Məhkəmə qərarları › İş №2(078)-44/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-44/2022

30.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-44/2022 30.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı, hasarın geri çəkilməsi, sökülmüş tikilinin bərpa edilməsi və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 ilə arasında olan 2010-cu ilin oktyabr ayında razılaşma əsasında övadı Rövşənin mülkiyyətində olan 03 aprel 2006-cı il tarixlli 12678 inventar 103823 qeydiyyat nömrəlli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin 35-ci məhəllə ev 42/32a ünvanına verilmiş texniki pasportda qeyd olunmuş göstəricilərə və 652.7 kv.m əsaslı tikilinin 120.5 kv.m yardımçı tikilinin, ümumilikdə 652.7+120.5=773.2 kv.m, Naxçıvan şəhərinin yerquruluşu planından çıxarışda 30.99x25.41=787.5 kv.m ərazidən Cavabdeh2 fərdi yaşayış evi tikdirmək üçün verilmiş 300 kv.metr ölçüləri müvafiq olaraq qərbdən uzunluğu 14.07 m eni 6.7m=94.3 kv.m şərqdən eni 12.54 m uzunluğu 16.85 m=211.3 kv.m, ümumilikdə 211.3-94.3=305.6 kv.m kənarlaşma 5.6 kv.m ərazi şərqdən və şimaldan 60-lıq betob blokla hörülmüş hasarla əhatə olunmuş vəziyyətdə verilməsinə baxmayaraq onun əlavə torpaq mənimsəmə məqsədi ilə bilərəkdən bilə-bilə qanun pozuntusuna yol verərək ərazinin ölçü göstəricilərindən kənarlaşaraq cənub istiqamətində ona aid olan əraziyə 1 metr 06 sam girərək özbaşınalıq edərək uzunluğu 17.4 m, hündürlüyü 2 metr olan hasar divarı çəkərək mülkiyyət hüququnu pozması, hansı ki həmin ərazidən su komunikasiya xətləri keçir, odur ki, onun mükiyyət hüququnu pozaraq özbaşınalıq edərək çəkdiyi hasar divarının sökülərək 1 metr 06 sm geri çəkməsinə məhz onun tərəfindən sökülmüş tikilinin bərpa edilməsini və vurduğu maddi zərərə görə 11800(on bir min səkkiz yüz) manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X15 cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edimişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı izahatında iddianı müdafiə edərək bildirmişdir ki, iddia ərizəsində hər şeyi açıq şəkildə qeyd etmişdir. Bu iddialarla dəfələrə Azərbaycan Respublikasının bir neçə instansiya məhkəməsinə müraciət etmişdir, lakin heç bir məhkəmə onun haqq işinə ədaləti qiymət verməmişdir. Nəticədə Cavabdeh2 qanunsuz hərəkətlərinin qurbanı olmuşdur. Eyni zamanda daşınmaz əmlak tərəfindən dəfələrlə yalan vədlərə məruz qamışdır. Hər dəfə həyətinin düzgün ölçüb-biçilməsi barədə Komitəyə müraciət etsə də, onu get-gələ salıb sonunda borcıu çıxarmışlar. Hazırda onun torpaq sahəsi başqa şəxslərin qanunsuz istifadəsindədir. Daşınmaz əmlakın mütxəssis rəyində Yavər Andullayevin torpaq sahəsinin qəbdən, şərqdən, şimaldan, cənubdan uzunluğu qeyd edilmişdir. Lakin hazırda həmin mütəxəssis rəyindən kənarlaşmalar mövcuddur. Həyat yoldaşının xəstəliyi ilə əlaqədar Bakı şəhərində getmiş, orada müalicə olunan zaman yoldaşı vəfat etmişdir. Həmin vaxt COVİD 19 pandemiyası ilə əlaqədar Naxçıvana qayıda bilməmişdir. Evinə gələndə Yavərin onun toyuq hinini sökərək özünə hasar çəkməsi, torpaq sahəsinə daxil olması, zəbt etməsini görmüşdür. Dəfələrlə bu barədə özünə desə də xeyri olmamışdır. İşinə düzgün və ədalətli baxılmasını, Cavabdeh2 tərəfindən sökülmüş tikilinin bərpa edilməsi, hasar divarının 1 metr 06 sm geri çəkilməsi və vurduğu zərərə görə 11800 (on bir min səkkiz yüz) manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh X7 Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı qadırdığı iddia əsassızdır, bununla bağı bir neçə məhkəmə qərarları vardır. İddiaçının mübahisələndirdiyi torpaq sahələri qanuni şəkildə iddiaçının özü tərəfindən notariat qaydasında alqı-satqı müqavilələri bağlanmaqla satılıbdır. Satdığı bütün şəxslər torpaq sahələrini sənədləşdirib reyestr çıxarışı əldə ediblər. Cavabdeh2 sözügedən torpaq sahəsini X15 adlı şəxsə satıbdır. Qeyd etdiklərinə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh2 və cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh2 və cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki halda məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsi təşkil edir. həmin maddəyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətininin Hüquqların Dövət qeydiyyatı haqqında daşınmaz əmlakın X5 aydın olur ki, ünvan 1 ünvanında yerləşən 0.0472 ha torpaq sahəsində 253.79 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə 10 fevral 2021-ci il tarixdə İddiaçı adına qeydiyyata almışdır. İş materiallarında oan 07 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, aparılan ölçmə işləri nəticəsində məlum oldu ki, İddiaçı faktiki ərazisi 473.80 kv.metrdir. Bu da onun adına qeydiyyatdan keçmiş pasportla uyğunluq təşkil edir. Bölgü ilə Cavabdeh2 (yeni sahibi X15) satdığı ərazinin faktiki ölçüləri 299.18 kv.m-dir. Bu da qeydiyyatdan keçmiş pasportla uyğunluq təşkil edir. Həmin ərazinin aşağı tərəfindəki torpaq sahələrində də aparılan ölçmə işləri nəticəsində məlum oldu ki, X11 aid olmuş (yeni sahib X22) torpaq sahəsinin faktiki ölçüləri 461.46 kv.m, X16 aid olan torpaq sahəsinin faktiki ölçüləri isə 293.22 kv.m-dir. Hər iki torpaq sahəsi qeydiyyat sənədləri ilə uyğunluq təşkil edir. İş materiallarında olan 21 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, aparılan ölçmə işləri nəticəsində məlum oldu ki, İddiaçı və Cavabdeh2 (yeni sahib X15) arasındakı mübahisəli hasarın altındakı torpaq sahəsi Cavabdeh2 torpaq sahəsinin sərhədləri daxilindədir. Belə ki, Cavabdeh2 300 kv.metr torpaq sahəsi satılmış və ona məxsus olan torpaq sahəsi faktiki olaraq 299.18 kv.metrdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2022-ci il tarixi 10 nömrəli rəyindən aydın olur ki, rəyin tədqiqat hissəsində göstəriənləri nəzərə alaraq Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini N.Nəcəfalıyevin imzası ilə təsdiq edilmiş 16 fevral 2022-ci il 14/12 nömrəli məktubuna, eləcə də mülki işin materiallarında olan həmin idarənin Naxçıvan mR Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun Yerquruluşu şöbəsinin rəisi Z.Bayramovun ayrı-ayrılıqda öz imzası ilə təsdiq etdiyi 07 və 21 dekabr 2021-ci il tarixli mütəxəssis rəyi məlumatlarına əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən 300 kv.metr hissəsini Cavabdeh2 satmışdır. Cavabdeh2 özünə məxsus olan 300 kv.metr torpaq sahəsində fərdi yaşayış evi tikmiş, tikinti işləri aparan zaman X12 mülkiyyətində olan torpaq sahəsinə keçməmişdir. Naxçıvan şəhəri 1 saylı Dövlət Notariat Ofisinin 31.08.2020-ci il tarixli 4Ə- 248 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 həmin fərdi yaşayış evini 300 kv.m torpaq sahəsi ilə birikdə X1. Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinin 01.12.2021-ci il tarixli 4Ə-494 nömrəli bağışlama müqaviləsi əsasında X15 fərdi yaşayış evini 300 kv.m torpaq sahəsi ilə birlikdə X13 bağışlamışdır. X2 mülkiyyətində olan torpaq sahəsinin ölçüləri həmin torpaq sahəsinin Cavabdeh2 mülkiyytində olduğu dövrdəki ölçülərlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında yerləşən X14 mülkiyyətində olan torpaq sahəsi ilə ünvan 4 ünvanında hazırda X6 mülkiyyətində olan torpaq sahələrinin arasında mübahisəli hasarın inşa edilməsinə çəkilmiş xərc təqribən 1979.40 (bir min doqquz yüz yetmiş doqquz manat qırx qəpik) manat məbləğində olduğu müəyyən edilir. Mülki işin materiallarında olan 30 oktyabr 2013-cü il tarixli müqavilədən aydın olur ki, X3 şəhər 35-ci məhəllədə mülkiyyətində olan 0.064 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 65.60 kv.m yaşayış, 54.90 kv.m köməkçi sahədən ibarət 42A nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 300 kv.m torpaq sahəsini Cavabdeh2 satmışdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, istər mütəxəssis arayışlarından, istərsə də ekspert rəyindən aydın olur ki, iddiaçının adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla və texniki pasportda göstərilən torpaq sahəsi həm hüquqi əsaslarla göstərilən, həm də yerdə olan faktiki torpaq sahəsi ilə eyniyyət təşkil edir və cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsi, onun mülkiyyətində olan torpaq sahəsində hasarın inşa edilməsi ilə bağlı işdə hər hansı sübut yoxdur. Əksinə iddiaçı tərəfindən təkzib edilməyən mütəxəssis arayışı və ekspert rəyində cavabdehin öz torpaq sahəsində hasar tikməsi öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə cavabdeh tərəfindən hasarın inşa edilməsində hər hansı qanun pozuntusuna yol verilmədiyi qənaətinə gəlməklə hesab edir ki, hüquq pozuntusu olmadığı halda iddiaçının ona maddi zərər vurulması ilə bağlı göstərdiyi hallar da əsassızdır. Bununla belə iddiaçı digər cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı eyni tələbi irəli sürsə də cavabdeh təşkilatın hansı tələb üzrə cavabdeh olması və onun cavabdehliyinin nədə ifadə edilməsi ilə bağlı məhkəməyə hər hansı hal bildirməmişdir. Məhkəmə yuxarıda qeyd olunan normalar baxımından nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı, hasarın geri çəkilməsi, sökülmüş tikilinin bərpa edilməsi və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı, hasarın geri çəkilməsi, sökülmüş tikilinin bərpa edilməsi və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar