Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-42/2022 12.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ üzrə yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqlarından ona çatan 9/10 hissəsinin naturada ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Cavabdeh ilə onun adına ünvan 1 ünvanında 21.1 kv.m fərdi yaşayış evinin və 0.0275 ha yaşayış məntəqəsinin torpaqlarının 21 iyun 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən keçərək, cavabdehin payının 1/10 hissə, onun payının 9/10 hissə olmaqla, daşınmaz əmlakın dövlət reyestrində 18/39 nömrəli reyestr kitabının 7636 nömrəli vərəqində qeydiyyatdan keçməklə, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verildiyini, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 12 noyabr 2020-ci il tarixli, 2(108)-161/2020 nömrəli qətnaməsində mərhum atası X2 miras qalmış ünvan 1 ünvanındakı mirasdan miras almağa çağırıla biləcək 5 nəfər qanun üzrə vərəsələrin olmasının, vərəsələrdən yalnız onun və qardaşı Cavabdeh mirası qəbul etməklərinin, Cavabdeh mirasda məcburi payının olmasının və bu payın qanun üzrə vərəsəlik zamanı ona çatası payın yarısını (məcburi pay) təşkil etməsinin, yəni Cavabdeh məcburi payının ümumi miras kütləsinin 1/10 (onda bir) hissəsi olmasının və onun vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında miras əmlakdakı payının 9/10 (onda doqquz) olmasının göstərildiyini, hal-hazırda hər ikisinin həmin torpaq sahəsində yerləşən yaşayış evində yaşadıqlarını, hazırda həmin yaşayış evinin və torpaq sahəsinin hansı hissəsində onun, hansı hissəsində qardaşının yaşaması ziddiyyətli olduğundan və məhkəmə qaydasında naturada bölünmədiyindən aralarında mübahisə olduğunu, ekspert rəyini qəbul etmədiyini, köhnə tikiliyə 2 tuğla atmaqla, yeni tikili hesab olmadığını, köhnə tikilinin yerində qaldığını, ekspertin əsassı olmayan faktlarla rəy verdiyini, yeni tikililərin olmadığını, mübahisəli evin hər tərəfə çıxışının olduğunu, 9/10 hissədə payını istədiyini göstərərək, Cavabdeh ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında 21.1 kvadratmetr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqlarından ona çatan 9/10 hissəsinin naturada ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh atasının sağlığında torpaq sahəsində ev tikməsini bildirdiyindən evi söküb yenidən tikdiyini, iki mərtəbəli ev olduğunu, evin sənədində göstərilənlərlə naturada olanların uyğun gəlmədiyini, 2013-cü ildən yeni ev tikdiyini, köhnə evin üstünə 500 kubik əlavə etdiklərini, dirəyin birinin qaldığını, yeni tikililərə 20000 manat xərclədiyini, rəyi qəbul etdiyini, düzgün yazıldığını, həqiqətən həmin torpaq sahəsində yeni tikililər apardığını, çəkdiyi xərc ödənilərsə, həmin mülkü təhvil verərək o evdən çıxıb gedəcəyini, iddiaçının payının olmasını qəbul etdiyini, bunların nəzərə alınaraq, qanuni qərar qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.0275 ha, ümumi sahəsi 21.1 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/10 hissədə X3, 9/10 hissədə isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/39 nömrəli reyestr kitabının 7636 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********55-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 21.06.2021). Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 21 avqust 2021-ci il tarixli, 04/480 nömrəli məktubuna əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 9/10 hissəsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 12 noyabr 2020-ci il tarixli, 2(108)-161/2020 nömrəli qətnaməsi əsasında 21 iyun 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış, tərtib olunmuş çıxarış Elektron Hökumət portalına yerləşdirilmişdir Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 20 dekabr 2021-ci il tarixli, 320 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən, texniki pasportun surətinin göstəricilərini və tədqiqat obyektləri üzrə baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, Səməd Vurğun küçəsi, ev 21 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.0275 ha, ümumi sahəsi 21.1 kv.m olan fərdi yaşayış evindən payların naturada təcrid olunmuş qaydada ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasına dair tədqiqat aparılması mümkün deyildir. Məhkəmə izahatları, iddia ərizəsinin dəlillərini və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Yuxarıda sadalanan maddi hüquq normaların tələblərinə görə, tərəflər razılıq əldə edə bilmədikdə, əşyanın mülkiyyətçisi evin naturada məhkəmə qaydasında bölünməsini tələb edə bilər. Məhkəmə araşdırmaları zamanı tərəflər öz aralarında razılığa gəlməmişlər. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 20 dekabr 2021-ci il tarixli, 320 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən, texniki pasportun surətinin göstəricilərini və tədqiqat obyektləri üzrə baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, Səməd Vurğun küçəsi, ev 21 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.0275 ha, ümumi sahəsi 21.1 kv.m olan fərdi yaşayış evindən payların naturada təcrid olunmuş qaydada ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasına dair tədqiqat aparılması mümkün deyildir. Məhkəmə izahatları, iddia ərizəsinin dəlillərini və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmini əsasları olmadığından rədd edilməlidir. İddia rədd edildiyinə görə, iddia verilərkən ödənilmiş dövlət rüsumu iş üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ üzrə yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-42/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-42/2022
12.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver