmişdir ki, aralıq birləşmənin qiyməti 1*.8** Türk lirəsi, ön şüşəsinin qiyməti 1944 Türk lirəsi təşkil edir. Hazırda bir türk lirəsinin Azərbaycan manatı ilə məzənnəsi *.1* qəpik təşkil edir. belə olan halda ümumilikdə 12744.2* Türk lirəsi 1274.4* manat təşkil edir. Həmin əşyaların sifariş verilmədiyi halda gömrük xidmətləri ilə bağlı qiymətlərin müəyyən edilməsi qeyri-mümkündür. Gömrük qiymətləri hissələrin sifariş edilməsi nəticəsində verilir. Lakin əşyaların ağırlığı və hər hansı bir nasazlıq olmadan bütöv şəkildə müəssisəyə çatdırılması üçün karqo xidmətində istifadə olunur. Hazırda kargo üzrə yük daşıma xidməti üzrə 1 kiloqram 7 manat olaraq daşıma həyata keçirilir. Traktorun aralıq birləşməsinin ağırlığı 12* kiloqram, ön şüşəsinin ağırlığı 5 kiloqram təşkil edir. Ümumilikdə nəqliyyat vasitəsinin sözügedən hissəsinin daşımasının həyata keçirilməsi üçün 125 kiloqram ağırlıq 7 manata vurulmaqla hesablama aparılır və bu məbləğ 875 manat təşkil edir. Həmin hissələrin yenisi ilə əvəz edilməsi və daşıması üçün ümumi məbləğ 2149.4* (iki min yüz qırx doqquz manat qırx dörd qəpik) manat təşkil edir. Məhkəmə baxışı iclasında mütəxəssis X2 tərcüməçinin iştirakı ilə izahatında digər mütəxssisin izahatına əlavə olmadığını bildirdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarında olan- *45588 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, VAZ-21214 markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. X25 AP seriyalı, *2*14*6 nömrəli protokoldan aydın olur ki, 16 aprel 2*21-ci il tarixdə Cavabdeh1 VAZ-21214 markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatına düzgün əməl etməmiş, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə Culfa rayonu Kırna kəndində yaşayan Şahid1 idarə etdiyiyi Başak markalı 85-K-281 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər yetirmişdir. X25 AP seriyalı, *2*14*6 nömrəli protokoldan, MN seriyalı, *7*54*6 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 16 aprel 2*21-ci il tarixdə Cavabdeh1 VAZ-21214 markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatına düzgün əməl etməmiş, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 6* manat məbləğində inzibati qaydada cərimə edilmişdir. *873732 nömrəli əmək kitabçasının surətindən görünür ki, Şahid1 29 mart 2**3-cü il tarixdən *3 may 2*21-ci il tarixədək X3* birliyində işləmişdir. *2*443 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, Başak2*73H nömrəli traktok Naxçıvan Muxtar Respublikası Kənd təsərrüfatı nazirliyi Akademik H.Əliyev adına “Araz” X11 mülkiyyətindədir. 16 aprel 2*21-ci il tarixli Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin Texniki nəzarət və aqroservis sektorunun müdiri X5, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin Texniki nəzarət və aqroservis sektorunun baş məsləhətçisi X14, Akademik H.Əliyev adına “Araz” X15 əməkdaşı X6, Akademik H.Əliyev adına “Araz” X15 traktorçu-maşınisti Şahid1 və Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin Texniki nəzarət və aqroservis sektorunun aparıcı məsləhətçisi X7 tərtib etdiyi Aktdan aydın olur ki, akademik H.Əliyev adına “Araz” X18 məxsus “BAŞAK 2*73-SH” markalı Az85-K-281 dövlət nömrə nişanlı tarktor 16 aprel 2*21-ci il tarixdə akademik H.Əliyev adına “Araz” X15 kənd təsərrüfatı texnikalarının saxlandığı parkın giriş hissəsində Cavabdeh1 idarə etdiyi **-BG-*** dövlət nömrə nişanlı “NİVA” markalı avtomobil ilə toqquşmuşdur. Qəza zamanı aşağıdakı hissə və mexanizmlər sıradan çıxmışdır. 1.Traktorun aralıq birləşməsi və birləşmənin tərkib hissələri. 2.Traktorun ön körpüsü. 3.Traktorun elektrik sistemi. 4.Traktorun ön şüşəsi. Ümumilikdə dəyişən bazar qiymətlərinə uyğun olaraq traktorun təmir olunmasına 6*** (altı min) manatadək vəsait tələb olunur. Culfa Rayon Məhkəməsinin 29 iyul 2*21-ci il tarixli 2(*89)-16*/2*21 nömrəli qətnaməsindən aydın olur ki, iddiaçı Cavabdeh2 cavabdeh Şahid1 qarşı 746* (yeddi min dörd yüz altmış) manat dəymiş ziyan, 3* manat ödənilmiş dövlət rüsumu əvəzi, 4** manat vəkil xərci tələbinə dair iddiası rədd edilmişdir. Naxçıvan MR Ali Məhkəməsi mülki kollegiyasının 29 oktyabr 2*21-ci il tarixli 2(1*8)- 173/2*21 nömrəli qətnaməsindən aydın olur ki, Culfa Rayon Məhkəməsinin 29 iyul 2*21-ci il tarixli 2(*89)-16*/2*21 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh2, iddiaçının vəkilləri X1* və Vəkil tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilən 12 aprel 2*22-ci il tarixli 58 nömrəli məktubdan aydın olur ki, Naxçıvan şəhər sakini Cavabdeh1 26 aprel 2*21-ci il tarixdə saat 17:15 radələrində Xəstəxananın Təcili yardım şöbəsinə “sol dizin küt travması” diaqnozu ilə daxil olmuşdur. Xətə müayinə olunmuş, təyinat verilmi. Və həmin gün saat 17:4* radələrində ambulator müalicəyə göndərilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 16 aprel 2*21-ci il tarixdə saat təxminən 15-16 radələrində “Su idarəsi” adlanan binanın yaxınlığında, Naxçıvan şəhəri-Şıxmahmud kəndi istiqamətdə Şahid1 “Başak” markalı traktorla hərəkətdə olan zaman “Araz” X12 traktor parkına daxil olarkən, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatına düzgün əməl etməyən Cavabdeh1 idarə etdiyi, X1 mülkiyyətində olan VAZ-21214 markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*96.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1*97.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Mülki Məcəllənin 11*8.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2*13-cü il tarixli qərarında göstərmişdir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına əlavə edilən Culfa Rayon Məhkəməsinin 29 iyul 2*21-ci il tarixli 2(*89)-16*/2*21 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində göstərilmişdir: “Beləliklə göstərilənlərə, yuxarıda qeyd edilmiş maddi hüquq nörmalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 zərərin cavabdeh Şahid1 təqsirli hərəkəti nəticəsində dəyməsi sübut olunmadığından, yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh1 təqsirli olması müəyyən edildiyindən, iddiaçının əmlakına dəymiş zərər Şahid1 tələb edilə bilməz. Belə olan halda iddia rədd edilməlidir”. Məhkəmə qeyd edir ki, mövcud və qüvvədə olan qətnamə ilə Cavabdeh1 baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması müəyyən edilmişdir. Belə olan cavabdehin iddianın rədd edilməsi ilə bağlı gətirdiyi dəlilləri məhkəmə əsassız hesab edir. Cavabdeh1 məhkəmədə verdiyi izahatında da baş vermiş yol nəqliyyat hadisəsində özünün təqsirli olması ilə yanaşı sürücü Şahid1 da təsirli olduğunu bildirmişdir. Halbuki yol nəqliyyat hadisəsinin baş verməsinə dair protokolda yalnız Cavabdeh1 təqsirli bilinmişdir, həmin protokoldan cavabdeh şikayət vermək hüququndan istifadə etməmişdir. Həmçinin cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi tarixi mübahisələndirsə də bununla bağlı Culfa Rayon Məhkəməsinin qüvvədə olan qətnaməsində hüquqi qiymət verildiyindən yenidən mübahisələndirilə bilməz. Məhkəmə qeyd edilən halları nəzərə alıb hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsi və həmin hadisədə Cavabdeh1 təqsiri sübuta yetirildiyində iddiaçı vurulmuş zərərin əvəzini ondan tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia ərizəsinə əlavə edilən X25 AP seriyalı, *2*14*6 nömrəli protokolun sübut qismində qiymətləndirilməməsi nəticəsinə gəlir. Belə ki, həmin protokoldan aydın olur ki, 16 aprel 2*21-ci il tarixdə Cavabdeh1 VAZ-21214 markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatına düzgün əməl etməmiş, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə Culfa rayonu Kırna kəndində yaşayan Şahid1 idarə etdiyiyi Başak markalı 85-K-281 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər yetirmişdir. Lakin istər Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilən, istər məhkəmənin sorğusu əsasında Culfa Rayon Məhkəməsinin 2(*89)-16*/2*21 nömrəli iş materiallarında olan və məhkəməyə göndərilən, istərsə də Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən əsli ilə düzdür təsdiqi ilə göndərilən protokolda vurulmuş zərərlə bağlı hər hansı qeyd nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə iddiaçı təşkilat tərəfindən iddiaya əlavə edilən protokolun düzgünlüyü və həqiqiliyini şübhə alına alır və bu şübhə təkzibolunmaz sübutlara öz təsdiqini tapır. Məhkəmə vurulmuş ziyanın məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı təşkilat iddia ərizəsinə bununla bağlı akt əlavə etmişdir. Lakin sözügedən aktda sıradan çıxan hər bir hissənin məbləği, onların təmir edilə bilən və ya təmiri mümkün olmayan hissələr olması barədə heç bir məlumat göstərilməmiş, sadəcə olaraq həmin məbləğin 6*** (altı min) manat olması yazılmışdır. Məhkəmə həmin akt əsasında iddiaçının vurulmuş zərərin məbləğini təsdiq edən akt kimi qiymətləndirmir, belə ki, aktın təsdiqi üçün iddiaçı mötəbər sübutlarını təqdim etməmiş, aktı tərtib edən şəxslərdən Şahid1 Qadir oğlunu şahid qismində dindirilməsi barədə vəsatət vermiş, şahid ifadəsindən bununla bağlı hər hansı məlumat verməmişdir. Məhkəmə vurulmuş ziyanla bağlı məbləği müəyyənləşdirmək üçün mütəxəssis dəvət emiş, mütəxəssis traktora baxış keçirərək sıradan çıxan və yenisi ilə əvəz edilməli olan hissələri, həmin hissələrin satış məbləğini və xərci barədə məlumat vermişdir. Məhkəmə bununla bağlı mütəxəssisin izahatını əsaslı hesab edərək onun hesabladığı məbləğdə- 2149.4* (iki min yüz qırx doqquz manat qırx dörd qəpik) manat məbləğində ziyanın ödənilməsini qanuni və əsaslı hesab edir. Traktorun qalan hissələrinin sökülmədən müvafiq rəy verilməsinin mümkünsüzlüyünü, iddiaçının isə həmin hissələrin həqiqətənmi nəqliyyat hadisəsi nəticəsində sıradan çıxması və təımirinin məbləği barədə mötəbər sübutlarını təqdim etmədiyini nəzərə alaraq iddianın həmin hissəyə münasibətdə rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə vurulmuş ziyanın məbləğinə hər iki cavabdehdən tutulması nəticəsinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11*8.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 11*8.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi törədilən zaman Cavabdeh1 qardaşı Cavabdeh2 mülkiyyətində olan Niva markalı VAZ 21214 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Bu hal Culfa Rayon Məhkəməsinin qətnaməsində də öz təsdiqini tapmışdır. Həmçinin işə məhkəmədə baxılarkən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil verilən suala cavab olaraq Cavabdeh2 qardaşı Cavabdeh1 tərəfindən mülkiyyətində olan avtomobilin idarə edilməsini qeyd etmişdir. Cavabdeh1 ona verilən suala cavab olaraq arada qardaşının maşınını idarə etdiyini, qardaşının əlavə avtomobili olduğunu, bu halın da qardaşının bildiyini göstərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 avtomobilin onun sahibliyindən Cavabdeh1 hüquqazidd hərkəti nəticəsində götürməmişdir, avtomobilin Cavabdeh1 tərəfindən idarə edilməsində Cavabdeh2 məlumatlı olmuşdur. Buna görə də məhkəmə avtomobilin Cavabdeh2 sahibliyindən hüquqa zidd götürülməsində özünün təqsirli olduğu qənaətinə gəlir və hesab edir ki, hazırki məsuliyyət həm mənbə sahibinin yəni avtomobilin mülkiyyətçisi Cavabdeh2, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin-yəni Cavabdeh1 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası MPM-in 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 1*- 1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X28 adına “ARAZ” X15 balansında olan “Başak 2*73H” markalı 85-K-281 dövlət qeydiyyat nişanlı tarktora vurulmuş ziyana görə ümumilikdə 2149.4* (iki min yüz qırx doqquz manat qırx dörd qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. İddia qismən təmin edildiyindən və iddiaçı təşkilat dövlət rüsumundan azad edildiyindən təmin edilən hissəyə münasibətdə 42 (qırx iki) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-22* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X28 adına “Araz” X11 Cavabdeh1 qarşı avtoqəza nəticəsində vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi X28 adına “ARAZ” X15 balansında olan “Başak 2*73H” markalı 85-K-281 dövlət qeydiyyat nişanlı tarktora vurulmuş ziyana görə ümumilikdə 2149.4* (iki min yüz qırx doqquz manat qırx dörd qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyindən və iddiaçı təşkilat dövlət rüsumundan azad edildiyindən təmin edilən hissəyə münasibətdə 42 (qırx iki) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-331/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-331/2022
17.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver