Məhkəmə qərarları › İş №2(078)-414/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-414/2022

16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-414/2022 16.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar yaydığı üçün 10000 (on min) manat mənəvi ziyanın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, həmin maddənin 153.2.1-ci bəndinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə cavabdehlərdən mənəvi ziyan tələb etsə də, təqdim olunmuş sənədlərdən məlum olur ki, məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, vətəndaşın müraciəti əsasında sonuncu dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilmişdir ki, hazırki müraciətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148.1-ci maddəsinin tərkibi olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İddiaçıya izah edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli xüsusi ittiham qaydasında həyata keçirilən cinayət təqibidir və ərizə əsasında əməlin törədildiyi yer üzrə ümumi məhkəməyə müraciət edilməklə məhkəmədə iş başlanır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul olunmaqdan imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, İddiaçı tərəfindən "xxxx" ASC Yasamal filialına 24.02.2022-ci il tarixdə 13272 nömrəli mədail qəbzlə ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 264 və 276.2.2-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul olunmaqdan imtina olunsun. İddia ərizəsinə əlavə olunmuş sənədlər rəsmi qaydada iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC Yasamal filialına 24.02.2022-ci il tarixdə 13272 nömrəli mədail qəbzlə ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada alındığı gündən 10 (on gün) müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar