Məhkəmə qərarları › İş №2(078)-385/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-385/2021

28.04.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-385/2021 28.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakı ilə Ərizəçi doğum akt qeydinə düzəlişin edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Culfa rayon Qeydiyyat şöbəsində Culfa rayonu, Başkənd kəndində xx xxxxxxx 1937-ci ildə doğulmuş Ərizəçi doğum akt qeydləri kitabında həmin tarixdə 08 nömrə ilə aparılmış qeydiyyatın atası qrafasında X8 və anası qrafasında X15 qeydinə düzəliş edilərək X16 və anası qrafasında X5 göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəni müdafiə edərək, xx xxxxxxx 1937-ci il tarixdə Culfa rayonu, Başkənd kəndində doğulduğunu, həmin tarixdə də adının doğum akt qeydləri kitabında qeydiyyata alındığını, 1932-ci ildə doğulmuş bacısı Gülüzarın doğum qeydinin 1949-cu ildə, 1938-ci ildə doğulmuş bacısı Pərvanənin doğum qeydinin 1951-ci ildə, 1948-ci ildə doğulmuş qardaşı Yaşarın doğum qeydinin isə 1948-ci ildə aparıldığını, doğum akt qeydləri kitabında soyadının babası Almuradın adına uyğun olaraq Almuradov kimi, bacılarının və qardaşının soyadlarının isə Məmməd kimi göstərildiyini, 1950-ci illərin əvvəllərində ailəliklə Naxçıvan şəhərinə köçərək hazırda yaşadıqları Naxçıvan şəhəri, 6-cı küçə (keçmiş Firdovsi, B.Abbasov küçələri), ev 115-də yaşadıqlarını, valideynlərinin hər ikisinin vəfat etdiklərini, yaşadıqları evin mərhum atası X7 adına olduğunu, qardaşının və bacılarının valideynlərinin sağlığında ailə quraraq köçüb özlərinə məxsus olan evlərdə yaşadıqlarını, haliyyədə də hər üçünün vəfat etdiyini, ata mülkündə həmişə özünün yaşadığını, orada yaşayaraq ailə qurduğunu, övladlarının orada dünyaya gəldiklərini, böyüdüklərini, ata mülkünü faktiki olaraq qəbul etməklə idarə etdiyini, bütün xərclərin onun tərəfindən ödənildiyini, həmin mülkü vərəsəlik qaydasında adına keçirmək istəyərkən notariat ofisində ondan doğum haqqında şəhadətnaməsini istədiklərini, Culfa rayon Qeydiyyat şöbəsinə müraciət etdiyini, oradan ona doğum haqqında akt qeydləri kitabından çıxarış verdiklərini, həmin çıxarışı alıb notariat ofisinə təqdim edəndə ona orada onun valideynlərinin soyadlarının Caməmmədov kimi qeyd olunduğunun məlum olduğunu, doğum akt qeydləri kitabında atasının adının X1 göstərilməsinin və ünvan 3-də yerləşən əmlakın X7 adına olmasının onun həmin əmlakı vərəsə kimi qəbul etməyinə əngəl törətdiyini, ata mülkünü vərəsəlik qaydasında adına keçirə bilmədiyini, baxmayaraq ki qardaşının və bacılarının övladlarının ata mülkünün onun adına keçirilməsinə narazılıqlarının olmadığını, doğum akt qeydində düzəliş edilərək hər iki valideynlərinin soyadlarının Məmmədov və Məmmədova kimi göstərilməsi barədə Naxçıvan şəhər Qeydiyyat şöbəsinə etdiyi müraciətinə cavab verilərək doğum akt qeydinə düzəlişin edilməsinin mümkün olmadığının bildirilərək müvafiq məhkəməyə müraciət edilməsinin məsləhət görüldüyünü, bunun üçün müəyyən sənədlər toplamağa başladığını, Culfa rayon Qeydiyyat şöbəsində doğum akt qeydləri 1936-cı ildən saxlanıldığından valideynlərinin doğum akt qeydlərinin aşkar olunmadığını, eyni zamanda Naxçıvan MR Ədliyyə Nazirliyinə ünvanlandığı sorğulara da cavab verilərək valideynlərinin Məmmədov (Caməmmədov) Fətulla Almurad oğlu və Məmmədova (Caməmmədova) Nubar Hüseyn qızı barəsində nazirliyin arxivində heç bir məlumatın tapılmadığının bildirildiyini, Naxçıvan MR Dövlət Arxiv İdarəsində saxlanılan 1972-1977-ci illərə aid təsərrüfatbaşına kitablarda ünvan 2 ünvanında yaşayan X7 və X12 oğlu Abdullanın mebel fabrikində işlədiyi qeydiyyatının aparıldığını, həqiqətən də 1959-cu ildən 2010-cu ilə kimi, yəni 5 il müddətində Naxçıvan mebel fabrikində işlədiyini, həmin arxiv sənədində qardaşı Yaşarın da adı qeyd olunmaqla məişət xidməti kombinatında işlədiyinin göstərildiyini, valideynlərinin nikah akt qeydləri kitabında, hər ikisinin ölüm haqqında şəhadətnaməsində və ölüm akt qeydləri kitabından çıxarışda soyadlarının Məmmədov və Məmmədova kimi göstərildiyini, digər sənədlərdə də valideynlərinin soyadlarının Məmmədov və Məmmədova kimi göstərildiyini, valideynlərinin bütün sənədlərində soyadlarının Məmmədov və Məmmədova kimi göstərilməsinə baxmayaraq onun doğum akt qeydləri kitabında valideynlərinin soyadlarının müvafiq olaraq Caməmmədov və Caməmmədova kimi yazıldığını, doğum akt qeydləri kitabına düzəliş edilərək valideynlərinin soyadlarının müvafiq olaraq Məmmədov və Məmmədova kimi göstərilməsini istədiyini, atasının və anasının kolxozçu olduğunu, atasının ət kombinatında işlədiyini, işlədiklərinə görə dövlətin onlara torpaq verdiyini, valideyinlərinin 1976-cı ildə nikah qeydiyyatından keçməsinin anasının pensiyaya çıxmaq üçün zəruri sənədləşmə tələb olunduğundan həmin il üçün yazılıb verildiyini, mərhum anasının 1909-cu ildə doğulduğunu, böyük bacısının 1932-ci il doğumlu olduğunu, bu əsasla valideyinlərinin təxminən 1931-ci ildə ailə qurduqlarını, sənədlərin tapılmama səbəbindən nikah qeydinin 1976-cı ildə zərurətdən yazıldığını, nikahdan əvvəl anasının soyadının Namazov olduğunu, valideyinlərinin ikinci evliliyinin olmadığını, ailədə uşaqların doğma olduğunu göstərərək, Culfa rayon Qeydiyyat şöbəsində Culfa rayonu, Başkənd kəndində xx xxxxxxx 1937-ci ildə doğulmuş Ərizəçi doğum akt qeydləri kitabında həmin tarixdə 08 nömrə ilə aparılmış qeydiyyatın atası qrafasında X8 və anası qrafasında X15 qeydinə düzəliş edilərək X16 və anası qrafasında X5 göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili qismində izahat verən Vəkil ərizəni müdafiə etdiyini, ərizəçinin izahatına əlavəsinin olmadığını, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmənin xx xxxxx 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X23, Ərizəçi onun dayısı olduğunu, mərhum anası Gülzarın doğma qardaşı olduğunu, daima dayı kimin gediş-gəlişlərinin olduğunu, hazırda Naxçıvan şəhərində mərhum valideyinlərinə məxsus evdə yaşadığını, həmin miras əmlakın ona çatdığını, Abdulla dayısından başqa həmin evdə kimsənin qalmadığını və pay istəmədiyini, sənədləşmədə dayısının valideyinlərinin soyadının Caməmmədov və Caməmmədova kimi yazılmasının səbəbini bilmədiyini, baba və nənəsinin ikinci evliliklərinin olmadığını, mərhum anası ilə Abdulla dayısının doğma olduqlarını göstərdi. Məhkəmə xx xxxxx 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X19, Ərizəçi onun əmisi olduğunu, mərhum atası Yaşarın doğma qardaşı olduğunu, daima əmi kimin gediş-gəlişlərinin olduğunu, hazırda Naxçıvan şəhərində mərhum valideyinlərinə məxsus evdə yaşadığını, həmin miras əmlakın ona çatdığını, Abdulla əmisindən başqa həmin evdə kimsənin qalmadığını, və pay istəmədiyini, sənədləşmədə əmisinin valideyinlərinin soyadının Caməmmədov və Caməmmədova kimi yazılmasının səbəbini bilmədiyini, baba və nənəsinin ikinci evliliklərinin olmadığını, mərhum atası ilə Abdulla dayısının doğma olduqlarını göstərdi. İş materiallarına əlavə edilmiş: xx xxxxxx 2015-ci il tarixli çıxarışa əsasən, X16 ilə X18 arasında xx xxxx 1976-cı il tarixdə nikah bağlanmışdır. Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli çıxarışa əsasən, Ərizəçi xx xxxxxxx 1937-ci il tarixdə doğulmuşdur (atası X8, anası X9r). İ-JQ seriyalı, 323413 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli çıxarışa əsasən, X16 xx xxxx 1975-ci il tarixdə vəfat etmişdir. AZ- İ seriyalı, 497103 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, Məmmədova (Namazova) Nubar Hüseyn qızı xx xxxxxx 1990-cı il tarixdə vəfat etmişdir. Culfa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən, X18 barəsində 1909-cu ilə aid Culfa rayon Qeydiyyat şöbəsində və Culfa rayon Qeydiyyat şöbəsi Arxivində doğum akt qeydiyyatı tapılmamışdır. Culfa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən, X16 barəsində 1897-ci ilə aid Culfa rayon Qeydiyyat şöbəsində və Culfa rayon Qeydiyyat şöbəsi Arxivində doğum akt qeydiyyatı tapılmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat şöbəsinin 36 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubuna əsasən, 1897-ci il təvəllüdlü Culfa rayonu, Başkənd kəndində doğulmuş X16 barəsində X6 avtomatlaşdırılmış elektron informasiya sistemində və nazirliyin X6 Arxivində heç bir məlumat tapılmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyinin X6 Arxivində akt qeydləri 1938-ci ildən saxlanılır. Naxçıvan MR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat şöbəsinin 42 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubuna əsasən, 1910-cu ildə Culfa rayonu, Başkənd kəndində doğulmuş X18 barəsində X6 avtomatlaşdırılmış elektron informasiya sistemində və nazirliyin X6 Arxivində heç bir məlumat tapılmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyinin X6 Arxivində akt qeydləri 1938-ci ildən saxlanılır. Culfa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli çıxarışlarda X3, X4 və X13 ata adları X16, ana adları isə X18 göstərilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 122.57 kv.m, torpaq sahəsinin ölçüsü 0.07 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 18/40 nömrəli reyestr kitabının 7817 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********38-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020). X22 verilmiş X7, X12 və ailə üzvüləri haqqında sənədin surətindən görünür ki, mərhumlar Naxçıvan şəhəri Firdovsi küçəsi 116-da yaşamaqla 1972-1977-ci illərdə Fətulla Məmmədov ət kombinatında oğlu Abdulla haqqında qeydiyyat aparılmaqla mebel fabrikində işləməsi, Nubar Məmmədovanın isə evdar olması qeyd olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 01/2242 nömrəli, xx xxxx 2020-ci il tarixli arayışa əsasən, mərhum X10 aşağıdakı vərəsələri vardır:

1. X18 həyat yoldaşı vəfat edib;

2. Ərizəçi 1937-ci il təvəllüdlü;

3. X17 qızı vəfat edib;

4. X14 qızı vəfat edib;

5. X20 oğlu vəfat edib. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02/526 nömrəli, xx xxxxxx 2020-ci il tarixli cavab məktubuna əsasən, Ərizəçi doğum akt qeydinə düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edə biləcəyi göstərilmişdir. Məhkəmə ərizəçinin dəlillərini araşdırıb izahatları, şahid ifadələrini, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Məhkəmə ərizəçinin və ərizəçinin vəkilinin izahatlarına və şahid ifadələrinə iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verərək və yuxarıda sadalanan qanunvericilik normalarını hazırki iş üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Culfa rayon Qeydiyyat şöbəsinin doğum akt qeydləri kitabının xx xxxxxxx 1937-ci il tarixli, 08 saylı qeydində ata qrafasında “X8” və ana qrafasında “X15” qeydinin düzgün olmaması faktı müəyyən edilməli və “X8” qeydi “X16” və “X15” qeydi “X18” kimi qeyd edilməlidir. Ona görə ki, iş üzrə mübahisə yoxdur və tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, ərizəçinin atasının və anasının soyadları müvafiq olaraq Məmmədov və Məmmədova olduğu halda, doğum haqqında akt qeydində düzgün olmayaraq ərizəçinin atasının və anasının soyadları Caməmmədov və Caməmmədova kimi yazılmış, qeydiyyat orqanı da vətəndaşlıq vəziyyəti haqqındakı akt qeydində müvafiq düzəliş və ya dəyişiklik etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə, hakim X6 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 341-ci maddəsinə əsasən, X6 qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd edilir: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədənkənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Qərarın 4-cü bəndində qeyd edilir: X6 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün X6 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi əsas hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət еtdi:

Ərizə təmin edilsin. Culfa rayon Qeydiyyat şöbəsinin doğum akt qeydləri kitabının xx xxxxxxx 1937-ci il tarixli, 08 saylı qeydində ata qrafasında “X8” və ana qrafasında “X15” qeydinin düzgün olmaması faktı müəyyən edilsin. “X8” qeydi “X16” və “X15” qeydi “X18” kimi qeyd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar