Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-368/2022 04.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının götürülməklə mənzildən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının götürülməklə mənzildən məcburi qaydada çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanından cehiz əşyalarının götürülməklə mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 04 may 2022-ci il tarixdə saat 11:30-da keçirilən hazırlıq iclası zamanı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddia ərizəsinə əlavə olunmuş İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 23.02.2022-ci il tarixdə 17213 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının götürülməklə mənzildən məcburi qaydada çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 23.02.2022-ci il tarixdə 17213 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-368/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-368/2022
04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver